Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1697/2025 11.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 avqust 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Ziyad Yunislinin 10 avqust 2025-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 10 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Goranboy rayonu Rəhimli kəndində Zərərçəkmiş şəxs məxsus “Niva” markalı avtomobildən 50 manat dəyərində maqnitafonu gizli yolla talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Rəhimli kəndində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-1821 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs, Zərərçəkmiş şəxs məxsus “Niva” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin moqnitofonunu gizli yolla talamaqla Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə ünvan 2 ünvanında yaşayan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Goranboy RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında Şəxs barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nərəzə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində özünə məxsus “VAZ 2109” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə müştərini Mingəçevir şəhərindən götürmüş və Goranboy rayonu Rəhimli kəndinə gətirərək tanımadığı ərzaq mağazasının qarşısında düşürmüşdür. Həmin vaxt tanımadığı evin darvazasının qarşısında ağ rəngli “Niva” markalı avtomobilin olduğunu görmüş və həmin avtomobilin içərisinə daxil olaraq maqnitofonu söküb getmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs məxsus “Niva” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hazırki bazar qiyməti 50 (əlli) manat dəyərində olan moqnitofonunu oğurlayan Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və Abbasov X1 Vüqar Alxas oğluna məxsus Niva markalı, 22- BE-888 dövlət qeydiyyat nişanlı avtomobilin moqnitofonunu gizli yolla talamaqla Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya yol verdiyinə görə ünvan 2 ünvanında yaşayan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Goranboy RPŞ-nin İTB-nə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 109.2, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1697/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1697/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver