Məhkəmə qərarları › İş №3(045)-217/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-217/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-217/2024 28.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonunun Həsənlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 28 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Kəlbəcər rayonunun Həsənlər kəndində qeydiyyatda olsa da məcbur köçkün kimi Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışdır. Müharibədən sonra işğaldan azad edilmiş Goranboy rayonunun Gülüstan kəndində ermənilərin viran qoyduğu evlərdən birini bərpa etmiş və vaxtaşırı oraya gedib gəlmişdir. Belə ki, 14 aprel 2023-cü il tarixdən hadisə olan günə, yəni xx.xx.2024-cü ilə qədər Xocalı RPŞ-nin rəisinin razılığı əsasında həmin ünvana gedib gəlmişdir. Sonuncu dəfə o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi UAZ markalı yük avtomobili ilə Goranboy rayon Meşəli kəndində yerləşən 2 nömrəli komendant postuna həmin postdan keçərək keçmiş təmas xəttində yerləşən Goranboy rayonunun Gülüstan kəndinə getmək üçün yaxınlaşmış, postda xidmətdə olan polis nəfərləri onun müvafiq icazəsinin olub-olmamasını yoxlayan zaman icazəsinin olmadığını müəyyən etdikdə əraziyə buraxılmayacağını bildirmişlər. Bu zaman o, mübahisə yaradaraq polisin müvafiq icazəsi olmadan postdan keçməməsi haqqında qanuni tələbinə məhəl qoymayıb idarə etdiyi UAZ markalı yük avtomobili ilə qəsdən Xocalı RPŞ-nin Goranboy rayon Meşəli kəndində yerləşən 2-ci komendant postunun dəmir məhəccərlərini aşıraraq getmişdir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, əvvəllər icazəni, yəni sözügedən əraziyə gedib gəlməsi üçün rüşvət vermişdir. Goranboy rayonunun Gülüstan kəndində yerləşən evdə nəvəsi olmuş və səhəti qaydasında olmadığı üçün həmin yerə getmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində Xocalı RPŞ-nin 2 nömrəli komendant postunda UAZ markalı avtomobili ilə polisin qanuni tələbini pozmuş, avtomobillə dəmir məhəccəri qəsdən zədələyərək 25 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin İTQ-nin polis nəfəri, polis serjantı X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində yerləşən 2 nömrəli komendant postunda xidmətdə olan zaman Şəxs idarə etdiyi UAZ markalı yük avtomobili ilə Goranboy rayonunun Meşəli kəndində yerləşən 2 nömrəli komendant postuna həmin postdan keçərək keçmiş və təmas xəttində yerləşən Goranboy rayon Gülüstan kəndinə getmək üçün yaxınlaşmış, postda xidmətdə olan Xocalı RPŞ-nin İTQ-nin sahənin polis nəfəri Əlvan Məmmədovla DİN-in "Gücləndirilmiş təhlükəsizlik rejminin tətbiq olunduğu yaşayış məntəqələrində xüsusi giriş-çıxış qaydası haqqında Təlimatı’na uyğun olaraq müvafiq icazəsinin olub-olmamasını yoxlayan zaman icazəninin olmadığını müəyyən edərək əraziyə buraxılmayacağını bildirmişlər. Bu zaman Şəxs əsassız mübahisə yaradaraq onların qanuni tələbinə məhəl qoymayıb idarə etdiyi UAZ markalı yük avtomobili ilə qəsdən Xocalı RPŞ-nin Goranboy rayonunun Meşəli kəndində yerləşən 2-ci komendant postunun dəmir məhəccərlərini aşıraraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xocalı RPŞ-nin İTQ-nin polis nəfəri, polis serjantı X3 digər şahid X4 göstərdiyi xüsusatları bir daha təsdiq etdi. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 28 mart 2024cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Meşəli kəndində Xocalı RPŞ-nin 2 nömrəli komendant postunda UAZ markalı avtomobili ilə polisin qanuni tələbini pozmuş, avtomobillə dəmir məhəccəri qəsdən zədələyərək 25 manat maddi ziyan vurmuşdur.

1. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində hər hansı bir cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 232-1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin İTQ-yə verilməsi qərara alınmışdır; Məhkəmə MN seriyalı, ******* №-li, 28 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə onun məsuliyyətini yüngülləşdirici halları, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, inzibati xətanın xarakterini nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 28 mart 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar