Məhkəmə qərarları › İş №3(045)-1699/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1699/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1699/2025 12.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Goranboy rayonu Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Goranboy rayonu Borsunlu kəndində ictimai qayda pozuntusu etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Goranboy şəhər S. Civəzadə küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 xx.xx.2025-cü il və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Goranboy RPŞ-nin NMQ-nin əməliyayt müvəkkilləri Vahid Əhmədov və Elcan Baxşəliyev ilə birlikdə Goranboy rayon Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan X5 məxsus iki rəst atın oğurlanmasında şübhəli bilinən Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs izahatnın alınması ilə əlaqədar olaraq rayon polis şöbəsinə dəvət etmək üçün sonuncunun yaşadığı ünvana getmişlər, onlar X11 ilə Borsunlu kəndinin inzibati ərazisində qarşılaşmışlar və onu rayon polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs küçədə barəsində şikayət edən şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam-intizamlı olmağa dəvət etmişlər, lakin buna baxmayaraq Şəxs öz qərəzli hərəkətlərini davam etdirmiş və onların qanuni tələbinə qəsdən tabe olmadı və Goranboy RPŞ-nə getməyəcəyini demişdir, onlarda Şəxs Goranboy RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər və o, öz qərəzli hərəkətlərinə davam etdiyi üçün həmin tarixdə inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 16:30-da azad edilmişdir. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Goranboy RPŞ- nin inzibati binasının qarşısında Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkiləri Vahid Əhmədov və Elcan Baxşəliyev ilə birlikdə dayanan zaman Şəxs RPŞ-nin inzibati binasından çıxıb onlara tərəf gəlmişdir. Həmin şəxs onlara at oğurlamadığını, onu sərbəst buraxdıqlarını bildirmiş və uca səslə səs-küy salmağa başlamışdır. Polis əməkdaşları ona nizam-intizamlı olmağı tövsiyə etmişlər, lakin Daşqın X1 ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar dəfələrlə sonuncunu nizam-intizama dəvət etsələr də, Şəxs öz qərəzli hərəkətlərini davam etdirmiş və onlarıb qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs Goranboy RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Saleh Nəsibov barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Goranboy rayon Borsunlu kənd ərazisində mağazaya gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və Goranboy rayon Əhmədabad kənd sakinin iki ədəd atının oğurlandığını deyərək Goranboy RPŞ-yə dəvət etmişlər. O isə polis əməkdaşlarına at oğurlamadığını demiş və at oğurlayanın ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər, lakin buna baxmayaraq o nalayiq ifadələr işlətməyə davam etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra onu Goranboy RPŞ-yə gətirmişlər və o inzibati qaydada tutulmuşdur. Bundan sonra yni xx.xx.2025-ci il tarixdə təxminən saat 16 radələrində RPŞ-də ondan iltizam alınmış və o sərbsət buraxılmışdır. Həmin gün Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman yenidən ondan şikayət edən şəxsin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Əməlindan peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili X10 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində icraatında olan təhqiqat bölməsinin əməliyyat tapşırığının icrası ilə əlaqədar Goranboy RPŞ-nin CAB-nin eməliyyat müvəkkili Elcan Baxşəliyev ilə birlikdə Goranboy rayon Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan X5 məxsus 2 ədəd atın oğurlanmasında şübhəli bilinən Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs izahatnın alınması ilə əlaqədar olaraq rayon polis şöbəsinə dəvət etmək üçün sonuncunun yaşadığı ünvana getmişlər, onlar X11 ilə Borsunlu kəndinin inzibati ərazisində qarşılaşmışlar və həmin şəxsi rayon polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs küçədə barəsində şikayət edən şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizamlı olmağa dəvət etmişlər, lakin buna baxmayaraq Şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Onlar da Şəxs Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Bundan əlavə Əhmədov X7 RPŞ-nin inzibati binasının qarşısında olarkən öz qərəzli hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkili X3 iş üzrə digər şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkilləri Vahid Əhmədov və Elcan Baxşəliyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində icraatda olan təhqiqat bölməsinin əməliyyat tapşırığının icrası ilə əlaqədar Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Vahid Əhmədov ilə birlikdə Goranboy rayon Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan X5 məxsus iki atın oğurlanmasında şübhəli bilinən Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs izahatnın alınması ilə əlaqədar olaraq rayon polis şöbəsinə dəvət etmək üçün sonuncunun yaşadığı ünvana getmişlər, onlar X11 ilə Borsunlu kəndinin inzibati ərazisində qarşılaşmışlar və onu rayon polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs küçədə barəsində şikayət edən şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizamintizamlı olmağa dəvət etmiş, lakin buna baxmayaraq Şəxs öz qərəzli hərəkətlərini davam etdirdi və onların qanuni tələbinə qəsdən tabe olmadı və Goranboy RPŞ-nə getməyəcəyini demiş, onlar isə Şəxs Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkilləri Vahid Əhmədov və Elcan Baxşəliyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Goranboy RPŞ-nin inzibati binasının qarşısında Goranboy RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Vahid Əhmədov ilə birlikdə dayanmışdır, həmin vaxt Goranboy rayon Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan X5 məxsus iki rəst atın oğurlanmasında şübhəli bilinən Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs RPŞ-nin inzibati binasından çıxıb onlara tərəf gəldiyini görmüşlər, həmin şəxs onlara yaxınlaşıb “mən at oğurlamamışdım, mənə heçnə etmədilər, gördüz ki, buraxdılar” ifadələrini işlədərək uca səslə səs-küy salmağa başlamış, onlar sonuncuya nizam-intizamlı olmağı tövsiyə etmişlər, lakin Daşqın X1 ünvanına nalayiq ifadələr işlətməyə başlamış və ondan yalandan şikayət etdiyini demişdir, onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs öz qərəzli hərəkətlərini davam etdirirdi və onların qanuni tələbinə qəsdən tabe olmamış, onlar da Şəxs Goranboy RPŞ-yə gətirərək NH-y təhvil vermişlər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 16:30-da azad edilmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:20-də inzibati qaydada tutulmuşdur; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, şahidlərin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 08 avqust 2025-ci il tarixdə Goranboy rayonu Borsunlu kəndində və xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarışısında uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 08 avqust 2025-ci il tarixdə və 10 avqust 2025-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 02 (iki) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 06 (altı) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 avqust 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar