Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-19/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X11 Məhəmməd oğlunun sədrliyi Zeynalzadə Aysel İlham qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə 20:45 radələrində idarə etdiyi Chevrolet 22BL307 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Onun atası X2 4 ay bundan öncə rəhmətə getmişdir. Atasının adına olan ** BL *** dövlət nömrə nişanlı Chevrolet Cruze markalı avtomaşınını mütamadi olaraq o idarə edir. xx.xx.2023-cü il tarixdə Goranboy şəhərindən Gəncə şəhərində yaşayan qohumlarının evinə getməli idi. Həmin vaxt avtomaşınında ön sərnişin oruracağında qardaşı X4, arxa sərniş oturacağında əmisi oğlu X6 və arxa oturacaqda qardaşı oğlu X8 əyləşmişdir. Saat 20:45 radələrində o Goranboy-Borsunlu avtomobil yolunun 10-cu km-yi ilə saatda 90-100 km saat sürətlə hərəkət etdiyi zaman ondan təxminən 50-60 metr məsafədə yolun sağ kənarından zəif işıqla traktorun o hərəkət etdiyi yola doğru gəlməsini görmüş, o fikirləşmişdir ki həmin sürücü yola çatanda dayanar, ancaq təxminən 35 metr traktora qalmış traktor yola çıxaraq sola doğru döndüyünü görmüş, o həmin vaxt əyləci basmış, avtomaşını bir qədər sağa doğru sürmüş ki traktorun arxa hissəsindən keçsin, bu zaman o idarə etdiyi avtomaşın yolun sağ kənarında olan daş çınqıl yerlə çıxmış, maşın sürüşmüş və daha sonra yolun sol hissəsinə çıxaraq orda bir neçə metr sürüşdükdən sonra aşmışdır. Həmin vaxt maşında olanlar xəsarət almışlar. Hadisədən əvvəl onun avtomaşınında sərnişinlərdən başqa əlavə olaraq heç bir yük olmamış və avtomaşın hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. İlk olaraq xəsarətinin ciddi olmadığını fikirləşib həkimə müraciət etməmişdir, ancaq 3 gün sonra həkimə müraciət etmişdir. O idarə etdiyi avtomaşın rəhmətə getmiş atasının adına olduğuna görə avtomaşını sənədləşdirə bilmədiyi üçün etibarnaməsi yoxdur. Əməlindən peşimandır. İş materiallarında olan Goranboy rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 cinayət işinin başlanılmasının rədd edilməsi barədə 22 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Goranboy şəhəri Ü.Hacıbəyov küçəsi ev 67-də yaşayan Şəxs idarə etdiyi CHEVROLET CRUZE markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-ci il tarixdə saat 20:45 radələrində Goranboy rayonu Goranboy- Borsunlu avtomobil yolunun 10-cu km-də idarə etdiyi avtomobillə hərəkətdə olduğu zaman sağa sola manevir etmiş, nəticədə idarəetməni itirərək yolun əks istiqamətinə çıxmaqla yoldan çıxmış, yolun kənarında olan yerdə aşaraq dayanmışdır. xx.xx.2023-cü il tarixdə isə bədənində olan ağrılara görə sürücü Şəxs, sərnişinlər X4 və X1 RMX-na müraciət etmişlər. HK-1-2518 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. İş materiallarından göründüyü kimi inzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokol, özünün etirafedici izahatı, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və digər sənədlər ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini,inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, səmimi peşimançılığını məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Şəxs iş üzrə məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü madəsində göstərilir ki, bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 332.1 və 327.8-ci maddələrindən görünür ki, bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan xəta daha ciddidir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, 332.1 və 327.8-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-131, 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy rayon məhkəməsi vastəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-19/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-19/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver