Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2109/2025 02.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.2000-ci ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu Xoylu kəndində kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Hidayyət Cəfərovun 11 sentyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi” və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən 02 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Xoylu kəndində sahədə Zərərçəkmiş şəxs vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Xoylu kənd sakini Zərərçəkmiş şəxs ərizələri əsasında toplanmış HK-1-1529 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin material üzrə Şəxs əməlində İXM-in 157ci maddəsinin tərkibi olduğu üçün onların əməli həmin Məcəllənin 157-ci maddəsi ilə tövsif olunmuş və barəsində tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 02 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər münasibəti normal olmuşdur. xx.xx.2025-ci il tarixdə saat gecə 00:30 radələrində atası X14 xəstə olduğu üçün onu qardaşı X15 ilə birlikdə su bölgüsünü həyata keçirmək üçün Xoylu kəndində sahəyə göndərmişdir. O, qardaşı Cavidlə birlikdə oraya getmiş, orada olan zaman əmisi oğlu Rafaelin bir neçə kənd sakinlərinə məxsus olan suyu kəsib öz sahəsinə tərəf düzdüyünü görmüş, həmin vaxt kənd sakinləri narazılığını bildirmişlər. Orada olan zaman Qənbər şəriki olmuş onun əmisi oğlu Aqil Xəlilovla birlikdə oraya gəlmişlər və Qənbər avtomobildən düşərək nalayiq ifadə işlədədərək qardaşı Cavidin üzərinə gəlməyə başlamış, əmisi oğlu Aqil isə avtomobildən yerə düşməmişdir. Həmin vaxt Qənbər qardaşı Cavidə qarşı nalayiq ifadə işlətdiyinə görə qardaşı Cavid də buna görə Qənbərin ünvanına qarşı nalayiq ifadə işlətmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs oradan uzaqlaşmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun tərəfindən Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirilməmişdir. Qənbərin oraya gəlmə səbəbini bilməmişdir. Qardaşı Cavid ilə Qənbər arasında mübahisənin böyüməsinə imkan verməməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək, məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs həmkəndlisidir, əvvəllər onunla münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Cavadın atası Cabirlə aralarında su mübahisəsi olmuş, Cabir su birliyinin sədri olduğuna görə ona su verməmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cabir Xəlilov ilə su barəsində söhbət etmiş və aralarında olan narazılıq həll edilmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat gecə 00 radələrində həmkəndlisi və həmçinin də şəriki olan X17 ilə birlikdə Goranboy rayon Xoylu kəndində olan zaman X11 ona zəng etmiş və onu sahəyə çağırmış, o da Aqil ilə birlikdə Xoylu kəndində su bölgüsü aparılan əraziyə getmişlər. Orada olan zaman o, avtomobilindən yerə düşmüş, Aqil isə avtomobildən yerə düşməmişdir. Həmin vaxt Cavadın qardaşı Cavid ona yaxınlaşmış və onun atası Cabirin ünvanına niyə nalayiq ifadə işlətməyini demiş, o da Cavidə atası Cabirin ünvanına qarşı nalayiq ifadə işlətmədiyini demişdir. Buna görə aralarında sözlü mübahisə yaranmış və mübahisə zamanı Cavid onu əli ilə sinə nahiyəsindən itələmiş və o, arxaya çəkilmişdir. Sonra Cavid yenidən ona təpik zərbəsi atmış və təpik onun sol nahiyəsindən dəymişdir. O, da buna görə özünü müdafiə etmək üçün Cavidi itələmişdir. Həmin vaxt orada olan Cavidin qardaşı Cavad qəfildən yumruqla arxadan onun baş nahiyəsinin arxa hissəsindən vurmuş, o, aşağı əyilmiş və Cavid təpiklə yenidən onun sinə nahiyəsindən vurmuşdur. Sonradan isə Cavad gəlmiş və Cavidlə birlikdə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq döymüşlər. Həmin vaxt qaranlıq olduğu üçün bədənin başqa nahiyələrinə vurulan zərbərlərin Cavad və ya Cavid tərəfindən vurulduğunu görməmişdir. Həmin dava-dalaşı əks etdirən Aqil Xəlilov tərəfindən video qeydə alınmış görüntüdən də ona qarşı Cavad və Cavid qardaşları tərəfindən nalayiq ifadələr işlədilərək döyülməsi anlaşılır və həmin video görüntünü məhkəməyə təqdim etdi. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Odur ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, Zərərçəkmiş şəxs onun şəriki olmuş, Şəxs isə əmisi oğludur. Onun digər əmisi oğlu Rafael bir neçə kənd sakinlərinə məxsus olan suyu kəsmişdir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında əmisi oğlu Rafael Zərərçəkmiş şəxs zəng etmiş və onu sahəyə çağırmış, o da Zərərçəkmiş şəxs ora getməməsini bildirmiş, lakin Qənbər onun sözlərinə məhəl qoymayaraq, onunla birlikdə sahəyə getmişdir. Orada olan zaman o, avtomobilindən yerə düşməmiş, Qənbər isə avtomobildən düşmüş və əmisi oğlu Cavidlə bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. O da mobil telefonla bu hadisəni kənardan video qeydə almış, ciddi səbəb görmədiyi üçün onlara yaxınlaşmamışdır. Daha sonra Zərərçəkmiş şəxs geri qayıdaraq, avtomobilinə əyləşmiş və üzərində olan geyimin yaxasını əli ilə cırmış, DİNin 102 xidmətinə zəng edib yalan məlumat verərək döyüldüyünü bildirmişdir. X2 təhqiqat araşdırması zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunarkən məlum olmuşdur ki, o, verdiyi izahatında bildirmişdir ki, Qənbərlə Cavad və Cavid arasında mübahisə baş vermiş, mübahisə zamanı Cavad və Cavid Qənbəri vuraraq döymüşlər. Daha sonra orada olan şəxslər Qənbəri ayırmış və o, Qənbərlə birlikdə yaşadığı evə qayıtmışlar. X5 izahatları arasında yaranmış ziddiyyətə aydınlıq gətirilməsi üçün verilmiş suala cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə şərikli iş gördüyü üçün işini itirməkdən qorxduğu üçün Goranboy rayon Polis Şöbəsinin TB-də əmisi oğlanları Cavad və Cavid əleyhinə izahat vermişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında şahid qismində dindirilmiş X3 və X13 məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. X1 təhqiqat araşdırması zamanı verdiyi izahatında göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Şəxs, X15 və Zərərçəkmiş şəxs tanıyır, hər üçü ilə münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Yavər kimi tanıdığı İslamla birlikdə Goranboy rayon Xoylu kəndində yerləşən sahəyə getmişlər. Elmar Bayramov da orada olmuşdur. Orada olan zaman təxminən saat 00:30 radələrində onlardan təxminən 20 metr kənarda avtomobilin gəldiyini və avtomobildən düşən şəxslərin bir-birlərinə qarşı nalayiq ifadələr işlətdiyini eşitmişlər. Buna görə onlar oraya yaxınlaşmış və orada olan zaman Cavid və Qənbərin bir-birlərinə qarşı yenidən nalayiq ifadələr işlətdiyini görmüşlər. Dava-dalaş olmasın deyə Cavid və Qənbəri bir-birlərindən kənarlaşdırmışlar və çıxıb getmişlər. Həmçinin, o, mübahisə və dava-dalaş zamanı Cavid və Cavadın Qənbəri döymədiklərini, hər hansı bir xəsarət yetirmədiklərini, hava qaranlıq olduğuna görə orada başqa kimlərin olmasını bilmədiyini qeyd etmişdir. X6 təhqiqat araşdırması zamanı verdiyi izahatında göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir. Şəxs, X15 və Zərərçəkmiş şəxs tanıyır, hər üçü ilə münasibəti normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 00 radələrində Goranboy rayon Xoylu kəndi ərazisində sahədə olan zaman Rövşən Yavər kimi tanıdığı İslamla birlikdə oraya gəlmişlər. Orada olan zaman təxminən saat 00:30 radələrində onlardan təxminən 20 metr kənarda Cavid və Cavad da orada dayanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobili ilə oraya gəlmiş və avtomobildən yerə düşərək Cavidə qarşı nalayiq ifadə işlətmiş, buna görə də, Cavid də Qənbərə qarşı nalayiq ifadə işlətmişdir. Cavad da bir neçə metr kənarda dayanmışdır. Onlar buna görə oraya yaxınlaşmış və dava-dalaş olmasın deyə Cavidi və Qənbəri bir birlərindən kənarlaşdırmışlar və çıxıb getmişlər. Həmçinin, o, mübahisə və dava dalaş zamanı Cavid və Cavadın Qənbəri döymədiklərini, hər hansı bir xəsarət yetirmədiklərini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Hidayyət Cəfərovun 11 sentyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 və Şəxs barələrində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X10 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 385 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin ön və arxa səthinin və sağ xayalığın qançırları KÜT əşyanın (larin) o cümlədən qərarın təsviri hissəində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla və təpiklə vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Baxış keçirilmiş “DVD” diskdən görünür ki, sahədə bir neçə şəxsin avtomobillərin yanında toplaşdığı, kənardan uca səslə nalayiq ifadələrin işlədilməsi və mübahisə getdyi məlum olur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati materialı araşdırıb hesab edir ki, Şəxs oğlunun İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs oğlu həmin Məcəllənin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 385 nömrəli nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs döş qəfəsinin ön və arxa səthinin və sağ xayalığın qançırları aşkar edilmişdir və həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla və təpiklə vurulma zamanı əmələ gələ bilərdi; - Şəxs izahatında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini inkar etməmişdir. - iş üzrə Zərərçəkmiş şəxs izahatında Şəxs xx.xx.2025-ci il tarixdə yumruqla onun baş nahiyəsinin arxa hissəsindən vurduğunu göstərmişdir. Məhkəmə X2 məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşaraq, inandırıcı hesab etmir və onun təhqiqat araşdırması zamanı verdiyi izahatı mötəbər sübut kimi qəbul edir. İXM-in: 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə və işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxaraq, öz daxili inamı ilə qiymət verib hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-in: 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir; 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək, hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Goranboy Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən İXM-in 40, 43, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 2 (iki) iş saatı üçün cəmi 22 (iyirmi iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Goranboy Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-2109/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2109/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver