Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1306/2024 26.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il ildə Kəlbəcər rayonunun Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, Kəlbəcər rayonunun Təkdam kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o və ondan başqa üç nəfər şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası N saylı hərbi hissənin balansında olan S markalı traktorun dəmir hissəsinin bir hissəsini kəsmişlər. Bu səbəbdən də onları həmin tarixdə Goranboy RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində olan zaman isə nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o yenə də öz hərəkətlərinə davam etmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirmişdir ki, Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X11 RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:15 radələrində Goranboy rayonu Meşəli kəndində PPXB-nün polis nəfəri, polis serjantı İbrahim İbrahimov ilə birlikdə xidmətdə olarkən Meşəli kəndində müdafiyə nazirliyinin N saylı hərbi hissəsinə məxsus S-markalı traktorun ban hissəsini kəsərək talamaq istəyən, adları sonradan onlara məlum olan X12, X7, X6 və X4 izahatlarının alınması üçün rayon polis şöbəsinə dəvət olunmuşdur. Sözügedən şəxslər şöbənin inzibati binasının qarşısında olarkən ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin onlar qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərini dava etdirmişlər. Daha sonra onlar həmin vətəndaşları tərəflərindən Goranboy RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:15 radələrində Goranboy rayonu Meşəli kəndində PPXB-nin manqa komandiri, polis baş serjantı Hüseyn Rzayev ilə birlikdə xidmətdə olarkən Meşəli kəndində müdafiyə nazirliyinin N saylı hərbi hissəsinə məxsus S-markalı traktorun ban hissəsini kəsərək talamaq istəyən, adları sonradan onlara məlum olan X12, X7, X6 və X4 izahatlarının alınması üçün rayon polis şöbəsinə dəvət olunmuşdur. Sözügedən şəxslər şöbənin inzibati binasının qarşısında olarkən ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin onlar qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərini dava etdirmişlər. Daha sonra onlar həmin vətəndaşları tərəflərindən Goranboy RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Hüseyn Rzayev tərəfindən rəhbərliyə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 18:15 radələrində Goranboy rayonu Meşəli kəndində PPXB-nün polis nəfəri, polis serjantı İbrahim İbrahimov ilə birlikdə xidmətdə olarkən Meşəli kəndində müdafiyə nazirliyinin N saylı hərbi hissəsinə məxsus Smarkalı traktorun ban hissəsini kəsərək talamaq istəyən, adları sonradan onlara məlum olan X12, X7, X6 və X4 izahatlarının alınması üçün rayon polis şöbəsinə dəvət olunmuşdur. Sözügedən şəxslər şöbənin inzibati binasının qarşısında olarkən ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin onlar qanuni tələblərinə məhəl qoymayaraq öz qərəzli hərəkətlərini dava etdirmişlər. Daha sonra onlar həmin vətəndaşları tərəflərindən Goranboy RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəlilov X2 RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 noyabr 2024-cü il tarixdə, saat 18:15-də inzibati qaydada tutulmuşdur; Məhkəmə MN seriyalı, ******* №-li, 26 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs etdiyi əməli etiraf edib peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirici halı nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 26 noyabr 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-1306/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1306/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver