Məhkəmə qərarları › İş №3(045)-1298/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1298/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1298/2024 06.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Şahməmmədli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində qəbul edilmiş EQ 21786317 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə həin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “AsanPay” ödəniş terminalından çıxarılmış çıxarışdan görünür ki, EQ 21786317 nömrəli elektron qərar üzrə artıq ödəniş olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində İXM-in 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə o, inzibati məsuliyyətdən azad edilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi tətbiq edilsin, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ GORANBOY RAYON MƏHKƏMƏSİ AZ 2200, ünvan 1 ünvanı. contact@ goranboycourt.gov.az İş № 3 (045)-166/2023 14 mart 2023-cü il Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə Ünvan: Goranboy şəhəri Şəxs Ünvan: Goranboy rayonu, N nömrəli hərbi hissə Goranboy Rayon Məhkəməsinin 3(045)-166/2023 nömrəli, 14 mart 2023-cü il tarixli Qərarının surəti məlumat üçün göndərilir. Qoşma: Qərar Hakim Taleh Mustafayev İş № 3 (045)- 304/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL GORANBOY RAYON MƏHKƏMƏSİ 28 fevral 2023-cü il Goranboy şəhəri Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın məhkəmənin icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxılır: Prosessual hərəkət saat 15 : 00-da başlandı. Sədrlik edən protokolun və əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır. Sədrlik edən müşavirə edir və materialın məhkəmənin icraatına qəbul edilməsi və məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardadı elan edir: Sədrlik edən məhkəmə iclasını 15:10-da bağlı elan edir. Sədrlik edən İş № 3 (045)- 166/2023 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLAMAQ HAQQİNDA QƏRARDAD 28 fevral 2023-cü il Goranboy şəhəri GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs barəsində toplanmış inzibati materialların məhkəmə baxışı məhz Goranboy Rayon Məhkəməsinə aiddir. İnzibati işin tərəfimdən baxılmasını istisna edən hallar yoxdur. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə işə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiallar 14 mart 2023-cü il tarixə saat 12:00-da Goranboy rayon Məhkəməsinin binasında baxılmağa təyin edilsin.

2. İşə baxılmasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Goranboy rayon Polis şöbəsinin əməkdaşının iştirakı təmin edilsin.

Hakim Taleh Mustafayev İş № 3(045)-1222/2024

MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Goranboy Rayon Məhkəməsi

26 noyabr 2024-cü il Goranboy şəhəri

Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə,

X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 14:45-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati icraat aparılan şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və nümayəndənin iştirakını təmin etməyərək bunun səbəbi barədə məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib,

Qərara aldı:

- İş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Məhkəmə müşavirəyə gedir. Müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 14:55-də bağlı elan olunur.

Sədrlik edən:

Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar