Məhkəmə qərarları › İş №3(045)-129/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-129/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-129/2024 11.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu Həsənlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Kəlbəcər rayonu Həsənlər kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu Meşəli kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 11 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o Goranboy rayonunun Meşəli kəndində yaşayır. Onun oğlu itkin düşdüyündən o 102 xidmətinə zəng etmişdir. Ondan sonra o polis şöbəsinə izahat verilməsi üçün çağırılmışdır. xx.xx.2024-cü il tarixdə ona zor tətbiq edərək polis şöbəsinə aparmışlar. Onun qollarını at sındırdığı üçün qollarını sıxmışlar və onun qolları zədələnmişdir. Ona polis şöbəsində işgəncə verilmişdir. O heçkimi söyməmiş, qaydanı pozmamışdır. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 bildirmişdir ki, o Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Əziz Babakişiyevin raportu əsasında protokol tərtib etmişdir. Şəxs özünün izahatında da törətdiyi əməli etiraf etmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qarşısında ünvanlı və ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamış, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qapı postunda Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X3 ilə xidmətdə olarkən bir nəfər şəxsin şöbənin həyətinə qışqıraraq daxil olduğunu, yüksək səslə nalayiq ifadələr və küçə söyüşləri söydüyünü görmüşdür. O şikayət vermək üçün gəldiyini bildirərək, yenə küçə söyüşləri söyməkdə davam etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da o tabe olmamış, polisin də ünvanına söyüşlər söyməyə başlamışdır. Polis şöbəsinin ətrafı yaşayış sahəsi olduğundan ondan hərəkətlərini dayandırmaq tələb edilsə də o tabe olmamışdır. Məcbur olaraq onu növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxs sonradan peşiman olduğunu, əsəbi olduğundan bu cür hərəkət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qapı postunda Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X4 ilə xidmətdə olarkən bir nəfər şəxsin şöbənin həyətinə qışqıraraq daxil olduğunu, yüksək səslə nalayiq ifadələr və küçə söyüşləri söydüyünü görmüşdür. O şikayət vermək üçün gəldiyini bildirərək, yenə küçə söyüşləri söyməkdə davam etmişdir. Onlar həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da o tabe olmamış, polisin də ünvanına söyüşlər söyməyə başlamışdır. Polis şöbəsinin ətrafı yaşayış sahəsi olduğundan ondan hərəkətlərini dayandırmaq tələb edilsə də o tabe olmamışdır. Həmin şəxs sonradan peşiman olduğunu, əsəbi olduğundan bu cür hərəkət etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X1 Goranboy RPŞ-nin rəisinə ünvanlanmış raportundan görünür ki, bir nəfər şəxsin şöbənin həyətinə şikahyət vermək üçün gəldiyini bildirdiyini, yüksək səslə nalayiq ifadələr və küçə söyüşləri söydüyünü görmüşdür. Onlar həmin şəxsə yaxınlaşıb onu sakitləşdirməyə çalışsalar da o tabe olmamış, polisin də ünvanına söyüşlər söyməyə başlamışdır. Polis şöbəsinin ətrafı yaşayış sahəsi olduğundan ondan hərəkətlərini dayandırmaq tələb edilsə də o tabe olmamışdır İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 11 mart 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qarşısında ünvanlı və ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, onu intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymamış, polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:19-da inzibati qaydada tutulmuşdur. Məhkəmə MN seriyalı, ******* №-li, 11 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin ifadələsini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsinə dair verdiyi izahatını özünün müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, onun şəxsiyyətini, nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən, sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli, inzibati qaydada tutulduğu, vaxtdan 10 mart 2024-cü il tarixdən saat 20:19-dan hesablanmalı, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 10 mart 2024-cü il tarixdən saat 20:19-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar