Məhkəmə qərarları › İş №3(045)-1519/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1519/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1519/2024 24.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X13 Bölməsinin YNH-in hadisəsi üzrə baş inspektoru X1 zərərçəkmiş şəxs Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Goranboy rayonu, Safikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Safikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 333.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 dekabr 2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2024-cü il tarixdə, saat 00:54-də Yuxarı Ağcakənd-Goranboy avtomobil yolunun Goranboy şəhəri istiqamətində hərəkətdə olan “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun sol hissəsində olan işiqlanma dirəyi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə işıq dirəyinə maddi ziyan dəymişdir. Bununla da, Şəxs İXM-in 327.2 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X13 Bölməsinin YNH-in hadisəsi üzrə baş inspektor X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:54-də Yuxarı Ağcakənd-Goranboy avtomobil yolunun Goranboy şəhəri istiqamətində hərəkətdə olan zaman idarə etdiyi “Mercedes- Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirmiş və yolun sol hissəsində yerləşən işıq dirəyi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs tərəfindən Goranboy şəhər icra nümayəndəliyinin balansında olan işıqlanma dirəyinə maddi ziyan vurmuşdur. Bununla da Şəxs barəsində xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat gecə 1 radələrində sərxoş halda etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobili ilə Goranboy rayon Safikürd kəndində üzü Goranboy şəhəri istiqamətinə hərəkətdə olan zaman nəqliyyat vasitələrinin təkərinin partlaması səbəbindən yolun sol hissəsində yerləşən işıq dirəyi ilə toqquşmuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə ilə bağlı araşdırma aparılmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmamışdır. Əməlindən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat gecə 01:30 radələrində idarə etdiyi “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobili ilə Goranboy şəhər icra nümayəndəliyinin balansında olan işıqlanma dirəyi ilə toqquşmuş, nəticədə işıq dirəyinə maddi ziyan dəymişdir. Şəxs tərəfindən şəhər təsərrüfatına dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 91012609 nömrəli alkotesterin nəticəsindən görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücü Şəxs alkoqolun miqdarı 85.2 mg olmuşdur. Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 5-451/2-186/24 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən idarə olunan “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə avtoqəza törədərək, şəhər təsərrüfatına ciddi ziyan vurmuşdur; Goranboy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 5-451/2-190/24 nömrəli məktubdan görünür ki, “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə törətdiyi qəza nəticəsində yararsız hala düşmüş dəyəri 1240 manat olan işıqlanma dirəyi, dəyəri 40 manat anker boltları, dəyəri, 32 manat olan lampalar şəhər icra nümayəndəliyinin balansındadır; Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına “B1,B, C1” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi xx.xx.2033-cü ildir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək Şəxs etibar etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş BA 410549 nömrəli, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz E 230” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-in: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X8 X11 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar