Məhkəmə qərarları › İş №3(045)-2195/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2195/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2195/2025 06.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2, Qərarından şikayət edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə bilavistə tabe olan Yol-Patrul xidmət Alayı yol patrul xidməti inspektoru X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə bilavistə tabe olan Yol-Patrul xidmət Alayı yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə bilavistə tabe olan Yol-Patrul xidmət Alayı yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və 150 manat cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 18:50 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. O, öz hərəkət zolağında **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sarov kend istiqamətində hərəkət edirdi. Digər nəqliyyat vasitəsi **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qarşı tərəfdən hərəkət edərək onun avtomobili ilə toqquşmuşdur. Barəsində İXP ******* saylı protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş yol sxemində hadisənin faktiki vəziyyəti düzgün təhrif olunmamışdır. Sxemdə guya onun avtomobili qarşı hərəkət zolağına çıxmış kimi göstərilmiş, lakin bu, həqiqətə uyğun deyil. O, hərəkətini yalnız öz zolağında davam etdirmişdir. Hadisə baş verən yerdə yolun birtərəfli olduğunu və ya hərəkətin qadağan olunduğunu göstərən hər hansı yol nişanı və nişanlanma mövcud olmamışdır. Hadisə ilə bağlı araşdırma zamanı polis əməkdaşı obyektivliyi qoruyaraq faktiki vəziyyəti düzgün əks etdirməmiş, yalnız sxem üzərində səhv göstəriş vermişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında qərar çıxarılması əsassızdır. Onun hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş X6 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə 18:50 radələrində idarə etdiyi “VAZ” markalı avtomobili ilə Goranboy rayonu, Dəliməmmədli şəhərində Sarov kəndi istiqamətində hərəkət edən zaman, əks istiqamətdə hərəkət edən **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bildirir ki, iş materialında olan sxemdə avtomobili qarşı hərəkət zolağına çıxmış kimi göstərilmiş, lakin bu, həqiqətə uyğun deyil. O, hərəkətini yalnız öz zolağında davam etdirmişdir. Hadisə baş verən yerdə yolun birtərəfli olduğunu və ya hərəkətin qadağan olunduğunu göstərən hər hansı yol nişanı və nişanlanma mövcud olmamışdır. Odur ki, sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul xidmət Alayı yol patrul xidməti inspektoru X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə 18:50 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumatın doğruluğunu yoxlamaq üçün hadisə yerinə getmişdir. Həmin vaxt iki avtomobilin bir-birinə toqquşduğunu görmüşdür. Baş vermiş hadisənin araşdırmasını aparan zaman məlum olmuşdur ki, qəzaya səbəb “VAZ” markalı, **-BM-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətdə hərəkət etməsi olmuşdur. Əlavə olaraq bildirir ki, köməkçi yol əsas magistral yoldan ayrılan və onun paralelində gedən əsas yola təhlükəsiz qoşulmaq və çıxmaq, əraziyə daxil olmaq və əsas yolda hərəkətə mane olmamaq üçün nəzərdə tutulmuşdur. Buna görə də köməkçi yolda əks istiqamətdə hərəkət etmək qadağandır. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yol-Nəqliyyaat hadisəsini əks etdirən sxemnən görünür ki, Bakı-Qazax avtomobil yolunda ** BM *** dövlət qeydiyayt nişanlı avtomobil əks istiqamətdə hərəkət edərək qarşıdan gələn ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə saat 19:20-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəməsi müəyyən olunmuşdur; xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədtiyinə görə, barəsində 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; “Mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş 7E-3850 reyestr nömrəli, 21 noyabr 2024-cü il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, X4 məxsus “VAZ 21013” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2025-ci il tarixədək X5 etibar edilmişdir; Baxış keçirilmiş “DVD” diskdən görünür ki, ** BM *** dövlət qeydiyayt nişanlı avtomobil əks istiqamətdə hərəkət edərək qarşıdan gələn ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur; Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM): 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin təqdim etdiyi iki ədəd “DVD” diskə işdə iştirak edən şəxslərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı inzibati xəta haqqında protokolda əksini tapan xətanın həqiqətən baş verdiyi müəyyən edilmişdir. Məhkəmə İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə nəzərə alınmalıdır ki, YPX-nin əməkdaşı tərəfindən qeydə alınmış görüntüyə əsasən “VAZ 21013” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 əks istiqamətdə hərəkət edərək qarşıdan gələn ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İnzibati хəta ilə bağlı işin materialları, işin faktiki halları, işdə olan sübütlar, o cümlədən inzibati хəta törətmiş X2 əməlində İXM-in 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati хətanın əlamətlərinin mövcud olması, inzibati хəta haqqında protokolla, iş materiallarına əlavə edilmiş “DVD” diskdə olan videogörüntü, həmçinin iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İnzibati хəta törətmiş şəхs X2 qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati хətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-nin: 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanununun: 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar;” 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər); 69-cu maddəsinin İ hissəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir; 69-cu maddəsinin İV hissəsinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Həmin maddəyə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir 69-cu maddəsinin Vİ hissəsinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1.1- əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən X6 barəsində qəbul edilmiş qərarı mübahisələndirsə də, onun inzibati xəta törətməsi “DVD” diskdə olan videogörüntü, yol-nəqliyyat sxemi və ilkin olaraq verilmiş izahatları ilə X2 əks istiqamətdə hərəkət etməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq olunur. Bu isə əməldə inzibati xəta tərkibinin olmasını qaçılmaz etməklə şikayətin dəlillərinin əsassızlığını ehtiva edir. İXM-nin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqqənda iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə bilavistə tabe olan Yol-Patrul xidmət Alayı yol patrul xidməti inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar