Məhkəmə qərarları › İş №3(045)-177/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-177/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-177/2023 13.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X22 Məhəmməd oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin nümayəndəsi X18 iştirakı ilə, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və barəsində həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X19 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərarı ilə, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X19 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(045)-177/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-250/2023 saylı qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(045)-177/2023 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-250/2023 saylı qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilrəkən qanunvericliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan, işin bütün faktiki halları aydınlaşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə işə baxarkən səlahiyyətli orqanın nümayəndəsinin iştirakını təmin etməklə onun şikayətlə bağlı izahatını almamış, işə birtərəfi baxaraq, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsinə əsaslanaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin sübuta yetirilmədiyi qənaətinə gələrək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu hesab etmiş, lakin gəldiyi bu nəticəni kifayət qədər əsaslandırmamışdır. İş materiallarında X12 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol və inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material mövcud deyildir. İş materiallarından da görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X19 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokolun surətini şikayətinə əlavə etməmiş, birinci instansiya məhkəməsi də iş materiallarını, eləcə də X19 tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən sübutları səlahiyyətli orqandan tələb edib iş materiallarına əlavə etməklə tədqiq etməmişdir. Apellyasiya şikayətindən həmçinin görünür ki, X19 barəsində inzibati xəta haqqında iş üzrə icraata Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 18 iX- 22 nömrəli qərarına əsasən başlanılmışdır. Lakin iş materiallarında həmin qərar və qərarın qəbul edilməsi ilə bağlı heç bir material mövcud deyildir. Belə olan halda şikayət üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olub-olmamasının aydınlaşdırılması baxımından həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında işin materialı, xüsusən də inzibati xəta haqqında protokol və X19 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 18İX-22 qərarının qəbul edilməsi ilə bağlı material səlahiyyətli orqandan tələb edilib tədqiq edilməli və yalnız bundan sonra səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında ş üzrə icraat aparılan şəxsin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək ona inzibati tənbehin tətbiq edilməsinin qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir, işə baxılarkən nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməkdə təqsirli olub-olması mötəbər sübutlarla sübut edilməlidir. Goranboy Rayon Məhkəməsi tərəfindən Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 18İX-22 qərarının qəbul edilməsi ilə bağlı material tələb edilərək işə əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məhkəmədə iştirakı təmin edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X19 məhkəmə iclasında izahatında bildirmişdir ki, Goranboy rayonun Goran qəsəbəsində məişət mebeli sataraq kiçik biznes fəaliyəti ilə məşğul olur. Satığı mebelin yalnız çatdırılması xidmətini göstərir. Lakin, alıcı ondan alınan mebelin qurulma xidməti istəyəndə, məsləhət gördüyü fərdi ustalarla əlaqə yaratmağa köməklik edir və bunun qarşılığında alıcıdan, ustaya görə maddi qarşılıq almır. 2022-ci ilin təxminən mart ayında Ağcabədi rayonuna mebel satmışdır. Mebeli alan şəxs onun evdə qurlaşdırlması üçün ondan məsləhət bildiyi usta nömrəsi verməsini xahiş etmişdir. Goran ərazisində qırxa yağın mebel mağazası var və onlar da fərdi usta kimi fəaliyət göstərən ustaların xidmətlərini alıcıya məsləhət görürlər. O da tanıdığı X5 məsləhət görmüş və mebeli alıcıya göndərəndə Qafqaz da mebel ilə birlikdə Ağcəbədi rayonuna getmişdir. Qafqaz mebel qurmağa gedərkən, qohumu Əli adlı şəxsidə özü ilə birlikdə aparmışdır. Bundan isə onun xəbəri olmamışdır. Buna səbəb isə Qafqazın onun şeçimi olmadığından gördüyü iş barəsində də ona məlumat verməməsi olmuşdur. Mebel qurulan zaman Əli adlı şəxs ürək çatışmamazlığından vəfat etmişdir. Bu xəbəri ona alıcı demişdir. Həmin hadisə ilə bağlı Ağcabədi rayon prokurorluğundan istintaq aparılmış cinayət xarakterli olmadığından işə xitam verilmiş, lakin onun xəbəri olmadan, rəsmi məlumat verilmədən, Ağcabədi rayon prokurorluğu barəsində inzibati xətanın araşdırlması üçün qərar qəbul etmiş baxılması üçün Azərbayacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Gəncə regional ərazi şöbəsinə göndərimişdir. Əmək Müfəttişliyi ona 17 yanvar 2023-cü il tarixdə bildiriş göndərərək, məlumat vermişdir ki, Ağcabədi rayon prokurorluğu 09 dekabr 2022-ci il tarixdə 18 İX-22 saylı qərar qəbul etmiş və Əmək Müfəttişliyidə bu işə 23 yanvar 2023-cü i! tarixdə baxılacağını bildirmişdir. O da vəsatət hazırlayaraq 19 yanvar 2023-cü ildə X33 vasitəsi ilə vəsatətini göndərmişdir. Lakin, iştirakı olmadan, vəsatətinə baxılmadan Əmək Müfəttişliyi 23 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarı ilə onu 4000 (dörd min) manat cərimə etmişdir. Onun Qafqazla hər hansı əmək münasibətləri olmamışdır. Qafqaz usta kimi bütün mebel mağazalarına xidmət göstərir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12 vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerdə işləmir. X16 Goran qəsəbəsində mebel mağazasının sahibi kimi tanıyır. Özü fərdi usta kimi mebel quraşdırmaqla məşğuldur. Goran ərazisində fəaliyyət göstərən mebel mağazalarının satdıqları mebellərin əksəriyyətini o quraşdırır. Bunun üçün orada fəaliyyət göstərən mağazalar onun nömrəsini müştərilərə verir. O da müştərilərdən mebelin quraşdırılması üçün xidmət haqqı alır. Aldığı xidmət haqqından mebel mağazasının sabilərinə heç bir məbləğ vermir. Heç bir mebel mağazasında işləmir. O həmçinin digər rayonlara da usta, fəhlə kimi müştərilərin sifarişi olduqda işləməyə gedir. Ağcabədi rayon prokurorluğunda bu məsələ ilə bağlı izahat vermişdir. Ondan izahatı Ağcabədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Azad Aydınlı almışdır. O hazırda ifadəsində qeyd etdiklərini Ağcabədi rayon prokurorluğunda izahatında göstərmişdir. İzahat müstəntiq tərəfindən komputerdə yazılmışdır, lakin o izahatın məzmununu tam oxumamış, izahata imza atmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X27 izahatında bildirdi ki, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsində məsləhətçi-əmək müfəttişi kimi çalışır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağcabədi rayon prokurorluğunun 09 dekabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə daxil olduqdan sonra onlar tərəfə bildiriş göndərmişlər. X19 bildirişdə qeyd edilən tarixdə gəlmədiyi üçün barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X8 MN ******* saylı, 23 yanvar 2023-cü il tarixli qərarına əsasən X19 barəsində dörd min manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X19 barəsində inzibati protokol tərtib edilməmişdir. Çünki cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar onlara daxil olduqda heç bir zaman inzibati protokol tərtib edilmir. X11 notarial qaydada izahatı onlara qərar qəbul etdikdən sonra daxil olmuşdur. Bu səbəbdən də onlar inzibati tənbeh vermə barədə qərar qəbul etmişlər. Məhkəmə şikayətçinin və inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın nümayəndəsinin izahatını və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Ağcabədi rayon prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X13 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09 dekabr 2022-ci il tarixli qərarından görünür ki, X19 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması məqsədilə həmin hissəyə aid olan materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri X20 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 18 İX- 22 saylı inzibati araşdırma materialı üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X19 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X14 Filialının Ağcabadə rayon prokurorluğuna ünvanlanmış 6 may 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2ini X9 (2QKWAGK) adına 5 may 2022-ci ii tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Yoxlamalar" aitsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Ə.M.Əhmədalıyev 26 fevral 2016-cı il tarixində 15 mart 2016-cı il tarixinə kimi "xxxx" MMCdə ixtisassız fəhlə, 8 iyul 2016-cı il tarixindən 10 oktyabr 2016-cı il tarixinə kimi “X28 ve İnşaat Sanayi Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialında inşaat fəhləsi kimi, 30 may 2017-ci il tarixindən 25 dekabr 2017-ci il tarixinə kimi “Körpü-Bina- Tikinti" MMC-də sürücü kimi, “KALYON RSY X29 Ticari İştemesi” Şirkətinin Azərbaycan Respublikasındakı filialında sürücü kimi çalışmışdır. ünvan 2ini X4 (47YL3KJ) adına 5 may 2022-ci il tarixində Nazirliyin MEİS-in "Yoxlamalar'’ aitsistemində hazırda qüvvədə olan və ya daha əvvəl bağlanmış əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X19 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci və 49.1-ci maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 işə cəlb edilmişdir. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş X4 Ağcabadə rayon prokurorluğuna verdiyi izahatından görünür ki, X11 izahatında Xəmsə mebel mağazasında əmək müqaviləsi olmadan işlədiyini bildirmiş, Ağcabadə rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor izahatın alındığı tarixi 20 aprel 2022-ci il tarix kimi göstərmişdir. İş materiallarından olan məhkəmə iclasında tədqiqi edilməklə elan edilmiş X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o X12 işçisi olmamışdır. Xəmsə mebel mağazasında işçi kimi işləmir, nə də başqa şəxslərin orada işləməsindən məlumatı yoxdur. Mebel mağazından mebel alanlara yalnız fəhlə, usta kimi onu məsləhət görməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Qeyd olunan hüquq normasını hazırki işin faktiki hallarına tətbiq etdikdə məhkəmə müəyyən edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən fiziki şəxs X12 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar toplanmamış, toplanmış sübutlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, əksinə toplanmış sübutlar sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin mövcudluğu qənaətinə gəlinməsi üçün yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən tərtib olunmuş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarda X19 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci və 49.1-ci maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 işə cəlb edildiyi qeyd edilmişdir. Goranboy Rayon Məhkəməsi tərəfindən Ağcabədi rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 18İX-22 qərarının qəbul edilməsi ilə bağlı material tələb edilərək işə əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin məhkəmədə iştirakı təmin edilmişdir. X11 məhkəmə iclasında Ağcabədi rayon prokurorluğunda verdiyi izahatında məhkəmədə verdiyi izahatı verdiyini, Ağcabədi rayon prokurorluğunda izahatının müstəntiq tərəfindən kompüterdə yazıldığını, izahatını tam oxumadığını, buna görə də izahata imza etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ümumiyyətlə X19 ilə X11 arasında əmək münasibətlərinə daxil olma barədə niyyət, razılaşma olmamış, onların hər ikisi tərəfindən təsdiq edilmiş ifadələrinə X1 əsasında işləri yerinə yetirdiyi qeyd edimişdir. X19 ilə X11 arasında əmək münasibətlərinin olmadığı, X4 X19 və digər şəxslərlə (alıcılarla) podrat münasibətlərinə daxil olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırki işin materiallarından da göründüyü kimi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən X12 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, X19 tərəfindən həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci və 49.1-ci maddələrinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5 işə cəlb etdiyi məhkəmə iclasında hər hansı sübutla təsdiqini tapmamışdır. X3 məhkəmə iclasında izahatında digər şəxslərə usta, fəhlə kimi xidmətlər göstədiyini, X19 ilə əmək münasibətlərinə daxil olmadığını və bu niyyətinin olmadığını bildirmişdir. Ağcabədi rayon prokuroru baş ədliyyə müşaviri X20 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 09 dekabr 2022-ci il tarixli qərardan da görünür ki, X2 Həsən Natiq oğlu tərəfindən mebellərin quraşdırılması, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə X4 Ağcabadə rayon prokurorluğuna verdiyi 20 aprel 2022-ci il tarixli izahatı ilə məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində olan ziddiyyətlərlə əlaqədar X4 izahatına da qiymət verərək hesab edir ki, X4 məhkəmə iclasında, həmçinin notarial qaydada təsdiq edilmiş ifadəsi mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X12 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda götərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X19 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş 23 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar