Məhkəmə qərarları › İş №3(045)-192/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-192/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-192/2024 18.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonunun Dalqılınclı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Kəlbəcər rayonunun Dalqılınclı kəndində qeydiyyatda olan və Göygöl rayonunun Murovdar qəsəbəsində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 18 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, 17 mart 2023-cü il tarixdə, saat 17 radələrində ona məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, UAZ 469 markalı avtomobillə, Goranboy rayonunun Tatarlı kənd sakini X3 ilə birlikdə işğaldan azad olunmuş ərazidən hərbi qənimət, yəni qara metal, rezin çəkmələr gətirərkən, polis əməkdaşları onları Goranboy rayonunun Ağcakənd qəsəbəsində saxlamışlar. Onlara yaxınlaşan polis əməkdaşları özlərini təqdim etdikdən sonra onlardan daşıdıqları avadanlıqların haradan əldən olumasını soruşmuşlar. O, etdiyi əməlin qanunsuz olduğunu bildiyi üçün aqressivləşmiş və polis əməkdaşları ilə mübahisə etmiş və ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Sözügedən əməlinə görə polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Lakin o, məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində hərbi qənimət daşıyarkən polisin qanuni tələbinə tabe olmamış, yüksək səslə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri polis serjantları X9 və X2 ilə birlikdə Goranboy rayon yuxarı Ağcakənd kəndində xidmətdə olan zaman, iki nəfər şəxsin meşəlik ərazidə **-BO-*** dövlət qeydiyyat nişanlı UAZ 469 markalı avtomaşınla xeyli miqdarda qara metal, rezin çəkmə və televizor daşıdığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və bu avadanlıqların haradan əldə olunması və hara aparılması barədə suallar vermişlər. Həmin şəxslər onlarla aqressiv danışaraq nə ixtiyarla onları saxlatdıqlarını soruşmuşlar və yüksək səslə ünvanlı ünvansız küçə söyüşləri, nalayiq ifadələr işlədərək onları təhqir etməyə başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etsələrdə, onlar qanuni tələblərə məhəl qoymayaraq öz hərəkətlərinə davam edib əksinə daha da sərt rəftar etməyə başlmışlar. Həmin şəxslər öz şəxsiyyətləri barədə onlara yalan və əksik mlumat verdikləri üçün onların kimliyini yerində müəyyən etmək mümkün olmamışdır. Biz həmin şəxsləri şəxsiyyətlərini müəyyən etmək üçün və barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Goranboy rayon yuxarı Ağcakənd kəndi sakini X3 və Göygöl rayon Murovdar kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X10 digər şahid X5 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 18 mart 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində hərbi qənimət daşıyarkən polisin qanuni tələbinə tabe olmamış, yüksək səslə nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 tərəfindən rəhbərliyə ünvanlanmış 17 mart 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Goranboy Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri polis serjantları X9 və X2 ilə birlikdə Goranboy rayon yuxarı Ağcakənd kəndində xidmətdə olan zaman, iki nəfər şəxsin meşəlik ərazidə **-BO-*** dövlət qeydiyyat nişanlı UAZ 469 markalı avtomaşınla xeyli miqdarda qara metal, rezin çəkmə və televizor daşıdığını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və bu avadanlıqların haradan əldə olunması və hara aparılması barədə suallar vermişlər. Həmin şəxslər onlarla aqressiv danışaraq nə ixtiyarla onları saxlatdıqlarını soruşmuşlar və yüksək səslə ünvanlı ünvansız küçə söyüşləri, nalayiq ifadələr işlədərək onları təhqir etməyə başlamışlar. Həmin şəxsləri nizam-intizama dəvət etsələrdə, onlar qanuni tələblərə məhəl qoymayaraq öz hərəkətlərinə davam edib əksinə daha da sərt rəftar etməyə başlmışlar. Həmin şəxslər öz şəxsiyyətləri barədə onlara yalan və əksik mlumat verdikləri üçün onların kimliyini yerində müəyyən etmək mümkün olmamışdır. Biz həmin şəxsləri şəxsiyyətlərini müəyyən etmək üçün və barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirmişlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxslər Goranboy rayon yuxarı Ağcakənd kəndi sakini X3 və Göygöl rayon Murovdar kənd sakini Şəxsdur. Odur ki, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da tutulmuşdur. Məhkəmə MN seriyalı, ******* №-li, 18 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, onun şəxsiyyətini, nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən, sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli, inzibati qaydada tutulduğu, vaxtdan 18 mart 2024-cü il tarixdən saat 20:00-dan hesablanmalı, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 18 mart 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar