Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1392/2024 09.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Goranboy rayonunun Xoylu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Goranboy rayonunun Xoylu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 06 dekabr 2024-cü il tarixli, MN seriyalı, 210806 №-li, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin axtarış qərarı əsasında tutulmuş və Goranboy RPŞ-nin inzibati binasının qarşısına gətirilmişdir. O, RPŞ-nin inzibati binasının qarşısında olan zaman əsəbləşmiş və nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsə də o, öz hərəkətlərini davam etdirmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında ünvanlıünvansız nalayiq ifadələr işlətməklə polisin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X5 bildirdi ki, barəsində Goranboy RPŞ-da olan araşdırma ilə bağlı axtarış elan olunmuş Goranboy rayon Xoylu kənd sakini, xx.xx.1975-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bununla bağlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Alıyevlə birlikdə onu Goranboy RPŞ-yə gətirmişlər. Şəxs Goranboy RPŞ-nin inzibati binasının qarşısında nalayiq ifadələr işlədərək inzibati binaya girməkdən imtina etmişdir. Buna görədə Şəxs hüquqlarını izah edib onlarla birlikdə inzibati binaya daxil olmasını dəfələrlə izah etsələr də İlham, onların qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi məcburi şəkildə RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X4 bildirdi ki, barəsində Goranboy RPŞ-da olan araşdırma ilə bağlı axtarış elan olunmuş Goranboy rayon Xoylu kənd sakini, xx.xx.1975-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bununla bağlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Alıyevlə birlikdə onu Goranboy RPŞ-yə gətirmişlər. Şəxs Goranboy RPŞ-nin inzibati binasının qarşısında nalayiq ifadələr işlədərək inzibati binaya girməkdən imtina etmişdir. Buna görədə Şəxs hüquqlarını izah edib onlarla birlikdə inzibati binaya daxil olmasını dəfələrlə izah etsələr də İlham, onların qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi məcburi şəkildə RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Əli Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli raportdan görünür ki, barəsində Goranboy RPŞ-da olan araşdırma ilə bağlı axtarış elan olunmuş Goranboy rayon Xoylu kənd sakini, xx.xx.1975-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Zərdab RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bununla bağlı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Emin Alıyevlə birlikdə onu Goranboy RPŞ-yə gətirmişlər. Şəxs Goranboy RPŞ-nin inzibati binasının qarşısında nalayiq ifadələr işlədərək inzibati binaya girməkdən imtina etmişdir. Buna görədə Şəxs hüquqlarını izah edib onlarla birlikdə inzibati binaya daxil olmasını dəfələrlə izah etsələr də İlham, onların qanuni tələbinə qəsdən tabe olmayaraq qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin şəxsi məcburi şəkildə RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, 210806 №-li, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 06 dekabr 2024-cü il tarixdə, saat 21:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halın olması və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 31.4-1 və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-1392/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1392/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver