Məhkəmə qərarları › İş №3(045)-1982/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-1982/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-1982/2025 18.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X26 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Samux rayonu, Nəbiağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Samux rayonu, Nəbiağalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 17 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı 223700 nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 17 sentyabr 2025-ci il tarixdə, saat 21:30 radələrində ünvan 2 ünvansız söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Goranboy Rayon Polis Şöbəsinə qanunsuz tikilinin dayandırılması ilə bağlı məktub daxil olmuşdur. Həmin materialın icrası ilə əlaqədar Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Təbriz Xavəri, İTB-nin sahənin polis nəfəri Sadiq Məmmədov, PPXB-nün polis nəfərləri Sərxan Məmmədov və Cuma Fərmanlı xx.xx.2025-ci il tarixdə Goranboy rayon Nizami kəndində yolun kənarında qanunsuz olaraq yerləşdirilmiş “Köşk”ün yanına yaxınlaşmışlar və həmin “Köşkü”n oraya kimin yerləşdirdiyini maraqlandıqda məlum oldu ki, həmin “Köşk”ü oraya qanunsuz olaraq Samux rayon Nəbiağalı kənd sakini Şəxs tərəfindən qanunsuz olaraq orada tikilmişdir. Həmin vaxt Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə həmin şəxsə “Köşkü”n oradan götürülməsini tələb etsələr də, sonuncu yüksək səslə səs-küy salmağa, ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə, polis əməkdaşlarını və icra Hakimiyyətinin işçilərini qanunsuz və icazəsiz olaraq videolentə çəkməyə başlamışdır. Polis əməkdaşları Şəxs bu əməllərinin qanunsuz olduğunu bildirsələr də Şəxs öz nizam-intizamsız hərəkətlərini dayandırmamış və daha da yüksək səslə qışqırmağa başlamışdır. Onlar həmin əraziyə yaxınlıqda xidmət aparan X20 əməkdaşları dəvət etmişlər və PPXB-nin köməyi ilə həmin şəxsi Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy rayon Nizami kəndi ərazisində “Pirzola” adlı restoranı işlədir. Həmin restoran magistral yoldan təxminən 20-30 metr kənarda yerləşir. O, orada restoran olduğunu yoldan keçənlərə göstərmək, yəni reklam etmək niyyəti ilə magistral yolun kənarına köşk qoymuşdur. Həmin köşkün ora qoyulması ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən heç bir rəsmi sənədi yoxdur, eləcə X17 Agentliyindən həmin köşkün giriş-çıxışına sənəd almışdır. Həmin sənəd əsasında tikinti işlərini aparmağa başlamışdır. Lakin, Goranboy rayon İcra Hakimiyyətinin memarı, Nizami kənd İcra Nömayəndəsi köşkün oradan götürülməsini tələb etmişdir. O, isə həmin köşkü götürmək istəmədiyini bildirmişdir. Bu barədə polis əməkdaşları da onu xəbərdar etmişlər. O, xəbərdarlıqlara əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə icra hakimiyyətinin əməkdaşları yenidən köşkün oradan götürülməsi ilə əlaqədar onu xəbərdar etmişlər. Bu zaman aralarında sözlə mübahisə yaranmış və icra Hakimiyyətinin işçiləri həmin yerə polis əməkdaşlarını çağırmışlar. Polis əməkdaşlarının köməyi ilə onun qoyduğu köşkü ondan icazəsiz kənara çəkmək istəmişlər, lakin o köşkü və onların bu hərəkətlərini mobil telefonunla videogörüntüyə çəkməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları ondan bu hərəkətlərini dayandırmağını tələb etmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. O, heç bir polis əməkdaşına nalayiq ifadə işlətməmiş və polisin qanuni tələblərini pozmamışdır. Təqsirli olmadığı üçün barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 bildirdi ki, Gəncə şəhərində “MDB” oyunlarının keçirilməsi nəzərdə tutulduğundan, Goranboy rayon İcra Hakimiyyəti də Təşkilat Komitəsinin üzvü olduğundan İcra Hakimiyyəti tərəfindən müxtəlif istiqamətlər üzrə monitorinqlər keçirilir. Hadisə baş verən ərazi Gəncə şəhərinin girişində yerləşir. Belə ki, Goranboy rayon icra Hakimiyyəti Başçısının Nizami kənd üzrə inzibati ərazi dairəsi Nümayəndəsi X1 ərazisində yolun kənarına qanunsuz olaraq Samux rayon sakini Şəxs tərəfindən köşk yerləşdirilməsini bildirmişdir. 01 sentyabr 2025-ci il tarixdə “Pirozla” iaşə obyektinin sahibi Şəxs ilə birlikdə əraziyə baxış keçirilmiş, sonuncuya ölkədə “MDB” oyunlarının keçirilməsi, apardığı tikilinin magistral yolun ətrafının görünüşünü pozduğunu, habelə ölkəyə xarici qonaqların gəlməsi izah edilmiş və buna dair 01 sentyabr 2025-ci il tarixli akt tərtib edilmişdir. Aparılmış profilaktiki söhbətlərə baxmayaraq Şəxs qardaşının vəkil olduğunu, tikilini dayandırmadığını, icazə sənədlərinin olmasını və ona heç kimin təsir edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq, təkrarən xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində həmin əraziyə getmiş, Azərə köşkü həmin əraziyə qanunsuz yerləşdirməsini izah edərək, köşkü götürməsini tələb etmiş, lakin Azər onun sözlərinə məhəl qoymayaraq köşkü götürməyəcəyini bildirmişdir. O, ərazinin polis sahə rəisi Təbriz Xavərini ora dəvət etmiş, Təbriz bir neçə polis əməkdaşı ilə həmin əraziyə yaxınlaşmış, Azər polis əməkdaşlarını gördükdə yüksək səslə səs-küy salmağa başlamış və ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək, mobil telefonu vasitəsi ilə onları və polis əməkdaşlarını videogörüntüyə çəkməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları Şəxs nizam-intizama dəvət etməyə çalışsalar da sonuncu buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. İfadələri ilə ictimaiyyət içində onları və polisləri nüfuzdan salmağa çalışmışdır. Polis əməkdaşları həmin şəxsi Goranboy Rayon Polis Şöbəinə aparmışlar və onlar həmin köşkü yolun kənarından götürərək yoldan kənarlaşdırmışlar. Verilmiş suala cavab olaraq bildirdi ki, sözügedən tikinti işlərinin aparılmasına dair hər hansı icazə sənədləri olmamışdır. Şəxs qardaşının vəkil olduğunu, tikiliyə dair sənədlərinin olmasını bildirərək qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy rayon Nizami kənd İƏDÜ X2 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X12 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd icra nümayəndəliyi tərəfindən qanunsuz tikilinin dayandırılması ilə bağlı məktub daxil olmuşdur. Bununla əlaqədar olaraq Şəxs dəfələrlə xəbərdarlıq edilmiş və tikinti işlərinin dayandırması tələb olunmuşdur. Lakin Şəxs onların tələblərinə əhəmiyyət verməmişdir. Buna baxmayaraq xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq-Tikinti şöbəsinin rəisi Zöhrab Rüstəmov zəng edərək Goranboy rayon Nizami kənd ərazisində yolun kənarına Şəxs qanunsuz yerləşdirdiyini “Köşk”ün ordan götürülməli olduğunu və bununla bağlı köməyinə ehtiyac olduğunu bildirmişdir. Buna görə də o və xidmətdə olan digər polis əməkdaşları ilə birlikdə həmin yerə yaxınlaşmışdır. Orada olan zaman Şəxs “Köşkü”n həmin yerə qanunsuz yerləşdirdiyini izah etmiş, köşkü könüllü olaraq oradan götürməsini ondan xahiş etmişlər. Şəxs köşkü götürməyəcəyini onlara bildirmiş, səsküy salmağa və ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də o, yaxınlıqda xidmət aparan PPXB-nün polis əməkdaşlarını hadisə yerinə dəvət etmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs buna məhəl qoymayaraq öz hərəkətləri davam etdirməyə və telefonu ilə onların videogörüntüsünü çəkməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsi Goranboy RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri X18, Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri X19 və X15 iş üzrə digər şahid X8 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Təbriz Xavəri, Goranboy RPŞ-n-nin İTB-nin sahənin polis nəfəri Sadiq Məmmədov, Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Sərxan Məmmədov və Cuma Fərmanlı tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy Rayon Polis Şöbəsinə göndərilmiş 5-45- 21V2-49 2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə icraatına daxil olmuşdur. Həmin materialın icraası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Goranboy rayon Nizami kəndində yolun kənarında qanunsuz olaraq yerləşdirilmiş “Köşk”ün yanına yaxınlaşmışlar və həmin “Köşk”ü oraya kimin yerləşdirdiyini maraqlandıqda məlum oldu ki, həmin köşkü oraya qanunsuz olaraq Samux rayon sakini Şəxs yerləşdirmişdir. İcra Hakimiyyətinin əməkdaşları ilə həmin şəxsə köşkü oradan götürülməsini tələb etsələr də, o yüksək səslə hay-küy salmağa, ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə, onları və icra Hakimiyyətinin işçilərini qanunsuz və icazəsiz olaraq videogörüntüyə çəkməyə başlamışdır. Onlar həmin şəxsə bu əməllərinin qanunsuz olduğunu, desələr də, sonuncunu nizam-intizama dəvət etsələr də, Azər öz hərəkətlərini dayandırmamış və daha da yüksək səslə qışqırmağa başlamışdır. Onlar həmin əraziyə yaxınlıqda xidmət aparan X20 əməkdaşlarını dəvət etmişlər və həmin şəxsi Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsinə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir; “İnzibati qaydada tutma haqqında” 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:00-də inzibati qaydada tutulmuşdur; Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy rayon Polis şöbəsinə ünvanladığı 5-45-21/2-49/2025 nömrəli, 02 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə ərazidə qanunsuz tikililərlə bağlı monitorinq apararkən “Qazax-Bakı” magistral şosse yolunun təsir dairəsində olmaqla dövlət mülkiyyətinə aid olan ərazidə “Pirzola” iaşə obyektinə məxsus qanunsuz tikinti işi aparılması müəyyən olundu. Tikinti ilə bağlı adiyyatı şəxslərə mövcud qanunvericiliyin tələbləri izah olunaraq tikintinin dayandırılması tələb olundu. Lakin, tələbinə məhəl qoymuyaraq tikinti işini davam etdirirlər. Yaranmış qanun pozuntusunun aradan qaldırılması üçün köməklik göstərilməsi xahiş olunmuşdur; Goranboy rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayon Polis şöbəsinə ünvanlanmış 5-45/2-1218/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Goranboy rayonu Nizami kəndi ərazisində “Pirzola” iaşə obyektində Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi pozularaq qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilmiş və tikinti işlərinin dayandırılması “Pirzola” iaşə obyektində rəhbərliyinə tövsiyə edilməsinə baxmayaraq, işlər dayandırılmamışdır. Göstərilənlərlə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; Goranboy rayon İcra Hakimiyyəti tərəfindən Goranboy rayon Polis şöbəsinə ünvanladığı 5-45/2-354/2025 nömrəli, 18 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanladığı məktub əsasında ünvan 6nzibati ərazi dairəsi üzrə nümayəndənin və rayon Polis Şöbəsinin polis sahə rəisinin iştirakları ilə xx.xx.2025-ci il tarixində saat 21.30 radələrində Nizami kəndinin inzibati ərazisində yerləşən «Pirzola» iaşə obyektində Samux rayon sakini Şəxs Ayaz oğlu tərəfindən qanunsuz quraşdırılmış köşkün yeri dəyişdirilən zaman Vəkil ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək, işə maneçilik törətmiş, Vəkil rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq, o, öz qanunsuz hərəkətlərinə davam etmiş, Polisin qanuni tələblərinə tabe olmamış, Polis əməkdaşları tərəfindən Vəkil rayon Polis Şöbəsinə aparılması təmin olunmuş, qanunsuz quraşdırılmış köşkün yeri dəyişdirilmiş və bu barədə akt tərtib olunmuşdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən vətəndaş Vəkil əməllərinin araşdırılmasına və onun barəsində Polisin səlahiyyətləri daxilində inzibati tədbir görülməsinə köməklik göstərilməsini xahiş olunmuşdur; Materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, qoşqunun yalnız konstruksiyası həmin əraziyə gətirilmiş, bütün tikinti işləri həmin ərazidə aparılmış, köşk hazır qoşqu formasında oraya gətirilməmişdir, köşkə sadəcə olaraq qoşqu görünüşü verilmişdir; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi, məhkəmə iclasında araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməməsini məhkəmə onun özünü müdafiə cəhdi və məsuliyyətdən yayınma kimi qiymətləndirir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 sentyabr 2025-ci tarixdə ünvan 7ünvansız nalayiq ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17 sentyabr 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngüllləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbini nəzərə alaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən, saat 23:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar