Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1264/2024 20.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 20 noyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin baş təhqiqatçısı Ruslan Abbasovun 19 avqust 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 500 (büş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy şəhər sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1-1799 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirən Şəxs olması müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında Şəxs barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışdır, onlar Goranboy rayonunda tanış olmuşlar. Bundan sonra Səadətin gözünün əməliyyatına zərurət yarandığını bilmiş və ona köməklik etmək istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs 500 manat pul almış, lakin verdiyi sözə əməl etməmişdir. O, Zərərçəkmiş şəxs aldığı pulu öz ehtiyacları üçün xərcləmiş və hazırda pulu qaytara bilmir. Yaxın zamanlarda pulu qaytaracağına söz verir. Hazırda əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onun gözündə narahatçılıq yaranmışdır və gözündən əməliyyat olunmaq üçün zərurət yaranmışdır. Həmin əməliyyat bahalı olduğuna görə ona pul lazım idi. Onun həyat yoldaşı X3 “Birinci Qarabağ” müharibəsi qazisidir və onun tanışı Gəncə şəhər sakini Şəxs da qazidir. Vidadi İbrahimov ona “Yaşat” fondunda tanışı olduğunu və həmin tanışı vasitəsi ilə onun əməliyyatının xərclərini ödəyə bildiyini və bunun üçün 500 manat pul vermək lazım olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə 500 manat pulu Şəxs vermişdir. Lakin bu müddət ərzində Vidadi onun əməliyyatıyla bağlı heç bir iş görməmiş və pulu geri verməmişdir. Daha sonra o özü 1500 manat pul verib sığorta vasitəsi ilə gözünü əməliyyat etdirmişdir. Bu müddət ərzində o, Şəxs pulu geri istədikdə Vidadi hər bir bəhanə ilə onu aldadıb pulu geri qaytarmamışdır. Yekunda onun tərəfindən Şəxs verilmiş 500 manat məbləğində pulun geri qaytarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 avqust 2024-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edırık 500 manat pulunu ələ keçirən Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş üzrə müəyyən olunmuşdur ki, Şəxs oğlunun özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması 19 avqust 2024-cü il tarixdə rədd edilmiş və bundan 3 (üç) ay 1 (bir) gün sonra Şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol 20 noyabr 2024-cü il tarixdə, yəni qanunla müəyyən olunmuş müddət keçdikdən sonra tərtib olunmuş və baxılması üçün Goranboy Rayon Məhkəməsinə təqdim edilmişdir. İXM-in: 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatına İXM-in 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40.0.1, 43, 109.2, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Goranboy Rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş 20 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1264/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1264/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver