Məhkəmə qərarları › İş №3(045)-206/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-206/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-206/2025 05.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, inzibati protokol tərtib etmiş vəzifəli şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Goranboy rayonunun Todan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Todan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 590.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə MN ******* №li, 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xətalara dair işlər bir icratda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 590.1ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, heyvanları nobata apararkən adətən atasına məxsus (16 kalibirli “İJ” 31024 qoşa lülə ov tüfəngi) silahı özüylə götürür. Evə qayıdarkən yolda polis əməkdaşlarını görmüş, onlar onu çağıraraq silahın kimə məxsus olduğunu soruşmuşlar, o isə bildirmişdir ki, silah atasına məxsusdur və silahın sənədi atasındadır. Polislər ona Goranboy rayon polis şöbəsinə getməyi bildirsələr də, o səs-küy salmış, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərinə tabe olmamış və ailə üzvlərini çağırmış, qışqıraraq yalandan polislərin onu döydüyünü demişdir. Buna səbəb onun həyəcnalı olması olmuşdur. Əməlindən peşman olduğunu bildirərək, bir də bu cür hallara yol vermiyəcəyinə söz verdi. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş vəzifəli şəxs Goranboy RPŞ-nin İTBnin polis sahə rəisi X2 bildirdi ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Vahid Əhmədovun, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş serjantı Camal Çələbiyevin, Goranboy RPŞ-nin PPXN-nın polis nəfəri, polis baş serjantı Hüseyn Rzayevin, Goranboy RPŞ-nin PPXN-nın polis nəfəri, polis baş serjantı X5 RPŞ-nin rəhbərliyə ünvanladıqları raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 590.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20:05 radələrində Goranboy rayonu Todan kəndində Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Hüseyn Rzayev, Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Bəhram Musayev və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Camal Çələbiyev ilə xidmətdə olarkən bir nəfər şəxsin əlində ov tüfəngi ilə evə girdiyini görmüşlər. Həmin evə yaxınlaşaraq adının sonradan Şəxs olmasını bildikləri şəxsdən əlində olan ov tüfənginin sənədlərini tələb etmişlər. Silahın üzərindəki nömrənin xüsusi vasitə ilə silindiyi məlum olmuşdur. Şəxs isə hər hansı bir sənədin olmamasını, silahın atasına məxsus olmasını bildirmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu polis şöbəsinə gəlməkdən imtina edərək mübahisə etməyə başlamışdır. Zaməddin uca səslə qışqıraraq ailə üzvlərini çağıraraq hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Şəxs nizamintizama dəvət etsələr də, o ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərə məhəl qoymamışdır. Bundan sonra onu zorla xidməti avtomobilə əyləşdirib, polis şöbəsinə gətirmişlər. Bundan sonra onun barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı X4 bildirdi ki, xx.xx.2025-ci ildə Goranboy rayonunun Todan kəndində xidmətdə olarkən Şəxs silahla görmüşlər, ondan silahın kimə məxsus olduğunu və sənədlərini soruşduq da, o hər hansı bir sənədin olmamasını, silahın atasına məxsus olmasını bildirmişdir. Silahın üzərindəki nömrənin xüsusi vasitə ilə silindiyi məlum olmuşdur. Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu polis şöbəsinə gəlməkdən imtina edərək mübahisə etməyə başlamışdır. Zaməddin uca səslə qışqıraraq ailə üzvlərini çağıraraq hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, o ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərə məhəl qoymamışdır. Bundan sonra onu zorla xidməti avtomobilə əyləşdirib, polis şöbəsinə gətirmişlər. Bundan sonra onun barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2025-ci ildə Goranboy rayonunun Todan kəndində xidmətdə olarkən Şəxs silahla görmüşlər, ondan silahın kimə məxsus olduğunu və sənədlərini soruşduqda, o hər hansı bir sənədin olmamasını, silahın atasına məxsus olmasını bildirmişdir. Silahın üzərindəki nömrənin xüsusi vasitə ilə silindiyi məlum olmuşdur. Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu polis şöbəsinə gəlməkdən imtina edərək mübahisə etməyə başlamışdır. Zaməddin uca səslə qışqıraraq ailə üzvlərini çağıraraq hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, o ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərə məhəl qoymamışdır. Bundan sonra onu zorla xidməti avtomobilə əyləşdirib, polis şöbəsinə gətirmişlər. Bundan sonra onun barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Vahid Əhmədov, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş serjantı Camal Çələbiyev, Goranboy RPŞ-nin PPXN-nın polis nəfəri, polis baş serjantı Hüseyn Rzayev, Goranboy RPŞ-nin PPXN-nın polis nəfəri, polis baş serjantı Bəhrəm Musayev tərəfindən Goranboy RPŞ-nin rəisinə ünvanlanmış 04 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 20:05 radələrində Goranboy rayonu Todan kəndində Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Hüseyn Rzayev, Goranboy RPŞ-nin PPXB-nın polis nəfəri, polis baş serjantı Bəhram Musayev və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Camal Çələbiyev ilə xidmətdə olarkən bir nəfər şəxsin əlində ov tüfəngi ilə evə girdiyini görmüşlər. Həmin evə yaxınlaşaraq adının sonradan Şəxs olmasını bildikləri şəxsdən əlində olan ov tüfənginin sənədlərini tələb etmişlər. Şəxs isə hər hansı bir sənədin olmamasını, silahın atasına (16 kalibirli “İJ” 31024 qoşa lülə ov tüfəngi) məxsus olmasını bildirmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin sonuncu polis şöbəsinə gəlməkdən imtina edərək mübahisə etməyə başlamışdır. Zaməddin uca səslə qışqıraraq ailə üzvlərini çağıraraq hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, o ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələblərə məhəl qoymamışdır. Bundan sonra onu zorla xidməti avtomobilə əyləşdirib, polis şöbəsinə gətirmişlər. Bundan sonra Şəxs barəsində qanuni tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib növbətçi hissəyə təhvil vermişlər; İş materiallarında olan inzibati xəta haqqında MN ******* №-li, 04 fevral 2025-ci il tarixli və MN ******* №-li, 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:05 radələrində Goranboy rayonunun Todan kəndində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarını pozmuş, xırda xuliqanlıq hərəkətləri etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur; İş materiallarında olan xx.xx.2009-cu il tarixli 53 nömrəli şəhadətnamədən görünür ki, Şəxs aşkar olunmuş silah 16 kalibirli “İJ” 31024 qoşa lülə ov tüfəngidir. Məhkəmə MN ******* №-li, 04 fevral 2025-ci il tarixli və MN ******* №-li, 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci, 590.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs etdiyi əməli etiraf edib peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 590.1ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun əməlini etiraf etməsini və əməlindən peşman olmasını inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirici hallar kimi nəzərə alıb, məsuliyyətini ağırlaşdıran halların olmamasını qiymətləndirib, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci və 590.1-ci maddələri ilə təqsirli bilinsin və o, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar