Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1694/2025 11.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu icraatıma daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 avqust 2025-ci il tarixdə Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, İXM-in pozulduğu irəli sürülən 189-1-ci maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulmasına baxmayaraq, bu növ işlərdə iştirakı məcburi hesab edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin olunmamışdır. İXM-in: 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir; 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan inzibati xəta haqqında hazırkı işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmalı olduğundan, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından borclu Şəxs İXM-in 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 01 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1694/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1694/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver