Məhkəmə qərarları › İş №3(045)-1335/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1335/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1335/2024 28.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy rayon Prokurorluğunun nümayəndəsi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1949-cu il tarixdə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Goranboy rayon, Xoylu kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Goranboy rayonu, Xoylu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə Goranboy rayon prokuroru X3 tərəfindən Şəxs barəsində İXM-in 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və müvafiq sənədlər baxılması üçün xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilir ki, Şəxs 12 iyul 2024-cü il tarixdə Xoylu kənd inzibati ərazi dairəsi üzrə nüamyəndəliyin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış qarşılıqlı mübahisə zamanı sonuncuya dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Goranboy rayon Prokurorluğunun nümayəndəsi X9 inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarın məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Goranboy rayon Xoylu kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qardaşı Ədalət Əliyevə məxsus Goranboy rayonu Xoylu kəndində torpaq sahəsi vardır və Zərərçəkmiş şəxs həmin torpaq sahəsin öz adına rəsmirləşdirilməsi üçün ona dəfələrlə müraciət etmişdir. Lakin o, qardaşı Ədalət Əliyevin sözügedən torpaq sahəsinin onun, yəni Zərərçəkmiş şəxs adına keçirilməsi üçün razılığı olmadığından bundan imtina etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona zəng edərək nalayiq sözlərdən istifadə edib onu təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə Xoylu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini Turqut Şahmalı ona zəng etmiş və bir vətəndaşın icra nümayəndəliyin inzibati binasında onu gözlədiyini bildirmişdir. Həmin gün, o oğlu Amil İbrahimov ilə birlikdə Goranboy ryaon Xoylu kənd icra nümyəndəliyinə getmiş və müavinin otağına daxil olduğda həmin vətəndaşın Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs torpaq sahəsini hansı səbəbdən ona vermədiyini soruşmuş o, isə buna dair lazımi icazə sənədlərinin təqdim etdikdən sonra mümkün olduğunu bildirmişdir. Həmçinin, o Zərərçəkmiş şəxs onu hansı səbəbdən mobil telefonda nalayiq ifadələrlə təhqir etməsini soruşmuş, bu zaman sonuncu onun üzərinə otaqda olan stulu götürüb ona tərəf hücum çəkmək istəyərkən adını unutduğu şəxs buna imkan verməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxslə aralarında mübahisə başlamışdır. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, aralarında mübahisə olmuş, lakin bir-birilərinə hər hansı zor tətbiq olunmamışdır. Otaqda olan icra nümayəndəsi və onun müavini onları aralamışlar. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 iyul 2024-cü il tarixdə torpaq sahəsinin onun adına keçirilməsi ilə bağlı ərizə yazmaq üçün Goranboy rayon Xoylu kənd icra nümayəndəliyinə getmişdir. İcra nümayəndəsinin xidməti otağında olan zaman bələdiyyə sədri Şəxs da ora gəlmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs oğlu Amil İbrahimov otağa daxil olaraq qəfildən onun boğazından tutmuş və Şəxs da oğlu Amilin onu tutmasından istifadə edərək, onun bel nahiyəsinə, qoluna, ayağına, qulağına zərbələr endirmişdir. Hazırda Şəxs oğlundan şikayətçidir və barəsində tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, o, Goranboy rayon Xoylu kənd icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə müavini Turqutun otağında olan zaman, Zərərçəkmiş şəxs otaqda olduğunu və bələdiyyə sədri Şəxs gözlədiyini bilmişdir. Bundan bir az sonra Şəxs gəlmiş və mobil telefonundakı səs yazısını açaraq Zərərçəkmiş şəxs onu təhqir etməsinin səbəbini soruşmuçdur. Zərərçəkmiş şəxs isə ondan torpağı niyə ona vermədiyini soruşmuşdur. Həmin vaxt Aqil nalayiq ifadələr işlətməyə başlamış və yanındakı stulu götürüb Şəxs üzərinə hücum çəkmək istəyəndə o, Aqilin əlini saxlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə başlamış və o, müavini ilə birlikdə onları aramışlar. Daha sonra o, nümayəndəliyinin binasını tərk etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında göstərdi ki, o, Goranboy rayon Xoylu kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun xidməti otağına gəlib bələdiyyə sədri Şəxs gözlədiyini bildirmişdir. Bu zaman o, Şəxs ilə əlaqə saxlayıb vətəndaşın onu nümayəndəlikdə gözlədiyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Şəxs içəri daxil oldu, oğlu Amil isə qapıda gözləyirdi. Şəxs otağa daxil olan kimi mobil telefonunda olan səs yazısını açmış və Aqilin onu təhqir etməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs isə ondan torpağı niyə ona vermədiyini soruşmuş, həmin vaxt Aqil nalayiq ifadələr işlətməyə başlamış və yanındakı stulu götürüb Şəxs üzərinə hücum çəkmək istəyəndə icra nümayəndəsi Tofiq Zərərçəkmiş şəxs əlini saxlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə başlamış və o, nümayəndə ilə birlikdə onları aramışlar. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Şəxs onun atasıdır. xx.xx.2024-cü il tarixdə Xoylu kənd icra nümayəndəsinin müavini Turqut Şahmalı atasına zəng edərək vətəndaşın nümayəndəliyin binasında onu gözlədiyini bildirmişdir. Bundan sonra o, atası ilə birlikdə nümayəndəliyə getmişlər və icra nümayəndəsinin müavini Turqut Şahmalının otağına daxil olmuşlar və orada Zərərçəkmiş şəxs olduğunu görmüşlər. Zərərçəkmiş şəxs atasına torpağı niyə ona vermədiyini demiş, atası isə torpağın çıxarışının olmadığını, qardaşı Ədalətin torpaqdan imtina etməsi ilə bağlı ərizəsi olmadığını, bu səbəbdən ona torpaq verə bilmədiyini bildirmişdir. Bundan sonra atası Şəxs mobil telefonundakı səs yazısını açaraq Zərərçəkmiş şəxs onu niyə təhqir etdiyinin səbəbini soruşmuş, o, bu söyüşləri eşidən zaman əsəbi halda Aqili vurmaq istəmiş, lakin orada olan şəxslər onu içəri daxil olmağa qoymamışlar. Həmin vaxt Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmiş və yanındakı stulu götürüb atasının üzərinə hücum çəkmək istəmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 636 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsn məhkəmə-tibbi müayinəsi zamanı onun tibbi səmədinə (ambulator kartasına) əsasən onun bədəni üzərində müəyyən edilmiş - əzniklər küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə kənar şəxs tərəfindən əllə (yumruqla) yetirilmə zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 30.2-ci maddəsinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz; Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 636 nömrəli rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində əzniklər küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə kənar şəxs tərəfindən əllə (yumruqla) vurulma zamanı xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi; - Şəxs izahatında Zərərçəkmiş şəxs ilə xx.xx.2024-cü il tarixdə mübahisə etdiyini inkar etməmişdir; - iş üzrə Zərərçəkmiş şəxs izahatında Şəxs xx.xx.2024-cü il tarixdə onu yumruqla vurduğunu göstərmişdir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar