Məhkəmə qərarları › İş №3(045)-194/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-194/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-194/2023 27.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, xx.xx.1996-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan, Goranboy rayonunun Meşəli kəndində yaşayan Şəxs barəsində Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Xocalı RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair 3(045)-194/2023 və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol dair 3(045)-193/2023 saylı inzibati xətalara dair işlə birlikdə baxılmalı və həmin materiallar bir icraatda birləşdirilməlidır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 501, 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli protokol üzrə 3(045)-194/2023 saylı inzibati xətalara dair iş və MN seriyalı, ******* №-li, 27 mart 2023-cü il tarixli protokol üzrə 3(045)- 193/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin və həmin işə 3(045)- 193/2023 saylı nömrə ilə baxılsın. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar