Məhkəmə qərarları › İş №3(045)-1286/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1286/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1286/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Baş X13 İdarəsinin 23 avqust 2024-cü il tarixli, EQ seriyalı 23148069 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Baş X13 İdarəsinin 23 avqust 2024-cü il tarixli, EQ seriyalı 23148069 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “CHANGAN” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması zamanı törədilmiş yol hərəkəti qayda pozuntularına görə xüsusi texniki vasitələrin Baş X13 İdarəsinin mərkəzi informasiya sistemində ötürülmüş məlumatları əsasında xx.xx.2024-cü il tarixdə barəsində 21 inzibati tənbeh vermə haqqında elektron qərar çıxmışdır. Əvvəl 21 inzibati tənbeh vermə haqqında elektron qərarlar X4 adına gəlsə də, sonradan Xaliq Mustafayevin şikayəti əsaında yenidən araşdırılma aparılmış və X7 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixdə 21 inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində görə hər bir xəta üzrə 10 (on) manat, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir xəta üzrə 50 (əlli), İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. O, həmin avtomobili sürətlə idarə etməmişdir. Belə ki, 300 kilometrlik yolda üç saat ərzində 21 dəfə avtomobilin idarə olunması zamanı yol hərəkəti qaydasını pozması mümkün deyildir. Bu səbəbdən hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilindiyi qərarla razı deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə onun iştirakı olmadan işə baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə şikayət vermiş şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Baş X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Baş X13 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş şikayətçinin ərizəsinə əlavə etdiyi fotoşəkildən görünür ki, 23 avqust 2024-cü il tarixdə, saat 00:23:18-də Bakı-Qazax yolu 55.1-ci km Qazax ist-də (ərazidəki sürət həddi 90 km/saat) “Chanfan Uni-V X12” markalı, **-MP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta 0X0003A28C nömrəli kamera vasitəsilə aşkar edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri hər hansı sübutla əsaslandırılmamışdır, həmçinin qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. X3 törətdiyi inzibati xəta (yolda müəyyən edilmiş sürət həddini aşma) xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş və həmin texniki vasitə ilə aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun icraat aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması halları məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası Baş X13 İdarəsinin 23 avqust 2024-cü il tarixli, EQ seriyalı 23148069 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Baş X13 İdarəsinin 23 avqust 2024-cü il tarixli, EQ seriyalı 23148069 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar