Məhkəmə qərarları › İş №3(045)-199/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-199/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-199/2025 13.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi Şikayət edən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək onunla əsaslandırdı ki, Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 329.3, 342.2.2-ci maddələri ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Lakin o göstərilən pozuntulara yol verməmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X1 33021 yük markalı 57BV159 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, işıq cihazlarından istifadə qaydalarının pozulması, nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla vadanlığın quraşdırılması nəticəsində X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 329.3, 342.2.-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin İXP 683570 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında rptokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 329.3, 342.2.-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında tədiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidməti tərəfindən göndərilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, X3 qeyd edilən inzibati xətanı törətmişdir. İş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X7 Xidmətinin TP ******* saylı 20 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar