Məhkəmə qərarları › İş №3(045)-1530/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1530/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1530/2024 26.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Goranboy rayonun Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində İXMin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 22 dekabr 2024-cü il tarixli və 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 22 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 16:40 radələrində Goranboy şəhəri, H. Əliyev prospektində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 22 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22 dekabr 2024-cü il tarixdə narkotik vasitədən istifadə etməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 2013 nömrəli rəyinə əsaəsn müəyyən olunmuşdur. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 dekabr 2024-cü il tarixdə saat 16:45 radələrində Goranboy şəhəri S. Civəzadə küçəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokollarda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, xx.xx.2024-cu il tarixdə Goranboy RPŞ-non NMQ-nin əməliyyat müvəkkili X12 şəhəri ərazisində xidmətdə olduğu zaman Goranboy rayonu Qarasüleymanlı kənd sakini Şəxs səs-küy salaraq ucadan ünvansız nalayiq söyüşlər söyməsinin şahidi olduğuna görə ona yaxınlaşmış, onu nizam-intizama dəvət etmiş, lakin Şəxs qərəzli olaraq qanuni tələblərinə tabe olmamış və eyni hərəkətləri davam etdirmişdir. Həmçinin Şəxs narkotik maddələrin təsiri altında olması barədə şübhələr yaranmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Şəxs narkotik vasitədən istifadə edib-etməməsi ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi yaranmışdır. Ona görə də sonuncu barəsində tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞnin İTB-nə göndərilmişdir. Bundan sonra yəni, xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri Emil Bayramov xidmətdə olan zaman Şəxs Goranboy şəhəri S. Civəzadə küçəsində uca səslə nalayiq ifadələr işlətdiyini görmüş, o həmin şəxsə yaxınlaşaraq özünü ona təqdim etmiş, həmin vətəndaşı nizam-intizama dəvət etsə də, sonuncu onun qanuni tələbinə tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra Şəxs məcburi şəkildə RPŞ-yə gətirilərək barəsində qanuni tədbir görülməsi üçün NH-yə təhvil verilmişdir. Şəxs hərəkətlərində İXM-in 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206, 510 və 535.1 maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri, H. Əliyev prospektində olan zaman əsəbi olduğu üçün uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ona öz iradını bildirmişdir. Buna baxmayaraq o, polisin qanuni tələbinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşı onu məcburi şəkildə şöbəyə gətirmişdir. Goranboy RPŞ-də izahatı alınan zaman onun narkotik vasitənin təsiri altında olması şübhə yaratmış və o Narkoloji dispanserdən həkim komissiyasından keçirilmişdir. Həmin narkotik vasitəni o 20 gün bundan əvvəl istifadə etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman baş vermis hadisə ilə bağlı əsəbi olduğundan ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş, bu zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizamlı olmağa onu dəvət etmiş və şöbəyə dəvət etmişdir. Lakin, o polis əməkdaşının sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Hazırda etdiyi əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun himayəsində iki 14 yaşına çatmayan uşağı vardır və arvadı 2017-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Hazırda o, uşaqlarını təkbaşına böyüdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili X6 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:40 radələrində Goranboy şəhər H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini görmüş, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, onu nizam intizama dəvət etmiş, lakin həmin şəxs özünü aqressiv apararaq onun qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai yerdə söyüş söyməyə davam etmişdir. O da adı sonradan ona məlum olan Goranboy rayon Qarasüleymanlı kənd sakini Şəxs RPŞ-yə gətirərək NH-yə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nın polis sahə nəfəri X14 bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində Goranboy şəhərində xidmətdə olarkən Goranboy şəhər S.Civəzadə küçəsində bir nəfər şəxsin uca səslə nəlayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, həmin vətəndaşı nizam-intizama dəvət etsə də, həmin vətəndaş adı sonradan ona məlum olan Şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra o, həmin şəxsi məcburi şəkildə RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün NH-yə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Elnur Ağalarlı tərəfindən rəhbərliyə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cu il tarixdə Goranboy şəhəri ərazisində xidmətdə olduğu zaman Goranboy rayonu Qarasüleymanlı kənd sakini Şəxs səsküy salaraq ucadan ünvansız nalayiq söyüşlər söyməsinin şahidi olduğuna görə ona yaxınlaşmış, onu nizam-intizama dəvət etsə də Şəxs qərəzli olaraq qanuni tələblərinə tabe olmamış və eyni hərəkətləri davam etdirmişdir. Həmçinin, Şəxs narkotik maddələrin təsiri altında olması barədə şübhələr yaranmışdır. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Elnur Ağalarlının raportu əsasında toplanmış HK-1-2919 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-cı maddəsinin tərkibi olduğu üçün onun əməli İXM-nin 206, 510 və 535.1-cı maddəsi ilə tövsif olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Goranboy RPŞ-nin İTB-nin polis sahə nəfəri Bayramov Emil tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:45 radələrində Goranboy şəhərində xidmətdə olarkən Goranboy şəhər S.Civəzadə küçəsində bir nəfər şəxsin uca səslə nəlayiq ifadələr işlətdiyini görmüş, o həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, həmin vətəndaşı nizam-intizama dəvət etsə də həmin vətəndaş adı sonradan ona məlum olan Şəxs onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişdir. Daha sonra o həmin şəxsi məcburi şəkildə RPŞ-yə gətirərək barəsində qanuni tədbir görülməsi üçün NH-yə təhvil vermişdir. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 22 dekabr 2024-cü il tarixli, 2013 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktini qeydiyyata alınması məsləhət görülür; “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur; İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 215184 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2012-ci ildə X3 doğulmuş X4 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 215204 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2011-ci ildə X3 doğulmuş X5 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 934844 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2012-ci ildə Goranboy rayonunda doğulmuş, atası Şəxs, anası X7r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 963920 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2011-ci ildə Goranboy rayonunda doğulmuş, atası Şəxs, anası X7r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 907013 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2017-ci il tarixdə “kəskin böyrək çatmamazlığı, uşaqlıq boyunun xərçəngi” səbəbindən ölmüşdür. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, ekspert rəyi və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması özözlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 dekabr 2024-cü il tarixdə Goranboy şəhəri, H. Əliyev prospektində və 24 dekabr 2024-cü il tarixdə Goranboy şəhəri S. Civəzadə küçəsində uca səslə kobud ifadələr işlədərək ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokollar və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 22 dekabr 2024-cü il tarixdə və 24 dekabr 2024-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 22 dekabr 2024-cü il tarixli, 2013 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar