Məhkəmə qərarları › İş №3(045)-1962/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1962/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1962/2025 25.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X5 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası X1 X4 İdarəsinin nümayəndəsi Nümayəndə oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X1 X4 İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 04 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonu, H.Əliyev prospektində 04 sentyabr 2025-ci il tarixdə, saat 11:58-də açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X1 X4 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Yəni, Şəxs tərəfindən ona məxsus “Lavina Estetik” obyekti üzərində icazəsiz reklam yerləşdirilmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası X1 X4 İdarəsi tərəfindən yazılı göstəriş göndərilmiş və həmin göstəriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin, buna baxmayaraq Şəxs tərəfindən həmin yazılı göstərişə riayət olunmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs dövlət vergi uçotunda qeydiyyata alınmışdır. Bundan başqa Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi üçün icazə verilməsi üçün müraciət olunmasına baxmayaraq sonuncu bugünədək dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Ona görə də verilməsi nəzərdə tutulan icazə sənədi Reklam İdarəsi tərəfindən ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy şəhər, H. Əliyev prospektində “Lavina Estetik” adlı obyekti icarəyə götürmüş və orada bir sıra kosmetoloji prosedurların həyata keçirilməsi ilə məşğuldur. Onun barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında tərtib edilmiş protokol əsassızdır. Çünki inzibati xəta haqqında protokol tərtib edidikdən sonra o, Reklam İdarəsinə dövlət rüsumunun ödənilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. X1 X4 İdarəsi tərəfindən dəfələrlə bildiriş və xəbərdarlıq göndərilsə də, o, həmin məktubların mahiyyətini anlamamışdır. O, açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Azərbaycan Respublikası X1 X4 İdarəsi tərəfindən Şəxs ünvanlanmış “dövlət rüsumunun ödənilməsi vəzifəsinin təmin edilməməsi barədə” xx.xx.2025-ci il tarixli, 11-3- 3/2-292/2025 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsi təmin olunmadığı və dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd Agentliyə təqdim edilmədiyindən verilməsi nəzərdə tutulan icazə sənədi ləğv edilmişdir; Azərbaycan Respublikası X1 X4 İdarəsinin Şəxs ünvanlanmış xx.xx.2205-ci il tarixli, 11-3-3/2-970/2025 “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Goranboy şəhəri H. Əliyev prospektində yerləşən “Lavina Estetik” adlı obyektdə açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsində nəzərdə tutulan yayım haqqının 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, Şəxs qaynatası “Verdiyev Hüseyn” yazılı göndərişi xx.xx.2025-ci il tarixdə almışdır; 17 iyul 2025-ci il tarixli 3254 nömrəli “açıq məkanda qanunvericilik aktlarının tələbləri pozulmaqla yayımlanan reklamların təsvir olunması barədə” aktdan görünür ki, Azərbaycan Respublikası X1 X4 İdarəsinin əməkdaşları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) Şəxs məxsus Goranboy şəhəri H. Əliyev prospektində yerləşən obyektin fasadında 3,4 m2 ( daşıyıcı sayı 2) ölçüdə reklamlarının yayılması aşkar edilmişdir; Agentliyə xx.xx.2025-ci il tarixdə daxil olmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizədən görünür ki, “Lavina Estetik” adlı sahibkarlıq obyektində 01 mart 2025-ci il tarixdən 04 ay müddətinə reklam yerləşdirilməsi üçün Şəxs tərəfindən açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün müraciət edilmişdir; Fotoşəkildən görünür ki, “Lavina Estetik” adlanan obyektdə açıq məkanda reklam yerləşdirmişdir. İş üzrə müəyyən olunmuşdur ki, sahibkar Şəxs qanunla müəyyən olunmuş qaydada icazə almadan Goranboy şəhəri H. Əliyev prospektində “Lavina Estetik” adlı obyektdı açıq məkanda reklam yayımını həyata keçirmiş, bu barədə ona xx.xx.2025-ci il tarixli yazılı göstəriş göndərilsə də, yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq, o, qanuni icazəsini almamış və yayım haqqını ödəməmiş, nəticədə sonuncu barəsində X4 İdarəsinin əməkdaşı tərəfindən 04 sentyabr 2025-ci il tarixdə İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. «Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə 1743 nömrəli təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 3.5.1 və 3.5.2-ci bəndlərinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə "Reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır)”, "bu Qaydanın 3.5.1 -ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür”. Qeyd olunan normanı hazırkı işin faktiki halları ilə uzlaşdırdıqda müəyyən edilir ki, X4 İdarəsinin xx.xx.2025-ci il tarixli icrası məcburi olan yazılı göstərişini xx.xx.2025-ci ildə rəsmi qaydada alan Şəxs qaynatası (yaxın qohumu) həmin yazılı göstərişi 30 iyul 2025-ci il saat 23:59-dək tam icra etməli olduğu halda etməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs X4 İdarəsinin xx.xx.2025-ci il tarixli icrası məcburi olan yazılı göstərişi qanunla müəyyən edilmiş müddətdə icra etmədikdən sonra tam icra etməsi, onu İXM-in 53-cü maddəsi baxımından törətdiyi inzibati xəta ilə bağlı məsuliyyətə cəlb olunmaqdan azad olunmasına və ya barəsində başlanmış icraata xitam verilməsinə əsas vermir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” 01 mart 2025-ci il tairxli ərizədən göründüyü kimi, Şəxs açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün reklam idarəsinə müraciət etmişdir; - 25 iyul 2025-ci il tarixli qəbzdən göründüyü kimi xx.xx.2025-ci il tarixli icrası məcburi olan yazılı göstəriş 25 iyul 2025-ci il tarixdə Şəxs qaynatası tərəfindən qəbul edilmişdir; İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar