Məhkəmə qərarları › İş №3(045)-2001/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2001/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2001/2025 23.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Goranboy rayonu, Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Hazırəhmədli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 23 sentyabr 2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 20 sentyabr 2025-ci il tarixdə Dəliməmmədli şəhərində küçədə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuno tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru X4 və Goranboy RPŞ-nin DYPB-nin YNH-nin baş inspektoru Anar Qasımov xidmətdə olan zaman “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Dəliməmmədli şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı həmin yerə gedən zaman saat təxminən 17:45 radələrində Dəliməmmədli şəhəri T.Əkbəri küçəsində bir nəfər şəxsin yolun kənarında aqressiv formada olduğu və həmin şəxsin başına kənd sakinlərinin toplaşdığını görmüşlər. Polis əməkdaşları həmin yerə yaxınlaşan zaman Şəxs aqressiv şəkildə ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməyə başlamışdır. Həmin vaxt əl efiri vasitəsi ilə həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər. Bundan sonra Şəxs onlara yenidən tabe olmayaraq qaçmağa başlamışdır. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 20 sentyabr 2025-ci il tarixdə spirtli içki qəbul etmiş və sərxoş vəziyyətdə Goranboy rayonu Dəliməmmədli şəhərində yolun kənarında kənd sakinləri ilə birlikdə dayanmış və uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt DYPB-nin patrul avtomobili onun yanında dayanmış və ictimai qayda pozuntusu etdiyini izah etmişdir. O, sərxoş olduğu üçün polis əməkdaşlarına aqressiv cavab verərək mübahisə etməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onu nizamintizama dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir qanunsuz hərəkətlər etməmiş və polis əməkdaşları ilə birlikdə şöbənin inzibati binasına daxil olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YNHnin baş inspektoru X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB- nin YPX inspektoru X4 ilə birlikdə “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Dəliməmmədli şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı həmin yerə gedən zaman saat təxminən 17:45 radələrində Dəliməmmədli şəhəri T.Əkbəri küçəsində bir nəfər tanımadığı şəxsin yolun kənarında aqressiv formada olduğu və bir neçə şəxsin sonuncunun yanına toplaşdığını görmüşlər. Onlar həmin yerə yaxınlaşan zaman aqressiv şəkildə olan şəxsin ictimai yerdə uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Daha sonra onlar bort komputer vasitəsi ilə yoxlayan zaman həmin şəxsin Goranboy rayonu Hazırəhmədli kənd sakini Şəxs olduğu məlum olmuşdur. Bundan sonra əl efiri vasitəsi ilə həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət edən zaman Şəxs onlara yenidən tabe olmayaraq hadisə yerindən qaçmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin DYPB-nin YNH-nin baş inspektoru Anar Qasımov tərəfindən rəhbərliyə ünvanlanmış 22 sentyabr 2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X4 ilə birlikdə “KİA” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Dəliməmmədli şəhərində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı həmin yerə gedən zaman saat təxminən 17:45 radələrində Dəliməmmədli şəhəri T.Əkbəri küçəsində bir nəfər tanımadığı şəxsin yolun kənarında aqressiv formada olduğu və bir neçə şəxsin sonuncunun başına toplaşdığını görmüşlər və həmin yerə yaxınlaşmışlar. Onlar həmin yerə yaxınlaşan zaman aqressiv şəkildə olan şəxsin ictimai yerdə uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətdiyini görmüşlər və həmin şəxsi nizam-intizama dəvət etmişlər. Həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq onlara məhəl qoymayıb öz hərəkətlərini davam etdirməyə başlamışdır. Onlar bort komputer vasitəsi ilə yoxlayan zaman həmin şəxsin Goranboy rayonu Hazırəhmədli kənd sakini Şəxs olduğu məlum oldu və əl efiri vasitəsi ilə həmin yerə RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər. Həmin zaman vətəndaş Şəxs onlara yenidən tabe olmayaraq kəndin yolunda qaçmağa başlamışdır. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tətbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:27-də inzibati qaydada tutulmuşdur; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 20 sentyabr 2025-ci tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə danışmış, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 20 sentyabr 2025-ci tarixdə, Goranboy rayonu Dəliməmmədli şəhərində polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Həbsetmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən, saat 15:27-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar