Məhkəmə qərarları › İş №3(045)-1657/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1657/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1657/2025 19.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 430.4-cü maddəsi üzrə tərtib olunmuş 30 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 12300,00 ABŞ dolları məbləğində vəsaiti 18 iyul 2023-cü il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də 12300,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 izahatında bildirdi ki, X6 Sanayi və Ticaret A. Ş.-nin Azərbaycan Respublikasındakı Filialı” (“Alıcı”) ilə Türkiyə Respublikasının “X5 San. Tic. LTD. ŞTİ” (“Satıcı”) ilə arasında xx.xx.2023-cü il tarixli 105 saylı Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, eyni zamanda, xx.xx.2023-cü il tarixli Proforma Faktura əsasında məbləğin 50 % hissəsi yəni, 12300 ABŞ dolları xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə hesabından satıcı şirkətə avans olaraq köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə sifariş edilən mallar tam həcmdə ölkəyə gətirilmiş və **********9887 saylı Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Gətirilmiş malların qalıq dəyəri və əlavə sifariş edilmiş malların birlikdə dəyəri olan 17030 ABŞ dolları həcmində vəsait isə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC hesabından satıcı şirkətə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək qeyd etmişdir ki, təqdim edilmiş yük bəyannaməsinin təyinatında invoys üzrə gətirilən mallar avans köçürməsi üzrə eynilik təşkil etsə də, çatdırılma şərti 120 (malın dəyəri ödənilməmişdir) kimi qeyd edilmişdir. Lakin, mallar avans köçürməsindən sonra idxal edilmişdir. Odur ki, şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola mübasibətdə inzibati tənbeh tətbiq edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürülməsinə dair cədvəldən görünür ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketi” tərəfindən qabaqcadan ödənilmiş 24600,00 ABŞ dolları məbləğdən 12300 ABŞ dolları bəyan olunmuş, 12300,00 ABŞ dolları vəsait isə bəyan olunmamışdır; xx.xx.2023-cu il tarixli, **********9887 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasından görünür ki, çatdırılma şərti “120” kodu ilə göstərilmişdir; “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinun Tovuz Gömrük İdarəsinə ünvanlanmış 205 nömrəli, 18 iyul 2025-ci il tarixli məktubdan görünür ki, şirkət tərəfindən Türkiyənin "X5 SAN.TİC.LTD.ŞTİ. firmasından "müxtəlif mallar" idxal edilmiş, firmadan idxal edilən mallar **********9887 nömrəli gömrü bəyannaməsi ilə rəsmiləşdirilmiş, lakin rəsmiləşdirmə zamanı hesablaşma şərtləri bölməsində yalnışlıqla "120" qeyd edilmişdir. Belə ki, qeyd olunan firmaya xx.xx.2023-cü il tarixdə 12 300.00 ABŞ dolları vəsait ödənilmiş, eyni zamanda xx.xx.2023-cũ tarixdə də məbləğin geri qalan hissəsi **********9887 nömrəli gömrük bəyannaməsinə əssən ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq **********9887 nömrəli gömrük bəyannaməsində hesablaşma şərtlərı bölməsinnin "110" olaraq dəyişdirilməsi və gömrük bəyannaməsində ********* sənəd kodlu xx.xx.2023-cü tarixli proforma invoysu əlavə edilməsi xahiş olunmuşdur; xx.xx.2023-cü il tarixli “Proforma Faktura”sından görünür ki, 24600 ABŞ dolları məbləğin 50% hissəsi 12300 ABŞ dolları xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də olan hesabdan satıcı şirkətə avans olaraq köçürülmüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində İXM-in 430.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir İXM-in 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində ən geci 2 (iki) il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etmədikdə yaranır. Lakin, iş materialında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli Proforma Faktura əsasında məbləğin 50 % hissəsi, yəni 12300 ABŞ dolları xx.xx.2023-cü il tarixində şirkətin "xxxx" ASC-də olan hesabından satıcı şirkətə avans olaraq köçürülmüş və xx.xx.2023-cü il tarixdə sifariş olunan mallar ölkəyə gətirilərək **********9887 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Bundan başqa gətirilmiş malların qalıq dəyəri xx.xx.2023-cü il tarixdə şirkətin "xxxx" ASC-də olan hesabından satıcı şirkətə ödənilmişdir. Eyni zamanda **********9887 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasında (çatdırılma şərtləri) “120” kodu ilə qeyd edilsə də, yük bəyannaməsinin təyinatında invoys üzrə gətirilən malların avans köçürməsi üzrə eynilik təşkil etdiyi görünür. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 30 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 30 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar