Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1333/2024 28.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il ildə Goranboy rayonunun Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli biləməyərək izahatında göstərdi ki, o arvadının şikayəti üzrə polis şöbəsinə çağırılmış, lakin onu polis şöbəsində tutmuşlar. Buna sahə müvəkkili və onun yanında olan polis nəfəri də şahid olmuşdur. Özünü təqsirli bilmir. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 bildirmişdir ki, Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X8 RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X9 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15:50 radələrində Goranboy Rayon Polis Şöbəsində 1 saylı stasionar postunda dayanmışdır. Bir nəfər tanımadığı şəxsin ucadan nəlayiq ifadələr işlətdiyini görmüş, bu səbəbdən də postdan ona yaxınlaşaraq özünü təqdim etmiş, ətrafda insanların olduğunu, nəlayiq ifadələr işlətməməsini xahiş etmiş, həmin şəxs yenidən ünvansız söyüşlər işətdiyindən onu intizama dəvət etmiş, lakin o tabe olmamış, onun tələblərini yerinə yetirməmişdir. Aqressiv hərəkətlərinin qaşısının alınması üçün onu Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, Şəxs arvadıdır. Şəxs onu daimi olaraq nəlayiq ifadələrlə təhqir edir, onu öldürəcəyi ilə hədələyir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nə gedərək orada Şəxs onu öldürəcəyi ilə hədələməsinə dair şikayət ərizəsi yazmış, sonradan da oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X3 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 4 radələrində şikayət əsasında Şəxs izahat vermək üçün Goranboy RPŞ-nə gəlmişdir. Həmin zaman o və sahə müvəkkili orada olmuşdur. Şəxs orada nəlayiq ifadələr işlədərək ünvansız söyüşlər söymüşdür. Ona ətrafda insanların olduğunu, nəlayiq ifadələr işlətməməsini Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X9 xahiş etmiş, həmin şəxs yenidən ünvansız söyüşlər işətdiyindən Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X9 onu intizama dəvət etmiş, lakin o intizama tabe olmamış, onun tələblərini yerinə yetirməmişdir. Aqressiv hərəkətlərinin qaşısının alınması üçün onu Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri İsax Məsiyev tərəfindən rəhbərliyə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:50 radələrində küçədə kiminsə uca səslı ifadələr işlətdiyini nəlayiq görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, onu intizama dəvət etmiş, lakin həmin şəxs qəsdən onun tələblərinə tabe olmamış, aqressiv hərəkətlərini davam etdirmişdir. Daha sonradan adı ona məlum olan Şəxs məcburi şəkildə Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində Qarayev X5 rayonu Civəzadə küçəsində ictimai yerdə uca səslə nəlayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 17:10-da inzibati qaydada tutulmuşdur; Elektron məhkəmə informasiya sistemində Şəxs gəli məlumatlarından müəyyən olunur ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir. Məhkəmə MN ******* №-li, 27 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair izahatını məhkəmə onun özünümüdafiəsinə yönəlmiş və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallarını, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirici və ağırlaşdıran halların olmamasını nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ağaşı həddə inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-1333/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1333/2024
28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver