Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-208/2025 07.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin X4 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Sözügedən qərarı ilə o, fərdi sahibkar (VÖEN **********) olaraq (vəzifəli şəxs kimi) Şahid müvafiq icra hakimiyyətinin müəyyən etdiyi minumum əmək haqqından aşağı əmək haqqı verərək işə cəlb edilməsi əsas gətirilərək AR İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə 1100 (bir min yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2024-cü il tarixlı MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti X4 barəsində protokol tərtib edib inzibati qərar qəbul edərkən obyektiv araşdırma aparmamış, hadisənin, əməldə təqsirinin və inzibati xəta tərkibinin olub-olmamasına düzgün qiymət verməmiş, qüvvədə olan qanunvericilik normalarını nəzərə almamış, nəticədə barəsində tamamailə qanunsuz qərar qəbul etmişdır. İnzibati Orqan qərarının xx.xx.2024-cu il tarixli MN ******* saylı Protokol ilə əsaslandırmışdır. Sözügedən protokolda isə qeyd edilirik ki, guya tərəfindən ƏM 192.3 maddəsinin tələbləri pozulmuş, Şahid ilə müvafiq İcra Hakimiyyətinin müəyyən etdiyi minimum əmək haqqından aşağı əmək haqqı verərək işə cəlb etmişdir. Bildirmək istəyir ki, Şahid ilə tərəfindən xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Şahid əmək haqqı da 300 manat müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2021 tarixində ona məxsus olan ********** saylı VÖEN üzrə fəaliyyətini dayandırmış, həmin vaxtdan heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, işçiləri işə cəlb etməmişdir. VÖEN üzrə fəaliyyətini dayandırdığı vaxtda ölkə üzrə minium əmək haqqı 300 manat olmuşdur ki, Şahid əmək haqqıda minium əmək haqqından az olmamışdır. Heç bir sahibkarlıq fəaliyyətı olmadığı üçun (VÖEN fəaliyyəti dayandırılmışdır) ümümiyyətlə heç bir işçini işə cəlb edə bilməzdir. Bu səbəbdən də X7 müvafiq İcra Hakimiyyətinin müəyyən etdiyi minium əmək haqqından aşağı əmək haqqı verərək işə cəlb edilməsi ilə bağlı inzibati xəta hadisəsi baş verə bilməzdi. xx.xx.2021-ci il tarixdən işə cəlb edilməməsi faktını Şahid da təsdiq edə bilər. Heç bir sahibkarlıq fəaliyyəti olmadığı (VÖEN fəaliyyəti dayandırılmışdır) və Şahid heç bir işə cəlb etmədiyi halda inzbati məsuliyyətə cəlb edilməyi inzibati orqan tərəfindən onun hüqüqlarının kobud şəkildə pozulmasıdır. Göründüyü kimi, inzibati xəta hadisəsinin olması sübuta yetirilmir və onun əməlində AR İXM-in 192.3-cü maddəsinin dispozisiyasında göstərilən inzibati xəta tərkibi və əməldə onun təqsiri yoxdur. Tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin, AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidməti Gəncə X12 bu faktı nəzərə almamış və onu vəzifəli şəxs kimi AR X6 192.3-cü maddəsi ilə İnzibati msuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, yaşadığı Goranboy rayonu Xanqərvənd kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə ona məxsus olan VÖEN fəaliyyətini dayandırmış və o, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, VÖEN üzrə fəaliyyətini dayandırdığı vaxtda ölkə üzrə minimum əmək haqqı 300 manat olmuş və Şahid əmək haqqı da həmin dövr üzrə minium əmək haqqından az olmamışdır. Buna baxmayaraq AR ƏƏSMN yanında Dövlət Əmlak Müfəttişliyi Xidmətinin X4nin əməkdaşları heç bir araşdırma aparmayaraq onu vəzifəli şəxs kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 192.3-cü maddəsi ilə inzibati msuliyyətə cəlb etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətdə qeyd olunan orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Şahid ifadəsində bildirmişdir ki, Mübariz Rüstəmov onun dayısıdır. O, 2021-ci ilin fevral ayının əvvəlləri Goranboy rayonu Xanqərvənd kəndində dayısı Mübariz Rüstəmova məxsus mağazada on gün işləmişdir. İşlədiyi dövrdə aralarında müqavilə bağlanmış və onun əmək haqqı 345 manat olmuşdur. Daha sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, işdən çıxmışdır. Hazırda yaşadığı kənddə taksi fəaliyyəti ilə məşğul olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında protokol”a və 28 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”a əsasən X3 Samir İlyas oğluna müvafiq icra hakimiyyətinin müəyyən etdiyi minimum əmək haqqıdan aşağı əmək haqqı verərək işə cəlb etmişdir. Nəticədə fərdi sahibkar X10 tərəfindən İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 1100 manat məbləğində inzibati cərimə edilmişdir; “Elektron Məhkəmə” sistemi tərəfindən verilmiş çıxarışdan görünür ki, X5 VÖEN-ü müvəqqəti daynadırılmışdır; 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 (VÖEN **********) fəaliyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırlmışdır. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 192.3-cü maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Həmçinin, şikayətçi sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, VÖEN üzrə fəaliyyətini dayandırdığını göstərir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət qismən təmin edilməlidir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X9 İsax oğlu vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Həmin tarixdən indiyədək isə Mübariz Rüstəmovun sahibkarlıq fəaliyyəti olmamış və bu səbəbdən işçilər işə cəlb edilmədiyindən əmək haqqı hesablanmamış, eyni zamanda hər hansı işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmamışdır. Göründüyü kimi, X10 xx.xx.2021-xx.xx.2026-cı il zaman kəsiyində onunla işçilər arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətləri mövcud olmamışdır. Həmin müddət ərzində işçi Şahid tərəfindən faktiki olaraq hər hansı işə və ya işlərə cəlb edildiyini təsdiq edən hər hansı sübut işdə mövcud deyildir. Məhkəmə, qanunu və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamını rəhbər tutaraq hesab edir ki, hazırkı iş üzrə göstərilən müddət ərzində X10 ilə işçilər arasında faktiki olaraq əmək münasibətləri mövcud olmadığından onun işəgötürən kimi öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqq-ədalət meyarları ilə uyğun gəlmir. Əks yanaşma, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə zidd olar. Belə ki, həmin Qərarda vurğulanır ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli "İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və və işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-208/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-208/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver