Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-139/2023 21.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X* iştirakları ilə, xx.xx.*967-ci ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Ağamalıoğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.*-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.*-ci maddəsi ilə 2*.02.2023-cü il tarixli, MN *06*805 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən verilmiş *4.*0.2022-ci il tarixli, MN 028*842 nömrəli qərara əsasən Şəxs 50 manat cərimə alınıb dövlət nəfinə ödənilməlidir. Goranboy rayon İcra və probasiya şöbəsində 26.*0.2023-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. “Elektron-icra” informasiya sistemindən çıxarışa əsasən borclunun adına heç bir əmlak və gəlir aşkar edilməmişdir. İcra icraatı zamanı 22.**.2022-ci il tarixdə borclunun izahatı alınmış, qanunvericliyin tələbləri izah edilmiş, borclu izahatında qeyd etmişdir ki, “qərar və bildirişi” rəsmi qaydada qəbul etmişdir, lakin imza etməyəckdir. Ödəniş edə bilmir. İcra icraatı zamanı 22.**.2022-ci il tarixdə borclunun təkrar izahatı alınmış, qanunvericliyin tələbləri izah edilmiş, borclu izahatında qeyd etmişdir ki, inzibati cəriməni ödəməyəcəkdir. İcra icraatı zamanı borclu dəfələrlə xəbərdar olunmuş, sənədləri imza etməkdən imtina etmişdir. Borclunun bugünkü tarixdə yenidən izahatı alınmış, borclu göstərmişdir ki, ödəniş etməyəcəkdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmişdir. Hazırkı əlavənin təsviri hissəsində Şəxs icra sənədini qərəzli olaraq icra etməməsini özündə ehtiva edən sübut və əsaslar göstərilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 529.*-ci maddəsinin tərkibi vardır. Məhkəmə iclasında Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X2 Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən verilmiş *4.*0.2022-ci il tarixli, MN 028*842 nömrəli qərarından məlumatlıdır və həmin qərar ona rəsmi qaydada verilmişdir. Lakin, həmin qərar üzrə ona təyin edilmiş 50 (əlli) manat məbləğində cəriməni ödəmək iqtidarında deyildir, maddi vəziyyəti çox çətindir. Odur ki, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Xidmətinin Gəncə Regional Şöbəsinin MN 03*6270 nömrəli, *4.09.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində İXM-in 332.0.*-ci maddəsi ilə protokol tərtib edilmişdir; “İnzibati tənbeh vermə haqqında” X2 Xidmətinin Gəncə Regional Şöbəsinin *4.*0.2022ci il tarixli, MN 028*842 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 322.0.*-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir; 26.*0.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 257973/2022 nömrəli müvafiq tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, X2 Xidmətinin Gəncə Regional Şöbəsinin *4.*0.2022-ci il tarixli, MN 028*842 nömrəli icra sənədi üzrə tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs göndərilmişdir. Qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən borclu Goranboy Rayon İcra və Probasiya şöbəsinə dəvət edilərək ondan izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. İXM-in 529.*-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs səlahiyyətli orqanın icra sənədilərin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.*-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 3*.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, **4-**5, *28-*30-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.*-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində *60 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan *0 gün müddətinə işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-139/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-139/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver