Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1584/2025 21.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X9 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 20 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 20 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 20 iyul 2025-ci il tarixdə, saat 19:35 radələrində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektorları, X5 və X4 “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goran-Ağcakənd yolunda xidmətdə olan zaman, Ağcakənd qəsəbəsində təxminən saat 19:35 radələrində ağ rəngli “VAZ 2107” markalı hər iki dövlət qeydiyyat nişanı yerində olmadan hərəkətdə olan avtomaşına saxla işarəsi vermişlər. Sürücü avtomaşını saxladıqdan sonra, sürücüyə yaxınlaşaraq özlərini ona təqdim edib pozduğu yol-hərəkət qaydasını ona izah etmişlər. Sonradan adı onlara məlum olan Şəxs avtomaşının dövlət qeydiyyat nişanının harada olmasını soruşduqda sürücü bilmədiyini bildirmişdir. Onlar həmin avtomaşını RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin edən zaman sürücü Şəxs uca səslə nalayiq ifadələr işlədərək tabesizlik göstərməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs yenidən tabesizlik göstərib nalayiq ifadələr işlətməyə davam etdirmişdir. Həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsi avtomaşın ilə birlikdə RPŞ-yə aparılmasını təmin etmişlər. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Bərdə rayonunda yaşayır və iki həftəlik Naftalan şəhərində yerləşən sanatoriyaya müalicə almaq üçün gəlmişdir. Bərdə rayonundan Naftalan şəhərinə gələrkən avtomobilinin ön və arxa dövlət qeydiyyat nişanları olmamış, Naftalan şəhərində də avtomobili qeydiyyat nişanları olmadan idarə etmişdir. xx.xx.2025-ci il tarixdə tanışları ilə birlikdə Naftalan şəhərindən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinə istirahət etmək üçün getmişdir. Bundan sonra Naftalan şəhərinə qayıdan zaman YPX-nin inspektoru tərəfindən onun idarə etdiyi “VAZ 2107” markalı avtomobilinə saxla işarəsi verilmişdir. YPX-nin inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və avtomobilin hər iki qeydiyyat nişanının olmadığını bildirərək avtomobilin dövlət qeydiyyat nişanını deməsini ona söyləmiş, o dövlət qeydiyyat nömrəsini xatırlamadığını polis əməkdaşlarına bildirmişdir. Belə olan halda YPX əməkdaşı onun avtomobilini mühafizə olunan duracağa təmin edilməsini bildirmişdir. O, isə cavabında qeydiyyat nişanının harada olmasından xəbəri olmadığını və avtomobilin duracağa təmin olunmasına etirazını bildirmişdir. Bundan sonra YPX-nin əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Buna baxmayaraq avtomobili Ağcakənd qəsəbəsində mühafizə duracağına təmin edilmişdir. Mühafizə duracağında YPX-nin inspektoru davamlı olaraq ona məxsus mobil telefonu və avtomobilin açarlarını tələb etmiş, o isə əsəbi olduğu üçün vermədiyini bildirərək uca səslə səs-küy salmağa başlamış, polis əməkdaşları ilə mübahisə edərək, onların tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin inspektoru X4 bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, X5 ilə birlikdə “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goran-Ağcakənd yolunda xidmətdə olan zaman, Ağcakənd qəsəbəsində təxminən saat 19:35 radələrində ağ rəngli “VAZ 2107” markalı hər iki dövlət qeydiyyat nişanı yerində olmadan hərəkətdə olan avtomaşına tərəfindən saxla işarəsi verildi. Sürücü avtomaşını saxladıqdan sonra o sürücüyə yaxınlaşaraq özünü ona təqdim edib pozduğu yol-hərəkət qaydasını ona izah etmişdir. Sonradan adı ona məlum olan Şəxs avtomaşının dövlət qeydiyyat nişanının harada olmasını soruşduqda bilmədiyini bildirmişdir. Onlar həmin avtomaşını RPŞ-nin Ağcakənd qəsəbəsində mühafizə olunan duracağına yerləşdirilməsi təmin edilmiş, mühafizə duracağında sürücü Şəxs uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək tabesizlik göstərməyə başlamışdır. O həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, həmin şəxs ona zor tətbiq edərək yenidən tabesizlik göstərib nalayiq ifadələr işlətməyə davam etdirərək, hər iki əli ilə öncə onun hər iki bilək nahiyəsindən vurmuş, o Şəxs sakitləşdirməyə çalışarkən sağ əli ilə onun sol əl barmağını sıxaraq ona fiziki ağrı yetirmiş, daha sonra xidməti geyim formasını dartmağa başlayaraq şevronu qopartmağa çalışmışdır. Həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsi avtomaşın ilə birlikdə RPŞ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X5 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Süleyman Piriyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X5 ilə birlikdə “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goran-Ağcakənd yolunda xidmətdə olan zaman, Ağcakənd qəsəbəsində təxminən saat 19:35 radələrində ağ rəngli “VAZ 2107” markalı hər iki dövlət qeydiyyat nişanı yerində olmadan hərəkətdə olan avtomaşına tərəfindən saxla işarəsi verildi. Sürücü avtomaşını saxladıqdan sonra onlar sürücüyə yaxınlaşaraq özlərini ona təqdim edib pozduğu yol-hərəkət qaydasını ona izah etmişlər. Sonradan adı onlara məlum olan Şəxs avtomaşının dövlət qeydiyyat nişanının harada olmasını soruşduqda “bilmirəm” deyərək avtomaşının dövlət qeydiyyat nişanının seriyasını da bilmədiyini bildirdi. Onlar həmin avtomaşını RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin edən zaman sürücü Şəxs uca səslə nalayiq ifadələr işlədərək tabesizlik göstərməyə başladı. Biz həmin şəxsi dəfələrlə nizamintizama dəvət etsələr də, həmin şəxs yenidən tabesizlik göstərib nalayiq ifadələr işlətməyə davam etdirdi. Həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsi avtomaşın ilə birlikdə RPŞ-yə aparılmasını təmin etmişlər. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 20 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur; Məhkəmə iclasında materiala əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs ilk öncə polis əməkdaşlarının xidməti fəaliyyətlərinə mane olaraq avtomobilin qeydiyyat nişanını təqdim etməmiş, həmçinin avtomobilin baqaj yerinin açılmasını tələb edən polis əməkdaşına tələblərinə əhəmiyyət verməyərək açarı əlində saxlayaraq polis əməkdaşlarına tabesizlik göstərmiş, videonun növbəti hissələrində daha da aqressivləşərək polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir edib, video çəkilişi qeydə alan polis əməkdaşına fiziki zor tətbiq edərək hər iki yumruğu ilə onun bilək nahiyətlərinə vurub, daha sonra sağ əli ilə polis əməkdaşının sol əl barmağını sıxaraq ona güclü fiziki ağrı yetirmişdir. Bundan başqa polis əməkdaşının xidməti geyim formasını dartaraq, şevronu qopartmağa cəhd etmişdir. Ətrafda olan polis əməkdaşlarının köməkliyi ilə Şəxs sakitləşdirilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 20 iyul 2025-ci tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən RPŞ-nin qarşısında uca səslə kobud ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 20 iyul 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını və ikinci Qarabağ müharibəsinin iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs avtomobilini uzun müddət hər iki dövlət qeydiyyat nişanı olmadan idarə etmiş, xırda xuliqanlıq etmək və polisə qanuni tələbinə tabe olmamaqla yanaşı, həmçinin polis əməkdaşlarının şəxsiyyətini alçaltmış, polis əməkdaşlarının uzun müddət iş rejimini pozmuş, həmçinin YPX əməkdaşı Süleyman Piriyevə zor tətbiq edərək, ona fiziki ağrı yetirmişdir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyul 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(045)-1584/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1584/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver