Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-182/2024 15.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ziyad Yunisli 31 yanvar 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməli İXMin 227-ci maddəsi ilə qiymətləndirilmiş, barəsində həmin maddə ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ilə xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Səfikürd kəndində Zərərçəkmiş şəxs məxsus 2 (iki) baş xırdabuynuzlu heyvanını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Səfikürd kəndində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-153 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Lakin.həmin material üzrə Yevlax rayonu,Tanrıqulular kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023cü il tarixindən Zərərçəkmiş şəxs fermasında olan qoyunları 300 manat pul müqabilində otarır. xx.xx.2024-cü il tarixində fermada olan xırdabuynuzlu heyvanları saydıqda 2 baş qoyunun olmadığını görmüşlər. Həmin heyvanlar onlar tərəfindən axtarılmış, lakin heç bir nəticə əldə edilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs həmin heyvanların onun tərəfindən oğurlanma ehtimalının olduğunu bildirmiş, lakin o oğurluq etmədiyini və həmin xırdabuynuzlu heyvanların itmə ehtimalının olduğunu bildirmişdir. Eyni zamanda qeyd edir ki, həmin heyvanlar o çobanlıq edən zaman itmiş və buna görə də o məsuliyyət daşımalıdır. Belə ki, həmin heyvanlarının təxmini qiyməti 900 manat təşkil edir və məhkəmə tərəfindən vaxt verilsə Zərərçəkmiş şəxs dəymiş olduğu 900 manat məbləğində ziyanı ödəyə bilər. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus fermada xırdabuynuzlu heyvanlarını saydıqda 3 (üç) baş qoyunun olmadığını görmüşdür. Həmin heyvanların fermasında çoban işləyən Şəxs tərəfindən oğurlandığını bilmiş və DİN-in “102” çağrı mərkəzinə şikayət etmişdir. Goranboy RPŞ-nin təhqiqatçısı Ziyad Yunisli tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və həmin qərarda göstərilmişdir ki, guya Şəxs tərəfindən ona 400 manat ziyan dəymişdir. O, həmin qərarla razı deyil, çünki ona dəymiş ziyan 1500 manata yaxındır. Eyni zamanda qeyd edur ki, təhqiqatçı tərəfindən sözügedən qərar ona təqdim edilməmişdir. O, həmin qərarla razı deyildir və həmin qərardan məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verəcəkdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialı araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ziyad Yunisli 31 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı əsasında tərtib edilmişdir və sözügedən qərardan şikayət verilməsi həmin qərarın qüvvədə qalıb-qalmaması məsələsini qeyri-müəyyən edir. Məhkəmə hazırkı inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş qərarın mübahisələndirilməsi ehtimalını nəzərə alır və hesab edir ki, hazırda Şəxs həmin protokol əsasında inzibati məsuliyyətə cəlb olunması və əməlində İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasının müəyyən edilməsi mümkün deyildir. Qeyd edilənlər əsasında məhkəmə təqdim edilmiş materialların natamam olması, işə baxılarkən tamamlanmasının mümkün olmaması və bu səbəbdən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş vəzifəli şəxsə qaytarılması qənaətinə gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərardan şikayət vermə müddəti nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İXM-nin 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 15 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-182/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-182/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver