Məhkəmə qərarları › İş №3(045)-183/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-183/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-183/2023 16.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.2 və 329.3-cü maddələri ilə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci taqımından daxil olmuş inzibati xətalara dair iş materiallarını nəzərdən keçirib, Müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-ci taqımının yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Belə ki, 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında İXP ******* saylı protokolda inzibati xəta törədən şəxsin fərdi identifikasiya nömrəsi göstərilməmişdir. İXM-nin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Barəsində protokol tərtib olunmuş şəxsin əvvəllər İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi qeyd edilsə də iş materiallarına əvvəllər inzibati xəta törətməsinə dair hər hansı sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad iş materiallarına əlavə edilməmiş, iş üçün əhəmiyyət kəsb edən digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Hüquqi və ya fiziki şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğunu isə İXM-nin 8.2-ci maddəsinin tələbi baxımından şəxsin özü deyil, inzibati xəta haqqında iş üzrə icraatı həyata keçirən inzibati orqan sübuta yetirməlidir. İXM-nin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə tərtib olunmuş İXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2 və 329.3-cü maddələri ilə tərtib olunmuş İXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə geri qaytarılsın. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar