Məhkəmə qərarları › İş №3(045)-2000/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2000/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2000/2025 16.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X8 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 direktoru Nümayəndə iştirakı ilə, Şəxs X2 (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayevin 05 sentyabr 2025-ci il tarilxi qərarı ilə Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq araşdırma aparılmışdır. Göstərilən qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN:**********) direktoru X4 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, yəni əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan Zərərçəkmiş şəxs 2025-ci ilin iyun ayının sonlarından etibarən həmin ilin iyul ayının 5-dək olan müddət ərzində "həkim-inspektor" qismində işlərinin görülməsinə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 direktoru Nümayəndə izahatında göstərdi ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Hadisə ilə bağlı qeyd edir ki, Zərərçəkmiş şəxs direktoru olduğu şirkətdə çalışmamış və onunla hər hansı əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Zərərçəkmiş şəxs şəxsi maraqları əsasında, yəni Oğuz-Qəbələ rayonuna gəzinti üçün getdiyi zaman baş vermişdir. Şirkət tərəfindən həmin şəxsə əzamiyyə verilməmiş, həmçinin Zərərçəkmiş şəxs şirkətin məsul şəxslərini səfəri barədə xəbərdar etməmişdir. O, ümumiyyətlə həmin şəxsi tanımır. Baş vermiş hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, MMC-də sanitar inspektor vəzifəsində işləyən Şahid tərəfindən Zərərçəkmiş şəxs vəsiqə verilmişdir. Vəsiqənin üzərində ki, möhür onun tərəfindən vurulmamışdır. Ona görə də MMC tərəfindən Zərərçəkmiş şəxs heç bir işin yerinə yetirilməsinə və xidmətlər göstərilməsinə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən Şahid bildirdi ki, o, Şəxs MMC-də sanitar inspektor vəzifəsində işləyir. 2025-ci ilin may ayının sonlarında tanışı ondan Zərərçəkmiş şəxs çalışdığı şirkətdə işlə təmin olunmasına köməklik göstərməyini xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs şirkətə dəvət etmiş və ona direktorun xəbəri olmadan MMC-nin vəsiqəsini vermişdir. Tərəfindən təqdim olunan vəsiqə formal xarakterli, yəni işə götürmək niyyəti olduğu ilə bağlı olmuşdur. Lakin, Türkanə ilə hər hansı əmək müqaviləsi bağlanmamışdır. Hadisə ilə bağlı isə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək, gəzinti üçün Qəbələ rayonuna getdiyini, orada qəza törətdiyini və ona köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs törətmiş olduğu hadisənin şirkətə aidiyyəti olmadığını və bununla bağlı şirlətin heç bir məsuliyyət daşımadığını bildirdi. Bundan sonra Türkanə ona köməklik göstərilmədiyi tədqirdə şirkət barəsində şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə qeyd olunan idarənin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış 226-İX-25 saylı material məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Azərbaycan Respublikası Baş prokurorluğuna Zərərçəkmiş şəxs ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinin lisenziyası ilə fealiyyət gostərən şirkət ona iş təklif etmiş, o da qəbul etmişdir. Xeyal adlı şəxs özünü şöbə müdiri kimi təqdim edərək onu işə duzəltmişdir. Şirket Babək prospektində “Sanitariya və Gigiyena” adı ilə fealiyyət gotərir. Onlar iki nəfər xanım idi. Onları dəvət etmişlər şirkətə və yanindakı xanımı işə götürmüşlər. Lakin, onu gözlətmişlər və iş teleb edərək əraziyə göndərmişlər. Adına vəsiqə çıxardılar, aktlar verdilər ki, “gedin obyektlərə akt yazın”. Ərazi olarag bütün rayonlara getməliydilər. Onlar da iki xanım İsmayıllı, Qəbələ, Oğuz ərazisini seşmişlər. İyulun beşi tarixində ağır qəzaya duşmüşdür Bununla bağlı Oğuz rayon polis şobesində məlumatları vardır. Maddi mənəvi hər ikisinə ciddi xəsarətler yaranmışdır. Bildirmək istəyir ki, Şirkət olaraq nə maddi nə mənəvi yanlarında oldular. Şirkət direktoru Ruslan bey ona “siz işde olmamısınız gəzməyə getmisiz” sözlərini demiş və telefonu üzünə söndürmüşdür. Şikayəti ondan ibarətdir ki, onunla əmək müqaviləsi bağlanmadan müəyyən işlər görməyə məcbur etmişlər. Əgər əmək müqaviləsi yox idi isə ona hansı səbədən işə aid vəsiqə vermişlər. Şirkətdən tələbi ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 2025-ci ilin iyun ayının sonlarında rəfiqəsi Sevinclə birlikdə iş üçün "xxxx" adlı şirkətə müraciət etmişdir. Həmin şirkətdən ona verilən məlumata əsasən şirkətə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. Həmin lisenziya əsasında şirkətin müxtəlif ərazilərdə obyektlərdə yoxlamalar aparmaq və akt tərtib etmək kimi səlahiyyəti vardır. İşə cəlb olunmuş şəxslərin də əmək haqları məhz tərtib edilmiş aktlar əsasında formalaşır. Belə ki, hər bir işçi ərazidə yoxlama aparır, hər bir kv.m. ərazi üçün 64 qəpik ödəniş tələb olunur, əldə edilmiş vəsaitin yarısı şirkətə ödənilir, qalan yarısı isə işçiyə əmək haqqı kimi verilirdi. Bağlanılmış əmək müqavilələrində guya işçiyə 450 manat aylıq əmək haqqı veriləcəyi göstərilsə də, ödəniş yalnız aktlara əsasən aparılırdı. Şirkətdə şöbə müdiri vəzifəsində çalışan Xəyal adlı şəxs Sevinclə müqavilə bağlamış, onunla daha sonra müqavilə bağlanılacağını qeyd etmişdir. Onunla rəsmi əmək müqaviləsi bağlanılmadığı halda Xəyal adlı şəxsin təkidi ilə Sevinclə birlikdə Quba-Xaçmaz regionuna gedərək obyektlərdə yoxlamalar aparmışlar. Həmin yoxlamalar zamanı bir neçə şəxs tərəfindən onların apardığı yoxlamaların qeyri-qanuni olması bildirildikdə, bu barədə Xəyala məlumat verdikdə Xəyal bildirdi ki, “narahat olmayın, bizim şirkətin lisenziyası var, fəaliyyətimiz tam qanunidir, işinizdə olun, Sizə heç kim heç bir irad bildirə bilməz”. Həmin bölgədə fəaliyyəti yekunlaşdırıb geri qayıtdıqdan sonra eyni qaydada fəaliyyətini davam etdirmək üçün xx.xx.2025-ci il tarixdə İsmayıllı-Qəbələ-Oğuz bölgəsinə getmişlər. Həmin bölgədə də xeyli sayda sahibkar tərəfindən onlara fəaliyyətinin qeyri-qanuni olduğunu bildirmişlər və onlar Xəyal adlı şəxslə əlaqə saxlayıb məlumat vermişlər. Xəyal da öz növbəsində təkrarən fəaliyyətinin qanuni olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə Oğuz rayonunda olarkən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə şirkətə məlumat verdikdə direktor müavini vəzifəsini tutan Kübra xanım onlara bildirdi ki, “şirkətin işçisi olduğunuzu deməyin, polisdə sizdən soruşsalar gəzməyə gəldiyinizi söyləyin”. O Kübra xanıma etirazını bildirəndə dedi ki, “mən sizi şirkətin işçisi kimi qeydiyyata almamışam, əgər şirkətin işçisi olduğunuzu desəniz bizim problem yaranar”. Lakin buna baxmayaraq o Oğuz RPŞ-də şirkətin işçisi olduğunu bildirmiş, ona verilən vəsiqəsinin surətini də təqdim etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona maddi ziyan dəydiyindən şirkətlə əlaqə saxlayaraq hadisənin iş zamanı baş verdiyini bildirib ona maddi yardım etmələrini xahiş etmişdir. Lakin, Kübra adlı direktor müavini onun şirkətinə işçisi olmadığını, özü üçün gəzməyə getdiyini deyib heç bir köməklik edilməyəcəyini söylədi. Ərizəsində və izahatında qeyd edilənlərlə əlaqədar araşdırma aparılaraq qanuni tədbir görülməsini xahiş etmişdir. “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” tərəfindən verilmiş Sanitar-Epidemioloji Xidmətlrəinin aparılması haqqında 30251 nömrəli, 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, Dez-təlimatçısı B. Sevinc tərəfindən Qəbələ rayonu Vəndam kəndində yerləşən “El Mrketdə” dezinfeksiya işləri aparılmışdır; “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” tərəfindən verilmiş Sanitar-Epidemioloji Xidmətlrəinin aparılması haqqında 30253 nömrəli, 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, Dez-təlimatçısı B. Sevinc tərəfindən Qəbələ rayonu Vəndam kəndində yerləşən “Ət mağazasında” dezinfeksiya işləri aparılmışdır; İD seriyalı, 095 nömrəli, xx.xx.2025-ci il tarixli, vəsiqədən görünür ki, Kasayeva Türkan “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzində” həkim-inspektordur; Araşdırma zamanı Şəxs MMC-də sanitar inspektor vəzifəsində işləyən Şahid izahatında göstərmişdir ki, 2025-ci ilin may ayının sonlarında tanışı Tural Rəsulov ondan Zərərçəkmiş şəxs çalışdığı şirkətdə işlə təmin olunmasına köməklik göstərməyini xahiş etmişdir. Məsələ ilə bağlı şirkətin direktoru Nümayəndə müraciət etmişdir. Direktor vaxt və yer təyin etdikdən sonra, ona xanımlara məlumat vermişdir, bir həftə ərzində Türkanə xanımın və rəfiqəsi Sevinc Babayevanın işlə bağlı ofisə yaxınlaşmalı olduğunu bildirmişdir. Təyin olunan vaxtı və ünvanı Türkanə xanıma “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən göndərmişdir. xx.xx.2025-ci il tarixdə Babək prospektində yerləşən ofisə dəvət olundular. Sevinc Babayeva və Zərərçəkmiş şəxs nə zaman işə qbəul olunmaları barədə dəqiq məlumatı yoxdur. Bundan başqa onun həmin şəxslərlə hər hansı bir ünsiyyəti olmamışdır. Səhv etmirssə 2025-ci ilin iyul ayının əvvələrində Oğuz-Qəbələ rayonu ərazisində xidməti fəaliyyətlərini göstərən zaman avto-qəza törətdikləri barədə xx.xx.2025-ci il tarixdə Türkanə xanım zəng edərək bildirmişdir. Hadisə ilə bağlı təfərrüatları öyrəndikdən sonra direktora məlumat vermişdir. Direktor məsələ ilə bağlı köməklik edəcəyini bildirdi. Daha sonra hadisə Oğuz rayonunda baş verdiyindən polislərdən tanış axtaracağını və köməklik edəcəyini birdaha bildirmişdir. Qəzadan 3-4 gün keçdikdən sonra Türkanə xanım zəng edərək, 200-300 manat köməklik istəmişdir. O, bu köməkliyi edə bilməyəcəyini bildirmiş, onun və şirkət barəsində şikayət edəcəyini bildirmişdir. Daimi olaraq onu naraxat etdiyi üçün Türkanənin nömrəsini telefonunda blok etmişdir; Araşdırma zamanı Şəxs MMC-də direktor müavini vəzifəsində işləyən X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən etibarən "xxxx"MMC-də direktor müavini vəzifəsində çalışmağa başlamışdır. Əmək müqaviləsi də həmin tarixdən bağlanmışdır. Qeyd olunan hadisə ilə bağlı bildirmək istəyir ki, Zərərçəkmiş şəxs direktor müavini olduğu şirkətdə çalışmamışdır və hər hansı bir müqaviləsi yoxdur. Sınaqçı və ya stajor kimi belə fəaliyyət göstərməmişdir. Şirkət tərəfindən təqdim olunan vəsiqə isə işə götürmək niyyəti ilə bağlı olmuşdur. xx.xx.2025-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsi həmin şəxslərin şəxsi maraqları əsasında gəzinti üçün getdikləri Oğuz-Qəbələ rayonunda baş vermişdir. Onlar heç bir ezamiyyə ilə bağlı ora göndərilməmişdir. Şirkətə və məsul şəxslərə bu səfərləri ilə bağlı heç bir məlumat təqdim olunmamışdır. Qəzadan sonra tanışı Oğuz RPŞ-nin müavini Vüsala zəng edərək bildirmişdir ki, onların şirkətin əməkdaşının olduğu maşın qəza törətmişdir və bununla bağlı kömək göstərməyini xahiş etmiş. Bundan sonra Zərərçəkmiş şəxs özünə və nəqliyyat vasitəsinə dəymiş zərərin onlar tərəfindən ödənilməsini tələb etmişdir. Şirkət isə bununla bağlı heçbir məsuliyyət daşımadığını və köməklik edə bilməyəciyini bildirmişdir. Daha sonra şirkət rəhbərindən 200-300 AZN köməklik istəmiş əks təqdirdə şikayət edəcəyini bildirmişdir. Türkanə bu vəziyyətdən qəzəblənərək, onlara hədə-qorxu gələrək, bütün dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktorunun izahatını dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan maddi normalara əsaslanıb belə hesab edir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs Zərərçəkmiş şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC tərəfindən Zərərçəkmiş şəxs 2025-ci ilin iyun ayının sonlarından etibarən həmin ilin iyul ayının 5-dək olan müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri əsas gətirilərək barəsində İXM-in 192.1-ci maddəsilə inzibati icraatın başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Oğuz rayonuna səfəri şəxsi xarakter daşımış, onun həmin tarixdə hər hansı işə cəlb edildiyinə dair sübut və ya sənəd mövcud deyildir. İş materiallarında olan aktlardan da aydın olur ki, aktlar “Sevinc” adlı işçi tərəfindən tərtib edilmiş, lakin aktda Kosayeva Türkanınin xidməti tapşırığın icrasına göndərilməsini təsdiq edən qeyd, göstəriş və ya MMC-nin rəhbərliyi tərəfindən verilmiş yazılı tapşırıq mövcud deyildir. Bundan başqa məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs müəyyən "xxxx" verilmiş, lakin bu vəsiqə MMC-nin direktorunun xəbəri və razılığı olmadan təqdim edilmişdir. Yəni ki, direktorun razılığı və imzası olmadan verilmiş bu vəsiqə rəsmi sənəd hesab edilə bilməz və belə bir sənədin şəxsin əmək funksiyasının icrasını təsdiqləmək hüquqi baxımdan mümkün deyildir. Şahidin ifadəsində həmçinin hadisənin qeyri iş günü baş verdiyi təsdiqlənmişdir. Bu hal bir daha göstərir ki, Zərərçəkmiş şəxs həmin tarixdə əmək funksiyasını yerinə yetirən işçi kimi fəaliyyət göstərməmişdir. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə bağlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar