Məhkəmə qərarları › İş №3(045)-1545/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1545/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1545/2025 22.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X8 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 iyul 2025-ci il tarixdə Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Məmmədov X2 rayonu Tapqaraqoyunlu kəndində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikintisinə icazə tələb edən tikinti obyektləri inşa etmişdir. Nəticədə Şəxs İXM-in 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Məmmədov X2 rayonu Tapqaraqoyunlu kəndində özünə məxsus torpaq sahəsində heç bir rəsmi sənəd olmadan qanunsuz tikinti işləri aparmışdır. Bununla bağlı Goranboy RPŞ-də araşdırma aprarılmış və Şəxs barəsində cinayət işnin başanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Həmin qərarın əsasında tərəfindən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 395.1-cİ maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy rayonu Tapqaraqoyunlu kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi oğlu Ruslan Əhmədovun adına rəsmiləşdirilmişdir. O, həmin torpaq sahəsinin üzərində kiçik fərdi yaşayış evinin tikilməsinə başlamışdır. Tikinti işlərini aparan zaman etdiyi hərəkətlərin qanunsuz olduğunu bilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri həmçinin bu Məcəllənin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 31- 3-cü bəndinə əsasən “Məcəllənin 395.1-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) və 395.2-ci (həmin əməlin Azərbaycan Respublikasının Mənzil X4 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Mənzil X7 adından– X5 sədri, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdiri» tərəfindən tərtib edilir. Göründüyü kimi, İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır və bu halda inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti müvafiq olaraq Azərbaycan Respublikasının Mənzil X7 adından– X5 sədri, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdirinin vəzifəli şəxslərinə aiddir. Hazırki iş üzrə göstərilən tələb pozulmuş, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, Şəxs İXM-in 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar