Məhkəmə qərarları › İş №3(045)-1951/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1951/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1951/2025 10.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Goranboy rayonu, Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 510 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 10 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 03 sentyabr 2025-ci il tarixdə, saat 09:00 radələrində Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi X9 RPŞ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə nümayəndəliyin yaxınlığında təhqiredici idadələr işlətdiyini və qəsəbə sakinləri ilə birlikdə magistral yolun kəsilməsini istədiklərini bildirmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Əhmədov X7 rayon İcra Hakimiyyəti Başçısının Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında icra nümayəndəsi Elnur Orucova nalayiq ifadələr işlədərək magistral yolun gediş-gəlişinə maneçilik törətmək istəmişdir. Buna görə də tərəfindən Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun Goranboy rayonu Qızılhacıllı qəsəbəsində 1,28 ha əkin sahəsi vardır. Həmin əkin sahəsini dörd aydır ki suvara bilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Qızılhacılı qəsəbəsinə Qarabağ kanalından gələs su nasosu Goranboy subartezian idarəsi tərəfindən işıq limitinə görə dayandırılmışdır. Buna görə də o, digər qəsəbə sakinləri ilə birlikdə qəsəbədə yerləşən icra nümayəndəliyinin qarşısında toplaşaraq suyun kəsilməsinə etirazlarını bildirmişlər. Həmin vaxt icra nümayəndəsi Elnur Orucovun ünvanına nalayiq ifadələr işlətməmiş, habelə magistral yolun kəsilməsinə də cəhd göstərməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RİHB-nın Qızılhacılı İƏD üzrə nümayəndəsi X8 bildirdi ki, o, Goranboy rayonu Qızılhacılı qəsəbəsinin icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Goranboy subartezian idarəsi tərəfindən qəsəbəyə gələn Qarabağ kanalı limitə görə dayandırılmışdır. Buna görə də xx.xx.2025-ci il tarixdə saat təxminən 09 radələrində bir qrup qəsəbə sakinləri 30-40 nəfər nümayəndəliyinin inzibati binasının qarşısında toplaşaraq suyun kəsilməsinə etiraz etmişlər. O, qəsəbə sakinlərinə suyun dayandırılmasına subartezian idarəsinin cavabdeh olduğunu bildirmişdir. Həmin vaxt qəsəbə sakini Şəxs ictimai yerdə onun ünvanına nalayiq ifadələr işlətmiş və su verilmədiyi tədqirdə nazirin gəldiyi gün magistral yolu kəsəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RİHB-nın Qızılhacılı İƏD üzrə nümayəndəsinin müavini X3 və Goranboy rayon Qızılhacılı Bələdiyyəsinin sədri X5 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəsi Elnur Orucov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 03 sentyabr 2025-ci il tarixli, 5-45-6/2-53/2025 nömrəli ərizəsindən də görünür ki, Qızılhacılı qəsəbə sakini Şəxs nüamyəndəliyin yaxınlığında onu və dövləti təhqiredici sözlərlə təhqir etmiş və su verilmədiyi tədqirdə sakinlərlə birgə magistral yolun kəsilməsini bildirmişlər. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 sentyabr 2025-ci il tarixdə, saat 09 radələrində Goranboy rayon Qızılhacılı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin qarşısında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək icra nümayəndəsinin ünvanına nalayiq ifadələr demiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaq kimi hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 sentyabr 2025-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar