Məhkəmə qərarları › İş №3(045)-2196/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-2196/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-2196/2025 13.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X11 icraatıma daxil olmuş Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 13 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X2 müfəttişi X8 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 07 oktyabr 2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X4 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X4 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 07 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, protokolda inzibati xətanın törədildiyi vaxt və yer göstərilməmiş, xıtanın mahiyyəti, hüquqi şəxsin izahatı alınmamış, inzibati xətanın törədilmə səbəbləri aydınlaşdırılmamış, hüquqi şəxs barəsində hər hansı sənəd materiala əlavə edilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 geri qaytarılmalıdır.. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidməti X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar