Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2103/2025 01.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X16 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 01 oktyabr 2025-ci il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş 27 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 27 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 27 sentyabr 2025-ci il tarixdə saat 16:50-də radələrində Goranboy şəhəri 58-ci kvartal küçəsində idarə etdiyi “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozaraq “Mercedes- Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Mercedes- Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək Goranboy şəhəri 58-ci kvartalda yerləşən yaşayış evinin hasarına dəymişdir. Hadisə zamanı avtomobilə və yaşayış evinə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs və X1 maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 327.2 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan 27 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X16 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X4 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan saat 16:50 radələrində Goranboy rayon 58-ci kvartalda idarə etdiyi “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozaraq “Mercedes Benz” minik markalı 60-ÇT-604 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” minik markalı **-CT- *** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy şəhəri 58-ci kvartalda yerləşən yaşayış evinin hasarına dəymişdir, nəticədə avtomobillərə və yaşayış evinin hasarına zərər dəymişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun istifadəsindədir. 27 sentyabr 2025-ci il tarixdə saat 16:20 radələrində Goranboy şəhəri 58ci kvartal küçəsində idarə etdiyi “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozmuş və onun sağ tərəfində hərəkətdə olan “Mercedes-Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin avtomobildə idarəetməni itirərək Goranboy şəhəri 58-ci kvartalda yerləşən yaşayış evinin hasarına dəymişdir. Hadisə zamanı avtomobilə və yaşayış evinə maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsinin müddəti bitmişdir. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, “Mercedes-Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnaməsi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Goranboy şəhər 58-ci kvartal ərazisində hərəkərdə olan zaman yol ayrıcına yaxınlaşmış və yolun sol istiqamətində hərəkətdə olan “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcı qaydasını pozaraq onun qarşısına çıxmışdır. O da idarəetməni itirərək yaşayış evinə məxsus qaz borusunu və qaz sayğacına dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Nəticədə hər iki avtomobilə və yaşayış evinə maddi zərər dəymişdir. Şəxs oğlu ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin zədələnməsi barədə 035 nömrəli arayışdan görünür ki, “Mercedes-Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3650 manat məbləğində (ehtiyyat hissələrin quraşdırılması üçün usta pulu- 970 manat), cəmi 4620 manat maddi ziyan dəymişdir; xx.xx.2025-ci il tarixli, İN 642610 nömrəli alkotester rəyindən görünür ki, Şəxs həmin tarixdə sərxoş (0.000%) ayıq olmuşdur; xx.xx.2025-ci il tarixli, İN 642610 nömrəli alkotester rəyindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə sərxoş (0.000%) ayıq olmuşdur; xx.xx.2022-ci il tarixli, ƏN-Vİ seriyalı 181158 nömrəli X9 tərəfindən verilmiş etibarnamədən görünür ki, X5 məxsus “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək Şəxs xx.xx.2030-cu il tarixədək etibar edilmişdir; Gəncə RQİ və TBŞ tərəifndən verilmiş AC 742057 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 07 iyun 2016-cı il tarixdən sahibi X6r; Gəncə “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs adına “A1, A, B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi xx.xx.2024-cü ildir. Gəncə RQİ və TBŞ tərəifndən verilmiş AC 911191 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 05 aprel 2017-ci il tarixdən sahibi X7r; xx.xx.2024-cü il tarixli, ƏN-İX seriyalı 565509 nömrəli X10 tərəfindən verilmiş etibarnamədən görünür ki, X8 məxsus “Mercedes-Benz” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixədək etibar edilmişdir; İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində etibarnamə əsasında və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolayrıcını keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə və yaşayış evinə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in, 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(045)-2103/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2103/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver