Məhkəmə qərarları › İş №3(045)-150/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-150/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-150/2023 23.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonunun Çaylı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.5.2, 338.5.5 və 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 fevral 2023-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 20 fevral 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Dəliməmmədli-Xoylu yolunun 2-ci kilometrliyində malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarını pozmuş, mal-qaranı və at arabasını (kirşəni) sutkanın vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmiş və zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X2 izahatında göstərdi ki, Şəxs 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Dəliməmmədli-Xoylu yolunun 2-ci kilometrliyində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarını pozmuş, mal-qaranı və at arabasını (kirşəni) sutkanın vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmiş və bununla da zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Nəticədə Şəxs İXM-in 338.5.2, 338.5.5 və 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 338.5.2, 338.5.5 və 338.7-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 fevral 2023cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Dəliməmmədli-Xoylu yolunun 2-ci kilometrliyində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarını pozmuş, mal-qaranı və at arabasını (kirşəni) sutkanın vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulmuşdur. Halhazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir və onunla barışmışdır. Etdiyi əməldən peşmandır. Yekunda barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Dəliməmmədli-Xoylu yolunun 2-ci kilometrliyində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarını pozmuş, mal-qaranı və at arabasını (kirşəni) sutkanın vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmiş və nəticədə ona 1055 manat maddi ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2103” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1055.00 manat maddi ziyan dəymişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 20 fevral 2023-cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Dəliməmmədli-Xoylu yolunun 2-ci kilometrliyində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi qaydalarını pozmuş, mal-qaranı və at arabasını (kirşəni) sutkanın vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirmiş və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməsini və sonuncu ilə barışmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 338.5.2 və 338.5.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən baxılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 338.5.2 və 338.5.5-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 80 (səksən) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2 və 338.5.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X4 X6 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar