Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1458/2024 17.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonu, İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonu, İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonu Veyisli qəsəbəsində yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən X12 barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 17 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 17 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, 16 deakbr 2024-cü il tarixdə Goranboy rayonu Rəhimli kəndində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və Goranboy RPŞ-nin DYPBnin və PPXB-nin əməkdaşlarının qanuni tələbinə qəsnən tabə olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:50 radələrində Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektrou X17 rayonu, Rəhimli kəndində xidmətdə olan zaman “Hyundai” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsini idarə edən adı sonradan onlara məlum olan Şəxs Cümşüd oğlu təhlükəsizlik kəmərindən istifadə etmədiyi və nəqiliyyat vasitəsinin ön banperinin yerində olmadığı üçün tərəfindən saxlanılmışdır. Bu zaman YPX-nin inspektoru sürücülük vəsiqəsini ondan tələb etməsinə baxmayaraq sonuncu, sürücülük vəsiqəsini təqdim etməkdən imtina edərək uca səslə səsküy salmış və həmin şəxs YPX-nin inspektoru tərəfindən dəfələrlə nizam-intizama dəvət edilmiş lakin Elsəvər Sarıyev polisin ünvanına, ünvanlı-ünvansız nalayiq küçə söyüşləri işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davat etmişdir. Daha sonra bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş və bundan sonra növbətçi hissə əl-rabitə vasitəsi ilə yaxın ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını həmin yerə dəvət etmişdir. Həmin yerə qısa müddətdə PPXB-nün bölük komandirinin müavini polis baş leytenantı Məhəmməd Hüseynov, polis serjantları Elvin Muradov və Elmin Allahverdiyev yaxınlaşdılar və onlar birlikdə yenidən həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil verilmişdir. Bununla da X3 hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq X12 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 16 dekabr 2024-cü il tarixdə özünə məxsus “Hyundai” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsi ilə yaşadığı Goranboy rayonu Veyisli qəsəbəsi istiqamətinə hərəktdə olan zaman, YPX-nin inspektoru tərəfindən onun idarə etdiyi avtomobilə saxla işarəsi verilmişdir. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək saxlanılma səbəbini ona izah etmiş və sürücülük vəsiqəsinin təqdim edilməsini ondan tələb etmişdir. Bu zaman o, sürücülük vəsiqəsini təqdim etməkdən imtina edərək uca səslə səs-küy salmağa başlamışdır. YPX-nin inspektoru onu nizam-intizama dəvət etməsinə baxmayaraq o heç bir xəta törtəmədiyini bildirərək öz hərəkətlərinə davam etmişdir. Bundan bir neçə dəqiqə sonra həmin yerə Goranboy RPŞ-nin PPX-nin polis əməkdaşları yaxınlaşmışlar və onu nizam-intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq o, öz hərəkətlərinə davam etmişdir. Eyni zamanda bildirir ki, o müddətsiz ikinci qrup əlildir. Hazırda əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X16 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:50 radələrində Goranboy rayonu, Rəhimli kəndində xidmətdə olan zaman “Hyundai” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsi idarə edən adı sonradan ona məlum olan Şəxs Cümşüd oğlu təhlükəsizlik kəmərindən istifadə etmədiyi və nəqiliyyat vasitəsinin ön banperinin yerində olmadığı üçün tərəfindən saxlanılmışdır. Bu zaman sürücülük vəsiqəsini Şəxs Cümşüd oğlundan tələb etsə də o, sürücülük vəsiqəsini təqdim etməkdən imtina edərək uca səslə səs-küy salmış və həmin şəxs onun tərəfindən dəfələrlə nizamintizama dəvət edilmiş lakin sonuncu, polisin ünvanına ünvanlı-ünvansız nalayiq küçə söyüşləri işlədərək onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davat etmişdir. Daha sonra o, bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş və hadisə yerinə gələn PPX-nin əməkdaşları vasitəsi ilə Sarıyev X10 RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin bölük komandirinin müavini X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu ərazisində xidmətdə olan zaman Goranboy RPŞ-nin növbətçi hissəsi əl-rabitə vasitəsi ilə efirə çıxaraq yaxın ərazidə bir nəfər şəxsin YPX-nin əməkdaşına tabesizlik etməsini bildirmişdir. Onlar dərhal həmin yerə yaxınlaşmışlar və orada adını sonradan bildiyi X5 uca səslə nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. X13 yenidən nizam-intizama dəvət edilməsinə baxmayaraq, polisin qanuni tələbinə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri, X6 və X19 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Rahib İsmayılov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:50 radələrində Goranboy rayonu, Rəhimli kəndində xidmətdə olan zaman “Hyundai” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsini idarə edən adı sonradan onlara məlum olan Şəxs Cümşüd oğlu təhlükəsizlik kəmərindən istifadə etmədiyi və nəqiliyyat vasitəsinin ön banperinin yerində olmadığı üçün tərəfindən saxlanılmışdır. Bu zaman YPX-nin inspektoru sürücülük vəsiqəsini ondan tələb etməsinə baxmayaraq sonuncu, sürücülük vəsiqəsini təqdim etməkdən imtina edərək uca səslə səsküy salmış və həmin şəxs onun tərəfindən dəfələrlə nizam-intizama dəvət edilmiş lakin Elsəvər Sarıyev polisin ünvanına, ünvanlı-ünvansız nalayiq küçə söyüşləri işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davat etmişdir. Daha sonra bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş və bundan sonra növbətçi hissə əl-rabitə vasitəsi ilə yaxın ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını həmin yerə dəvət etmişdir. Həmin yerə qısa müddətdə PPXB-nün bölük komandirinin müavini polis baş leytenantı Məhəmməd Hüseynov, polis serjantları Elvin Muradov və Elmin Allahverdiyev yaxınlaşdılar və onlar birlikdə yenidən həmin vətəndaşı nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Odur ki, Şəxs Cümşüd oğlu və X11 barələrində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X12 həmin tarixdə saat 17:30-da inzibati qaydada tutulmuşdur; 16 dekabr 2024-cü il tarixli, 402 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X7 alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir (0,000%); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair” məlumatdan görünür ki, X12 “baş beyinin üzvi zədələnməsi nəticəsində kəskin ağıl zəyifliyi, psixopatabənzər” davranış diaqnozu ilə müddətisz ikinci qrup əlildir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X3 İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin X3 inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə X12 inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 16 dekabr 2024-cü tarixdə Goranboy rayonu, Rəhimli kəndində uca səslə kobud ifadələr işlədərək ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda X3 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X12 16 dekabr 2024-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, X12 barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamsını nəzərə alır və hesab edir ki, X12 İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X9 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş X12 məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1458/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1458/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver