Məhkəmə qərarları › İş №3(045)-1938/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-1938/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-1938/2025 02.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30018926 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30018926 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30018926 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-5663/2025 saylı qərardadı ilə X1 barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X1 törətdiyi inzibati xəta hadisəsi Goranboy rayonu ərazisində ( M.2, E 60, AH 5 Bakı-Ələt- Qazax-Gürcüstan yolu, 336 km) baş vermişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında qərardan verilmiş şikayətə dair iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Goranboy rayonunda (M.2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 336 km ) törədilsə də, X2 ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Göründüyü kimi X1 qeydiyyat və faktiki yaşayış yeri Bakı şəhəri, Səbail rayonudur. Bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30018926 nömrəli inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayətə Bakı Şəhər Səbail Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin qeydiyyat və faktiki ünvanı Bakı şəhəri Səbail Rayonu olduğundan və şikayətçi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edildiyindən hazırkı işə Goranboy Rayon Məhkəməsində baxıla bilməz. Odur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 30018926 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X2 tərəfindən verilmiş şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar