Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1247/2024 19.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonu, Xoylu kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 noyabr 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış 20114.87 manat məbləğində borcunu ödəməkdən qəsdən boyun qaçırır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs məxsus olan «Toyota Camry» minik markalı, **-US-*** qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın əvəzi kimi 22763,93 (iyirmi iki min yeddi yüz altmış üç) manat 07 qəpik məbləğində pul və tibbi xidmətlərə görə ödənilmiş 350 (üç yüz əlli) manat 94 qəpik məbləğində pul olmaqla, cəmi 23114,87 (iyirmi üç min yüz on dörd) manat 07 qəpik məbləğində pul cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs Arif oğluna verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən borcunun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu icra sənədi üzrə bu günə olan qalıq 20114.87 manat borcunu tam olaraq ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, yenədə qərəzli olaraq borcunu ödəməmişdir. Bugünkü tarixdə borclu Qasımov X4 rayon polis şöbəsinin əməkdaşları tərəfindən məcburi gətirilmə qərarı nəticəsində şöbəyə gətirilmiş və iş üzrə izahatı alınmış və izahatında 20114.87 manat borcundan birdəfəlik ödəniş edə bilmədiyini ancaq hissə-hissə ödəniş edə biləcəyəini bildirmiş və əlavə vaxt verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, icra sənədin icrası ilə bağlı borclu Şəxs həyat yoldaşı X2 mülkiyyətində olan bağ sahəsinin üzərinə həbs qoyulmuş, bağ sahəsi qiymətləndirilmiş və hərrac yolu ilə satılmışdır. Həmin satışdan əldə olunmuş 3000 manat məbləğində vəsait tələbkarıln hesabına ödənilmişdir. Hazırda Şəxs 20114,87 manat borcu vardır. Bundan başqa Şəxs borcundan bugün 500 manat ödəniş etmişdir. Hazırda 19614,87 manat borcu qalmışdır. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə icra məmurunun köməkçisi Nərmin adlı xanım ona zəng edərək, yaranmış borcun ödənilməsi ilə bağlı şöbəyə dəvət etmişdir. Lakin bugünədək icra məmuru tərəfindən borcun ödənilməsi ilə bağlı ona hər hansı çağırış vərəqəsi və ya bildiriş verilməmişdir. Buna görə də icra sənədindən xəbəri olmamışdır. Onun icra sənədinin icra edilməməsində qərəzi olmamışdır. Bütün bunlara baxmayaraq, o, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və borcunu ödəməkdən imtina etmir. Maddi vəziyyəti yaranmış borcu birdəfəlik ödəməyə imkan vermir, lakin həmin borcu ayda 500 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz verir. Borcundan bugün 500 manat ödəniş etmişdir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Əlavə olaraq da qeyd edir ki, həyat yoldaşının adına olan torpaq sahəsi icra tədbirləri nəticəsində açıq hərracda 3000 manata satılmış və satışdan əldə olunan məbləğ tələbkarın hesabına yönəlmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, hissə-hissə ödənişi qəbul etmir. Şəxs ona olan borcunu tam ödəməsini tələb edir. Hazırda Şəxs şikayətçidir. O, borcun ödənilməsini və borclunun ciddi şəkildə cəzalandırılmasını tələb edir. Məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, borclu tərəfindən ödənilmiş 500 manatı qəbul etmir. Bugünədək borclu tərəfindən ona cəmi 3000 manat vəsait ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs məxsus olan «Toyota Camry» minik markalı **-US-*** qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın əvəzi kimi 22763,93 (iyirmi iki min yeddi yüz altmış üç) manat 07 qəpik məbləğində pul və tibbi xidmətlərə görə ödənilmiş 350 (üç yüz əlli) manat 94 qəpik məbləğində pul olmaqla, cəmi 23114,87 (iyirmi üç min yüz on dörd) manat 07 qəpik məbləğində pul cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs Arif oğluna verilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli R.Q.43528/2023nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin 8(045)-97/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu Şəxs məxsus “VAZ 21063” markarlı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur; Goranboy Rayon Məhkəməsinin 8(045)-121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli və Gəmncə Kommersiya Məhkəməsinin 2-2(115)-1728/2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə X2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu adlanan ərazidə yerləşən 0.04 ha bağ sahəsinin 0.02 ha hissəsi üzərinə həbs qoyulmuşdur; Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 260 nömrəli, xx.xx.2023cü il tarixli hesabatdan görünür ki, Gəncə şəhəri, Avtozavod yolu adlanan ərazidə yerləşən 0.04 ha bağ sahəsinin 0.02 ha hissəsi 3000 manata qiymətləndirilmişdir; "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 71/24 nömrəli tələbkara təklif olunan əmlakın əldə olunmasına dair yekun protokolundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu adlanan ərazidə yerləşən 0.04 ha bağ sahəsinin 0.02 ha hissəsi qalib alıcı Zərərçəkmiş şəxs tərəfindən nağd qaydada ödənilmişdir. (qalib alıcı Zərərçəkmiş şəxs tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir); “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs Goranboy Rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən 500 manat məbləğində vəsait Goranboy rayon İcra və Probasiya şöbəsinin depozitinə qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə borclu üzərinə düşən öhdəliyi icra etməyə çalışır. Belə ki, icra məmurunun izahatından göründüyü kimi borclu icra sənədi üzrə borcundan əmlakın hərrac yolu ilə satışından əldə edilmiş vəsait hesabına 3000 manat və bugünkü tarixdə 500 manat məbləğində ödəniş etmişdir. Yəni, Şəxs yaranmış borcun ödənilməsi üçün səy göstərir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də, məhkəmə borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1247/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1247/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver