Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2123/2025 16.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X19 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 nümayəndəsi X6 iştirakı ilə, X11 Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 MN seriyalı ******* nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 MN seriyalı ******* nömrəli, 29 sentyabr 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, yaşadığı Safıkürd kəndində "Kabab Evi" adlı kiçik bir kafe işlədi. Vaxtlı-vaxtında dövlətin təyin etdiyi rüsumları ödəyərək hesabatlarını təqdim edir. İşlətdiyi kafenin təmizliyini və həyətyanı sahəsinin təmizliyinə maksimum dərəcədə ciddi nəzarət edir. xx.xx.2025-ci il tarixdə Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı Gəncə X8 əməkdaşları kafenin ərazisinə baxış keçirərkən kafenin yaxınlığından keçən və çox nadir hallarda su gələn təsərrüfat daxili arxa bir neçə plasmas butulka və cüzi zibil tullantıları aşkar etmişlər. Bununla bağlı heç bir akt və yaxud sənəd tərtib etmədən ona şifahi ərazinin daha təmiz olmasını tövsiyyə edərək kafedən uzaqlaşmışlar. O, öz növbəsində dərhal işçi qrupu təşkil edərək irad bildirilən ərazini və hətta onların ərazisinə aidiyyatı olmayan yerləri belə tullantılardan təmizləyərək hər yeri səliqə səhmana salmış, lakin xx.xx.2025-ci il tarixdə ona Suların İstifadəsinə və X7 Xidmətinin 10 saylı Gəncə X13 adından ona 2500.00 (iki min beş yüz) manat məbləğində cərimə protokolu təqdim olunmuşdur. Odur ki, uxarıda göstərilənləri nəzərə alaraq cərimə protokolu barədə daha ədalətli qərarın verilməsində ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 nümayəndəsi X12 bildirdi ki, 11 sentyabr 2025ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Goranboy rayonu Safıkürd kəndi ərazisindəən keçən Qaraçay çayının sağ istiqamətində Safıkürd-Ağcakənd avtomobil yolunun sağ hissəsində yoldan təxminən 100 metr məsafədə yerləşən “Kabab evi” adlı restoranın fəaliyyəti zamanı formalaşan tullantı suların diametri 80 mm olan polietilen boru vasitəsi ilə Qaraçay çayının yatağına yaxın məsafədə qazılmış şambo quyusuna, eyni zamanda tullantı suların heç bir təmizlənmə prosessindən keçmədən birbaşa çaya axıdıldığı faktı aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılmış və restoranın sahibi X14 barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək İXM-in 264.0.1-ci maddəsi ilə 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. Bölmə tərəfindən qəbul edilmiş qərarın qanuni olduğunu, inzibati icraatın qanunvericiliyə uyğun aparıldığını bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X14 hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su X5 İstifadəsinə Və X7 Xidməti 10 saylı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, № 002029 nömrəli aktdan görünür ki, “Kabab evi” adlı restoranın sahibkarı X14 tərəfindən Goranboy rayonu Safıkürd kəndinin ərazisindən keçən Qaraçay çayının Safıkürd-Ağcakənd avtomobil yolunun sağ hissəsində, yoldan təxminən 100 metr məsafədə formalaşan tullantı sularının polietilen boru vasitəsi ilə heç bir təmizləyici qurğudan keçmədən Qaraçay çayına axıdıldığı faktı aşkar edilmişdir; MN seriyalı, ******* nömrəli, 19 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Goranboy rayonu Safıkürd kəndinin ərazisindən keçən Qaraçay çayının sağ istiqamətində formalaşan tullantı sularının polietilen boru vasitəsi ilə heç bir təmizləyici qurğudan keçmədən Qaraçay çayına axıdıldığı faktı aşkar edilmiş, nəticədə X14 İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; MN seriyalı, ******* nömrəli, 29 sentyabr 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Respublikası İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; Fotoşəkillərdən ərazidə məişət tullantılarının qalaqlanması görünür. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, 11 sentyabr 2025-ci il tarixdə Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Goranboy rayonu Safıkürd kəndinin ərazisindən keçən Qaraçay çayının sağ istiqamətində formalaşan tullantı sularının polietilen boru vasitəsi ilə heç bir təmizləyici qurğudan keçmədən Qaraçay çayına axıdıldığı faktı aşkar edilmişdir. Buna görə də, X14 İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin: 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır.; 84-cü maddəsinə əsasən öz fəaliyyəti ilə suların keyfiyyətinə təsir göstərən fiziki və hüquqi şəxslərə su obyektlərinə istehsalat, məişət və digər tullantıların tökülməsi qadağan edilir. 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Göründüyü kimi, X14 tərəfindən formalaşan tullantı sularının polietilen boru vasitəsi ilə heç bir təmizləyici qurğudan keçmədən birbaşa Qaraçay çayına axıdılması halına yol verilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 İXM-in 264.0.1 maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 MN seriyalı ******* nömrəli, 29 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, X14 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İXM-in: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Dövlət Su X5 İstifadəsinə və X7 Xidməti 10 saylı X2 MN seriyalı ******* nömrəli, 29 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(045)-2123/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2123/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver