Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-20/2025 30.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Şikayət vermiş şəxs X5, Goranboy rayon İcra hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X5 Goranboy rayon İcra hakimiyyətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon İcra hakimiyyətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Goranboy rayonunun Yeni yol kəndində, valideyinləri ilə birlikdə yaşayır. Yaşadığı ərazidə heç bir sahibkaklıq fəaliyyəti ilə məşğul olmur və heç bir tikinti obyekt yoxdur. 2024-cü ilin dekabr avının əvvəllərində olan güclü külək nəticəsində yaşadığı, həyətyanı torpaq sahəsinin hasarı uçmışdur. Onlar da həmin hasarı yenidən dəmir konstruktorlar alaraq bərpa etmişlər və bu zaman hər-hansı tikinti inşaat işləri aparmamışlar. Lakin, Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyəti və Yeni yol kənd İnzibati Ərazi Dairəsi üzrə nümavəndəninin iştirakı ilə onların iştirakı olmadan bərpa etdikləri hasara baxış keçirmişlər. Bu barədə tərtib olunmuş 19 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolu ərizəsinə əlavə edir. Protokolda qeyd olıınur ki, Goranboy rayonunun Yeni yol kənd sakini X8 R-26 Goranboy-Tərtər avtomobil yolunun kənarında yerləşən həyətyanı sahəsində müvafiq tikintiyə icazə sənədi olmadan tikinti işləri aparmaqla obyekt inşa etmişdir(hanı bu obyekt?mövcud deyil). Həmin protokol əsasında Azərbaycan Respublikası Goranboy rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X3 19 dekabr 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli Qərarla barəsində AR İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib, guya ki, tikintiyə icazə tələb olunan obyekti qanunsuz inşa etdiyinə görə 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. O, barəsində tərtib edilmiş İnzibati xəta haqqında qərarı qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə qərar ləğv edilməlidir. Tərtib edilmiş İnzibati xəta haqqında qərarda qeyd edilir ki, Yeni yol kənd sakini X4 yol kəndində yolun kənarında həyətyanı sahəsində tikintiyə icazə tələb olunan obyekti qanunsuz qanunsuz inşa edərək qanunsuz tikinti işləri aparmışdır. Bildirir ki, sözü gedən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi o yox atasıdır. Həmin həyətyanı torpaq sahəsində isə yuxarıda da qeyd etdiyi kimi hər-hansı tikinti obyekti tərəfimizdən aparılmamışdır. Qeyd etdiyi kimi külək nəticəsində uçmuş həyətyanı hasarlarını dəmir konstruktolarla bərpa etmişlər. Həmin torpaq sahəsinə Yol nəqliyyat idarəsinin və Daşınmaz əmlakın mütəxəssisləri tərəfindən də baxış keçirilmişdir və heç bir tikinti işləri aparılmadığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin yer moyka kimi fəaliyyət göstərir və qardaşı həmin yerdə avtomobil yuyur. Məhkəmə iclasında Goranboy rayon İcra hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X8 tikintiyə icazə almadan tikinti işləri aparmışdır. Onun apardığı tikinti tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aiddir. Goranboy rayon İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərar qanunidir və icraat qanunvericiliyə uyğun aparılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 800 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir; 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi; 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir; 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı verilmişdir; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 106-cı maddəsinə əsaəsn bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən göründüyü kimi tikinti obyektlərinin 3 növü müəyyən edilmişdir: 1. tikintisinə icazə tələb olunan tikinti obyektləri; 2. tikintisinə icazə tələb olunmayan tikinti obyektləri; 3. məlumatlandırma icraatı. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X8 tərəfindən tikintisinə icazə tələb olunan tikinti obyekti tikilmiş, lakin, bu zaman şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət olunmamışdır. Belə ki, X1 kimi tikintiyə icazə almaq üçün Goranboy rayon İcra hükimiyyətinə ərizə ilə müraciət etməli və müvafiq sənədləri də ərizəsinə əlavə etməli olduğu halda bu tələbə riayət etməmiş, tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Halbuki, tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Həmçinin, ərizəçiyə xüsusi nişan təqdim edilməlidir ki, həmin nişan da tikinti işlərinin başlanmasına əsas hesab edilir. Nəzərə alınmalıdır ki, İXM-in 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X8 tərəfindən Goranboy rayon İcra hakimiyyətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 tərəfindən Goranboy rayon İcra hakimiyyətinin 19 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-20/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-20/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver