Məhkəmə qərarları › İş №3(045)-1377/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1377/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1377/2024 05.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonu, Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Hazırəhmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 dekabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Ziyad Yunislinin 05 dekabr 2024-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan 6 manat dəyərində, 3 ədəd şüşə butulkada “Əfsanə” adlı spirtli içkini oğurlamışdır. 03 dekabr 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində Goranboy şəhər, S. Civəzadə küçəsində ictimai yerdə uca səslə nalayiq ifadə işlədərk ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək atası X2 məxsus mağazadan 2 ay ərzində təxminən 1000 manat dəyərində spirtli içki olan pivələrin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Faktla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş şəxsin Goranboy rayon Hazırəhmədli kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində sonuncunu RPŞ-nin əməliyyat müvəkkili Elnur Vəliyev və RPŞ-nin təhqiqatçısı Ziyad Yunisli ilə birlikdə RPŞ-yə gətirən zaman sonuncu RPŞ-nin qarşısında küçədə uca səslə nalayiq ifadələr işlətdi və oğurluq etmədiyini bildirdi, polis əməkdaşları Şəxs nizamintizama dəvət etsələrdə o, öz qərəzli hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra polis əməkdaşları biz Şəxs RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün NH-ə təhvil vermişlər. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs atasına məxsus Goranboy rayon Dəliməmmədli şəhərində yerləşən mağazadan 6 manat dəyərində 3 ədəd şüşə butulkada “Əfsanə” adlı spirtli içki oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq Şəxs əməlində İXM-in 227, 510 və 535.1-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Şəxs barəsində tərəfindən İXM-in 227, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixində tanışı Goranboy rayonu Dəliməmmədli şəhərində yaşayan Zərərçəkmiş şəxs məxsus mağazadan 3 ədəd spirtli içki olan “Əfsanə” pivəsinin götürmüş və geyinmiş olduğu kurtkanın iç cibinə qoyub dərhal yaşadığı evə getmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində şikayət olduğunu bildirərək izahatının alınması üçün Goranboy RPŞ-yə dəvət etmişlər. Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman küçədə oğurluq etmədiyini bildirmiş və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə o, öz qərəzli hərəkətlərini davam etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O əməlindən peşman olduğunu, bir daha belə səhvlərə yol verməyəcəyinə söz vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Ziya barəsində DİN-in 102 xidmətinə və Goranboy Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Belə ki, onun atasına məxsus Goranboy rayonu Dəliməmmədli şəhərində yerləşən ərzaq mağazasından bir neçə dəfə spirtli içki olan pivə oğurlamışdır. Bundan sonra o, Şəxs dəymiş ziyanı ödəməsini, əks təqdirdə onu polisə şikayət edəcəyini bildirmişdir. Buna baxmayaraq, Şəxs ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Sonuncu ona 1000 manat məbləğində ziyan vurmuşdur. Hazırda Şəxs şikayətçidir və onun həbs olunmasını istəyir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs tərəfindən ona 1000 manat ziyan vurulmasını təsdiq edən rəsmi sübutu yoxdur, sadəcə güman edir ki, əvvəllər də ondan belə mütəmadi oğurluq edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nın əməliyyat müvəkkili X5 bildirdi ki, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixində DİN-in 102 xidmətinə zəng edərək, atasına X2 məxsus mağazadan 2 ay ərzində spirtli içkilərin (pivə) oğurlanmasını aşkar etdiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş şəxsin Goranboy rayonu Hazırəhmədli kənd sakini Şəxs olması müəyyən olunmuşdur. O, həmin vaxt Goranboy rayon polis şöbəsinin inzibati binasının qarşısında idi. Bu zaman Əliyev X3 rayon polis şöbəsinin inzibati binasının qarşısında ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsi Goranboy rayonu polis şöbəsinə və nizamintizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabe olmayaraq öz nizamsız hərəkətlərini davam etdirərək qanunsuz hərəkətlərinə davam etmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin NH-nə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Ziyad Yunisli və Goranboy RPŞ-nin əməliyyat müvəkkili Elnur Vəliyev oğlu tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək atası X2 məxsus mağazadan 2 ay ərzində təxminən 1000 manat dəyərində spirtli içki olan pivələrin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Faktla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş şəxsin Goranboy rayon Hazırəhmədli kənd sakini Şəxs olduğu müəyyən olunmuş,xx.xx.2024-cü il tarixdə saat 18:40 radələrində sonuncunu RPŞ-nin əməliyyat müvəkkili Elnur Vəliyev ilə birlikdə RPŞ-nə gətirən zaman sonuncu RPŞ-nin qarşısında küçədə uca səslə nəlayiq ifadələr işlətdi və oğurluq etmədiyini bildirdi, onlar sonuncunu nizam-intizama dəvət etsələr də o, öz qərəzli hərəkətlərini davam etdirdi və onların qanuni tələbinə qəsdən tabe olmadı. Daha sonra onlar Şəxs RPŞ-nə gətirərək barəsində qanuni tədbir görülməsi üçün NH-ə təhvil vermişlər. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 dekabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs məxsus mağazadan hazırki bazar qiyməti 6 (manat) manat dəyərində olan 3 ədəd 0.5 litrlik Əfsanə pivəsini talayan Şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Zərərçəkmiş şəxs məxsus məxsus mağazadan hazırki bazar qiyməti 6 (altı) manat dəyərində olan 3 ədəd 0.5 litrlik Əfsanə pivəsini gizli yolla talamaqla Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə Goranboy rayon Hazırəhmədli kənd sakini Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Goranboy RPŞ-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur; Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadəsi, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai işlər növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 180 (bir yüz səksən) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan – 6 (altı) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qərarın vurulmuş maddi ziyanın ödənilməsi hissəsində icrası Şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar