Məhkəmə qərarları › İş №3(045)-1549/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1549/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1549/2025 29.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X3 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 451-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 iyul 2025-ci il tarixdə Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 16 iyun 2025-ci il tarixdə Goranboy şəhər, V. Bayramov küçəsində yerləşən “Kənd Təsərrüfatı” mağazasında 5 ədə nəzarət markasız tütün məmulatı satmışdır. Bununla da, Şəxs İXM-in 451-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (nümayəndəsi) və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri həmçinin bu Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 32.1-ci bəndinə əsasən Məcəllənin 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol “dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – Xidmətin rəisi, onun müavinləri, Xidmət rəisinin müşavirləri, Aparatın rəhbəri, onun müavinləri, Aparatın baş idarələrinin (idarələrinin, şöbələrinin, bölmələrinin) rəisləri, onların müavinləri, onların tərkibindəki idarələrin (şöbələrin, bölmələrin) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar, baş təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, baş iqtisadçılar, baş mütəxəssislər), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar, böyük təhqiqatçılar, böyük əməliyyat müvəkkilləri, böyük iqtisadçılar, böyük mütəxəssislər), aparıcı mütəxəssislər, dövlət vergi müfəttişləri (hüquqşünaslar, təhqiqatçılar, əməliyyat müvəkkilləri, iqtisadçılar, mütəxəssislər), Xidmətin strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, onların tərkibindəki idarələrin (şöbələrin, bölmələrin) rəisləri, onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar, xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, baş təhqiqatçılar, baş əməliyyat müvəkkilləri, baş müvəkkillər, baş iqtisadçılar, baş mütəxəssislər), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar, xüsusilə mühüm işlər üzrə müstəntiqlər, böyük təhqiqatçılar, böyük əməliyyat müvəkkilləri, böyük müvəkkillər, böyük iqtisadçılar, böyük mütəxəssislər), aparıcı mütəxəssislər, dövlət vergi müfəttişləri (hüquqşünaslar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat müvəkkilləri, müvəkkillər, iqtisadçılar, mütəxəssislər), Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Aparatın rəhbəri, Aparatın idarə rəisləri, onların müavinləri, şöbə (bölmə) rəisləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar, xüsusilə mühüm işlər üzrə böyük müstəntiqlər, baş əməliyyat müvəkkilləri, baş iqtisadçılar, baş mütəxəssislər), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar, böyük müstəntiqlər, böyük təhqiqatçılar, böyük əməliyyat müvəkkilləri, böyük mütəxəssislər), aparıcı mütəxəssislər, dövlət vergi müfəttişləri (müstəntiqlər, təhqiqatçılar, əməliyyat müvəkkilləri, iqtisadçılar, mütəxəssislər), Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, onun müavini, İdarənin tərkibindəki şöbələrin rəisləri, bölmə rəisi – baş mühasib, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin strukturuna daxil olan ərazi vergilər idarələrinin rəisləri, onların müavinləri, onların tərkibindəki şöbələrin rəisləri, bölmə rəisləri – baş mühasiblər, baş dövlət vergi müfəttişləri (baş hüquqşünaslar), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünaslar), dövlət vergi müfəttişləri tərəfindən tərtib edilir. Göründüyü kimi, İXM-in 451-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır və bu halda inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti müvafiq olaraq Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin vəzifəli şəxslərinə aiddir. Hazırki iş üzrə göstərilən tələb pozulmuş, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən, yəni Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 tərəfindən tərtib edilmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, Şəxs İXM-in 451-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs İXM-in 451-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar