Məhkəmə qərarları › İş №3(045)-1650/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1650/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1650/2025 04.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X2, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 04 avqust 2025-ci il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 04 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Goranboy rayon İcra və Probasiya Şöbəsinin rəisi Rauf Cəfərov məhkəməyə xx.xx.2025-ci il tarixli, 23264/2025 nömrəli məktubu göndərərək, inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İXM-in: 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılması xahiş olunduğundan, borclu Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 04 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Goranboy rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar