Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1461/2024 17.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Goranboy rayonunun Borsunlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 15 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə həmkəndlisi Mehdi Quliyev onun barəsində DİN-nin “102” çağrı mərkəzinə müraciət etmişdir. Belə ki, Mehdi Quliyevlə torpaq sahəsində aralarında mübahisə olmuşdur. O nə polis şöbəsində, nə də başqa yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamaq kimi hərəkətlərə yol vermişdir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirmişdir ki, Goranboy RPŞ-nin TB-nin polis baş leytenantı X6 RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin polis baş leytenantı X8 bildirdi ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X4 xx.xx.2024-cü il tarixində DİN-in 102 xidmətinə zəng edərək, Ələddin adlı şəxs tərəfindən döyülməsi və ünvanına X12 xidmətinin göndərilməsini istədiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerindən bir qədər aralıda bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar adını sonradan bildikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Goranboy rayonu Borsunlu kənd sakini Şəxs olduğu məlum olmuşdur. Buna görə də Şəxs Goranboy RPŞ-nə dəvət etmişlər. Həmin şəxsi Goranboy rayonu polis şöbəsinə dəvət edib nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsində sonuncu nizamsız hərəkətlərini davam etdirərək ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X5 bildirdi ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X4 xx.xx.2024-cü il tarixində DİN-in 102 xidmətinə zəng edərək, Ələddin adlı şəxs tərəfindən döyülməsi və ünvanına X12 xidmətinin göndərilməsini istədiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerindən bir qədər aralıda bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar adını sonradan bildikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Goranboy rayonu Borsunlu kənd sakini Şəxs olduğu məlum olmuşdur. Buna görə də Şəxs Goranboy RPŞ-nə dəvət etmişlər. Həmin şəxsi Goranboy rayonu polis şöbəsinə dəvət edib nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsində sonuncu nizamsız hərəkətlərini davam etdirərək ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin TB-nin polis baş leytenantı Ziyad Yunisli tərəfindən rəhbərliyə ünvanlanmış 15 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X4 xx.xx.2024-cü il tarixində DİN-in 102 xidmətinə zəng edərək, Ələddin adlı şəxs tərəfindən döyülməsi və ünvanına X12 xidmətinin göndərilməsini istədiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerindən bir qədər aralıda bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar adını sonradan bildikləri şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Goranboy rayonu Borsunlu kənd sakini Şəxs olduğu məlum olmuşdur. Buna görə də Şəxs Goranboy RPŞ-nə dəvət etmişlər. Həmin şəxsi Goranboy rayonu polis şöbəsinə dəvət edib nizamintizama dəvət etsələr də, onların qanuni tələblərinə tabe olmayaraq polis şöbəsində sonuncu nizamsız hərəkətlərini davam etdirərək ünvansız ucadan nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 15 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Əliyev X1 rayonunun Borsunlu kəndində, küçədə yüksək səslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 15 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə MN seriyalı, ******* №-li, 15 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Beləliklə, məhkəmə Şəxs məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-1461/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1461/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver