Məhkəmə qərarları › İş №3(045)-214/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-214/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-214/2023 30.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Xocalı RPŞ-nin CAQ-ın baş əməliyyat müvəkkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan Şəxs barəsində Xocalı Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Xocalı RPŞ-nin İTB-nin əməliyyat müvəkkili X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, oğurluq faktı ilə bağlı onu Xocalı RPŞ-nin əməkdaşları polis şöbəsinə dəvət etmişdir. O, 29 mart 2023-cü il tarixdə Xocalı rayon Polis şöbəsinin inzibati binasında olan zaman xidməti zərurət ilə əlaqadar olaraq ona suallar ünvanlanmışdır. Həmin oğurluq əməlində onun heç bir xəbəri olmadığından əsəbləşərək özündən asılı olmayaraq, səs-küy salmışdır. Polislər onu intizama dəvət etsələr də tabe olmamış və öz hərəkətlərinə davam etdirmişdir. Buna səbəb onun əsəbi olması olmuşdur. Xocalı RPŞ-nin iş rejimini pozduğundan şöbənin əməkdaşları onu qanunun tələblərinə əməl etməyə çalışsalar da, o məhəl qoymamışdır. Ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Xocalı RPŞ-nin CAQ-ın baş əməliyyat müvəkkili X6 bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Xocalı RPŞ-nin inzibait binasında yüksək səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmayaraq şöbənin iş rejimini 15-20 dəqiqə pozmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmiş və məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X3 bildirdi ki, Əməliyyat-axtarış işinin icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində RPŞ-yə dəvət edilmiş Şəxs heç bir əsas və səbəb göstərmədən şöbənin inzibati binasında yüksək tonla səs-küy salaraq ünvansız söyüşlər söymüşdür. Bu səbəbdən o və digər polis əməkdaşları İlkin Abışıovu nizam intizama dəvət etsələr də sonuncu buna məhəl qoymamış və öz əməlini davam etdirərək Xocalı Rayon Polis şöbəsinin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Xocalı RPŞ-nin İTQ-nin sahə polis nəfəri X1 RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X2 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 29 mart 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Xocalı RPŞ-nin inzibait binasında yüksək səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmayaraq şöbənin iş rejimini 15-20 dəqiqə pozmuşdur. İş materiallarında olan Xocalı RPŞ-nin CAQ-ın baş əməliyyat müvəkkili Babək Quliyev tərəfindən rəhbərliyə ünvanlanmış 29 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazidə baş vermiş mal-qara və ət oğurluqları ilə bağlı şübhəli bilinən Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Abışov X10 RPŞ-yə dəvət olunmuş, RPŞ-də olan zaman uca tonla səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq öz intizamsız hərəkətlərini davam etdirərək şöbənin iş rejimini 15-20 dəqiqə müddətində pozmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:50-də tutulmuşdur. Məhkəmə MN seriyalı, ******* №-li 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun şəxsiyyətini qiymətləndirib, inzibati xətanın xarakterini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən saat 08:55-dən hesablansın. Qərarın icrası Xocalı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar