Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-18/2025 17.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Goranboy rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində İXMin 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Balakürd kəndində Zərərçəkmiş şəxs məxsus “Xəzər-Azsamand” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındıraraq 1110 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayan Şəxs və Goranboy rayonu Balakürd kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1-2727 və 2728 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Goranboy rayon Balakürd kənd sakini Zərərçəkmiş şəxs məxsus “Xəzər Azsamand” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələrini sındıraraq ona 1110 manat dəyərində maddi ziyan vuran Goranboy rayon Qızılhacılı qəsəbə sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində tərəfindən İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2022-ci ildən qeyri-rəsmi münasibətdə olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində saat 08 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək ona və uşaqlarına hədəqorxu gələrək evindən getmişdir. Bir qədər sonra o, Rövşənin işlədiyi Goranboy rayonu Balakürd kəndində yerləşən məktəbə getmiş və Rövşənə məxsus avtomobilin orada olduğunu görmüşdür. Həmin vaxt, əsəbləşərək Rövşənə məxsus avtomobilin müxtəlif yerlərinə çəkic ilə vurub şüşələrini sındırmışdır. Buna səbəb isə özü və qızlarının təhlükəsizliyini təmin etməsi olmuşdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, ikinci vətən müharibəsinin iştirakçısı olmuş və ona “Khazar” markalı avtomobil verilmişdir. Şəxs ilə iki ilə yaxın qeyri-rəsmi münasibətdə olmuşdur. xx.xx.2024-cü il tarixində səhər radələrində Goranboy rayonu Balakürd kəndində işlədiyi məktəbə getmiş və özünə məxsus “Khazar” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilini məktəbin arxa hissəsində saxlamışdır. Təxminən 10-15 dəqiqə sonra məktəbin həyətinə çıxdıqda ona məxsus avtomobilinin səs siqnallarını eşitmiş, bu zaman avtomobilə yaxınlaşdıqda avtomobilinin bütün şüşələrinin sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra avtomobilin şüşələrinin kimin tərəfindən sındırıldığını aydınlaşdırmaq üçün məktəbin təhlükəsizlik kamerasına baxmış və həmin şəxsin Şəxs olduğunu bilmişdir. Sədaqət onun maşınına 1110 (bir min yüz on) manat məbləğində ziyan vurmuşdur. Bunu nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs məlumatı əsasında toplanmış və 1 nömrəli kitabda 2727 və 2728 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Goranboy rayon Balakürd kənd sakini Zərərçəkmiş şəxs məxsus “Xəzər Azsamand” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələrini sındıraraq ona 1110 manat dəyərində maddi ziyan vuran Goranboy rayon Qızılhacılı kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Avto Servisin müdiri Faiq Quliyev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, “Khazar LX” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2023, mühərrik-Ban NVACR1HHFRF390008, tip esadn, ağ rəngli avtomobilə dəymiş ziyan (usta pulu ilə birlikdə 1110 (bir min yüz on) manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs mülkiyyətində olan “Khazar LX” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələrini sındıraraq zədələməsi nəticəsində sonuncuya 1110 (bir min yüz on) manat məbləğində maddi ziyan vurması və bununla da, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etiraf edici izahatı və əlavə sübutlarla tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir Şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində vurulmuş ziyanın bir misli, yəni 1110 (bir yüz on) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş 1110 (bir yüz on) manat mələğində maddi ziyan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qərarın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində icrası Şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-18/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-18/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver