Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1945/2025 05.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 04 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 04 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayon, Xanqərvənd kəndində yaşadığı evinin qarşısında küçədə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixda saat təxminən 00:52 radalərində Goranboy RPŞ-nin İTB-nin polis saha rəisi, polis leytenantı Yaşar Qəhrəmanlı ve RPŞ-nin CAB-ın ə/m polis leytenantı X5 RPŞ-də əməliyyat-istintaq qurupunda xidmətdə olarkən Goranboy rayon Xanqərvənd kənd sakini X8 DİN-nin 102 xidmətinə müraciət ederek, narkotik aludəçisi olan qardaşı Şəxs onun fərdi yaşadığı evin həyətinə daxil olub ona məxsus 1 baş iri buynuzlu heyvanını (dana) oğurlamağa cəhd etməsi barədə daxil olmuş məlumat əsasında Şəxs fərdi yaşadığı evə gedilib. Onlar Şəxs fərdi yaşadığı evinin qarşısında olan küçədə görmüş və ona yaxınlaşıb özlərini təqdim edib qardaşı Vüsal Aslanovun onus barəsində DİN-nin 102 xidmətinə müraciət etməsini bildirmişlər. Bu zaman Şəxs əsəbləşərək uca səslə səs-küy salib ünvanlı va ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt Şəxs nizam-intizama dəvət etsələr də, lakin o, polis əməkdaşlarına məhəl qoymayaraq öz qərəzli hərəkətlərinə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar Şəxs RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixda saat təxminən 00:52 radələrində polis əməkdaşları onu fərdi yaşadığı evinin qarşısında olan küçədə görmüş və ona yaxınlaşıb özlərini təqdim edib qardaşı Vüsal Aslanovun onun barəsində DİN-nin 102 xidmətinə müraciət etməsini bildirmişlər. Bu zamano, əsəbləşərək qardaşı barədə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, əsəbi olduğu üçün polisin tələbinə tabe olmamış, daha sonra onu gətirərək rayon polis şöbəsinə təhvil vermişlər. Əməlindən çox peşmandır, ona görə də, məhkəmədən barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, qardaşı ilə aralarında əvvəldən ədavət var, ona görə ona qarşı böhtan ataraq onu tutdurmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X10 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 00:52 radələrində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Yaşar Qəhramanlı və RPŞ-nin CAB-ın ə/m polis leytenantı X6 RPŞ-də əməliyyat-istintaq qurupunda xidmətdə olarkan Goranboy rayon Xanqərvənd kənd sakini X8 DİN-nin 102 xidmətinə müraciat edərək, narkotik aludəçisi olan qardaşı Şəxs onun fərdi yaşadığı evin həyətinə daxil olub ona maxsus 1 baş iri buynuzlu heyvanını (dana) oğurlamağa cəhd etməsi barədə daxil olmuş məlumat asasında Sardar Aslnovun fərdi yaşadığı evə getdilər. Onlar Şəxs fərdi yaşadığı evinin qarşısında olan küçəda görmüşlər va ona yaxınlaşıb özlərini taqdim edib qardaşı Vüsal Aslanovun onun barəsinda DİN-nin 102 xidmətinə müraciat etməsini bildirmişlər. Bu zaman Sardar Aslanov əsəbləşərək uca səslə səs-küy salib ünvanlı va ünvansız nəlayiq ifadələr işlətməyə başladı. Hamin vaxt onlar Sardar Aslanovu nizam-intizama davet esələrdə, lakin o, polis əməkdaşlarına məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmadı. Daha sonra onlar Sardar Aslanovu RPŞ-nə gətirib növbətçi hissəyə tahvil verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi müvəkkili X4 və iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Ehtiram Qurbanov, İTB-nin sahə rəisi Yaşar Qəhrəmanlı, CAB-ın əməliyyat müvəkkili Elcan Baxşəliyev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixda saat təxminən 00:52 radalərində Goranboy RPŞ-nin İTB-nin polis saha rəisi, polis leytenantı Yaşar Qahramanlı ve RPŞnin CAB-ın ə/m polis leytenantı X7 RPŞ-də əməliyyat-istintaq qurupunda xidmətda olarkan Goranboy rayon Xanqərvənd kənd sakini X8 DİN-nin 102 xidmətinə müraciət ederek, narkotik aludəçisi olan qardaşı Şəxs onun fərdi yaşadığı evin həyətinə daxil olub ona məxsus 1 baş iri buynuzlu heyvanını (dana) oğurlamağa cəhd etməsi barədə daxil olmuş məlumat asasında Şəxs fərdi yaşadığı eve getdik. Onlar Şəxs fərdi yaşadığı evinin qarşısında olan küçədə görmüş və ona yaxınlaşıb özlərini teqdim edib qardaşı Vüsal Aslanovun onus barəsində DİN-nin 102 xidmətinə müraciət etməsini bildirmişlər. Bu zaman Şəxs əsəbləşərək uca səslə səs-küy salib ünvanlı va ünvansız nalayiq ifadələr işlətməyə başladı. Həmin vaxt Şəxs nizam-intizama dəvət etsələrdə, lakin o, polis əməkdaşlarına məhəl qoymayaraq öz qərəzli hərəkətlərinə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar Şəxs RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər; “İnzibati qaydada tutma haqqında” 04 sentyarb 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:45-də inzibati qaydada tutulmuşdur; Tərtər Rayon Məhkəməsinin 3(061)-379/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 535.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə “həbs” növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 sentyabr 2025-ci tarixdə Goranboy rayonu Xanqərvənd kəndi ərazisində uca səslə kobud ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 04 sentyabr 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni xətanı (İXM-in 535.1-ci maddəsi üzrə) inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 sentyabr 2025-ci il tarixdən, saat 02:45-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. X9 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər . Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-1945/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1945/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver