Məhkəmə qərarları › İş №3(045)-143/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-143/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-143/2023 07.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Goranboy rayonunun Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Goranboy rayonunun Hazırəhmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 fevral 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Hidayət Cəfərov 09 fevral 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 22 fevral 2023-cü il il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Goranboy Rayon Muzdurlar kəndində xx.xx.2023-cü il tarixində Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs RPŞ-nə vermiş olduğu izahatında bildirmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2023-cü il tarixdə bacısı X1 Goranboy Rayon Bəşirli kənd sakini X3 ailə qurmaq məqsədi ilə qaçırmışdır. Bu barədə Gəncə şəhəri polis şöbəsində araşdırma aparılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində qardaşı X2 ilə birlikdə Elxanın idarə etdiyi “VAZ 21014” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə gedən zaman Goranboy rayon Hazırəhmədli kəndində küçədə bacısı Aytacın könüllü olaraq qoşulub qaçdığı Elvin Məmmədovun xalası oğlu, Goranboy rayon Sarovlu kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı Volsvagen markalı avtomobil ilə avtomobilin yaxın yaxın və uzaq işıqlarını yandıraraq və həmçinin siqnaldan istifadə edərək avtomobili saxlatdırmış, o və qardaşı Elxan və həmçinin Ruslan avtomobildən yerə düşmüş və salamlaşdıqdan sonra Ruslan ondan hara getdiklərini soruşmuş, o da işləri olduğunu və Dəliməmmədli şəhərinə gedəcəklərini demiş, daha sonra Bəşirli kəndində olan zaman Ruslanın idarə etdiyi avtomobil ilə arxaları ilə gəldiyini görmüş, buna görə qardaşı Elxan avtomobili Muzdurlar kəndi istiqamətində idarə etmiş, lakin Ruslan da onların arxası ilə gəlməkdə davam etmişdir. Qardaşı Elxan avtomobil ilə Yolpaq kəndi istiqamətinə idarə etmiş və avtomobilin ara küçələrdən birinə sürən zaman Ruslan onların avtomobilini yenidən saxlatdırmış, o avtomobilidən yerə düşmüş və niyə arxaları ilə gəldiyini soruşmuş, Ruslan da avtomobildən düşərək hara getdiklərini yenidən soruşmuş, o da Ruslana arxaları ilə gəlməməyini demiş və avtomobilə əyləşən zaman Ruslan gələcəyini demiş, o da acıqlı şəkildə Ruslanın əyləşdiyi sürücü tərfə yaxınlaşıb avtomobilin qapısını açmaq istəyən zaman Ruslan avtomobilini arxaya verən zaman onun sağ ayağı avtomobilin təkərinin altında qalmış, o da buna görə əsəbləşmiş və Ruslanın idarə etdiyi avtomobilin arxası ilə yerdən daş götürərək bir neçə dənə daş atmış və daşın isə Ruslanın idarə etdiyi avtomobilin hansı hissələrinə dəyməsini görməmişdir. Çünki o, daş atdıqdan sonra qardaşı Elxanı çağırmış və həmin vaxt hava qaranlıq olmuşdur. Daha sonra o və qardaşı Elxan avtomobilə əyləşərək yaşadıqları Goranboy rayon Hazırəhmədli kəndinə getmişlər. Həmçinin avtomobildə qardaşı Elxan İsgəndərov və özü olduğunu qeyd etmişdir. Hazırda ona da ziyan vurulduğu üçün ziyanı ödəmək fikri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, araşdırma zamanı Zərərçəkmiş şəxs RPŞ-yə vermiş olduğu izahatında bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Şəxs tanıyır, əvvəllər münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Xalası oğlu X3 xx.xx.2023cü il tarixdə Şəxs bacısı Aytac İsgəndərovanın razılığı əsasında evlənmək məqsədilə qaçırmışdır. Buna görə də Elşənlə onun aralarında narazılıqlar yaranmışdır. Onun idarə etdiyi Volsvagen Passat markalı, **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bibisinin yoldaşı Kənan Rzayevin adınadır, lakin onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi Volsvogen passat markalı, **-BR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Goranboy rayon Hazırəhmədli kəndinə getmişdir. Hazırəhmədli kəndində hərəkətdə olan zaman əksistiqamətli yol iləhəeəkətdə olan Elxan İsgəndərov idarə etdiyi VAZ-21014 markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun yanında saxlamış, o buna görə avtomobildən düşmüş və Elxanla salamlaşmış, yerdə söhbət edən zaman Elxan ona “sənin xalan oğlu Elvini tapıb öldürəciyik” demiş, o da “nə istəyirsiz edin mən ona qarışmıram” demiş və idarə etdiyi avtomobilinə əyləşərək Bəşirli kəndi istiqamətində hərəkətini davam etdirmişdir. Elxan isə ondan qabaqda avtomobili ilə hərəkətdə olmuşdur. Elxan idarə etdiyi avtomobili ilə Goranboy rayon muzdurlar kəndi istiqamətinə hərəkətini davam etdirmiş, o da şəxsi işi ilə əlaqədar olaraq Goranboy rayon muzdurlar kəndi istiqamətində hərəkətini davam etdirmişdir. Daha sonra Elxan Muzdurlar kəndində olan “Emil” şadlıq sarayının qarşısında onun qarşısını kəsmiş, Elxan avtomobilindən düşərək onun yanına gəlmiş və o da avtomobildən yerə enmiş, Elxanla söhbət edən zaman ona avtomobildə qohumları olduğunu və avtomobili ilə oradan uzaqlaşmağını demiş, o avtomobilinə əyləşmək istəyən zaman Elşən avtomobildən düşərək onun yanına gəlmiş və ona qarşı nalayiq ifadələr işlədərək oradan uzaqlaşmağını bildirmiş, o da avtomobilinə əyləşmiş və həmin vaxt Elxan və Elşən gəldikləri VAZ-21014 markalı avtomobilə əyləşmiş, o idarə etdiyi avtomobili ilə oradan uzaqlaşmaq istəyən zaman Elşən və Elxan avtomobildən düşərək ona tərəf yaxınlaşmış, o avtomobilin qapılarını bağlamış və həmin vaxt Elşən qapını aça bilmədiyi üçün təpiklə avtomobilin sol yan pəncərəsinə vurmuş və ağsaya-ağsaya kənara çəkilmiş, daha sonra Elxan gəlmiş və Elxan və Elşən yenidən təpiklə avtomobilin, sol yan qapıya sol qabaq buferə və krloya bir dəfə vurmuşdur. Sonra o, oradan avtomobili ilə uzaqlaşmaq istəyən zaman Elxan və Elşən avtomobilini daşlamışdılar. Lakin hava qaranlıq olduğu üçün Elxan və Elşənin atdıqları daşların avtomobilinin hansı hissələrinə dəydiklərini bilməmişdir. Daha sonra o oradan uzaqlaşaraq getmişdir. Həmçinin o, avtomobili ilə Şəxs ayağının üzərindən keçmədiyini, Elşənin sağ ayağının onun avtomobilinin təkərinin altında qalmadığını, Elşənin sağ ayağının xəsarət alması avtomobilini təpikləyən zaman olduğunu qeyd etdmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını qəsdən məhv etməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 670 (altı yüz yetmiş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar